Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İpoteka krediti almaq istəyənin həm əmlakı, həm də həyatı sığorta olunmalıdır

08.06.09 - 12:50440 baxılıb

Kreditin məbləği verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85 faizi həcmində hesablanacaq. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğin borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmaması nəzərdə tutulub. Bundan başqa, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır.
Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin edilməlidir. İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Kredit üzrə əsas borc və hesablanmış faizlər isə hər ay bərabər hissələrlə ödənilməlidir. Fondun mətbuat xidmətindən verilən məlumata görə, müvəkkil qiymətləndirici şirkətlərin sayı 9-dur. Bunlar "Azİntellekt Servis" Konsaltinq Şirkəti, "İVC-Beynəlxalq Qiymətləndirmə Mərkəzi", "Biləndər" Şirkəti, "KONEKO" MMC, "MBA LTD" MMC, "VESKO" MMC, "MAK Consultancy Baku Ltd.". MM, "Azərekspertiza" Birliyi, "REC-İnvest" MMC-dir. İpoteka Fondu həmçinin müvəkkil sığorta şirkətlərinin yeni siyahısını da təsdiq edib. Siyahıya Dövlət Sığorta Kommersiya Şirkəti, "Alfa" Sığorta MMC, "Atasığorta" ASC, "Atəşgah" Birgə Səhmdar Sığorta Şirkəti, "Başak-İnam" Birgə Səhmdar Sığorta daxildir. Bundan başqa, adı çəkilən siyahıda "Beynəlxalq Sığorta Şirkəti" MMC, "MBASK" Səhmdar Sığorta Cəmiyyəti, "Paşa Sığorta" QSC, "Standard İnsurance" ASC, "BakıSığorta" ASC, "Xalq Sığorta" ASC, "Az Sığorta" ASC də var. Mərkəzi Bankın İdarə Heyətinin 15 may 2009-cu il tarixli qərarı ilə müvəkkil kredit təşkilatlarının yeni siyahısı təsdiq edilib. Fonddan verilən məlumata görə, ipoteka krediti almaq istəyən şəxslər həmin müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər. 17 təşkilatın əks olunduğu siyahıda "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti (ASC), "Azərdəmiryolbank" ASC, "Azəriqazbank" ASC, "AtaBank" ASC, "Bank Avrasiya" ASC, "Bank of Azerbaijan" ASC, "Bank Standard" QSC, "Bank Respublika" ASC, "Gəncəbank" ASC, "Kapital Bank" ASC, "UniBank" ASC, "Paşa Bank" ASC, "Muğanbank" ASC, "Texnikabank" ASC, "Turanbank" ASC, "Xalq" Bankı ASC, "Zaminbank" ASC, "RoyalBank" ASC də yer alıb.
İpoteka kreditlərinin verilməsində əsas kredit şərtləri dəyişməsə də, bəzi əlavələrə rast gəlmək mümkündür. Belə ki, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanması müəyyən anlaşılmazlıq yaradıb. Bundan başqa, AİF dövlət ipoteka kreditlərini verəcək müvəkkil kredit təşkilatlarının, sığorta şirkətlərinin və qiymətləndirici şirkətlərin sayını da azaldıb. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün daşınmaz əmlak bazarını araşdıran ekspert Nüsrət İbrahimovla əlaqə saxladıq.
- Nüsrət müəllim, borcalanların həyatının və ipoteka predmetinin sığortalanmasının tələb kimi qarşıya qoyulması hansı məqsədlə bağlıdır?
- Dövlət vəsaitinin düzgün xərclənməsinə, onun dövriyyəsinə, geri qayıtmasına İpoteka Fondunun xətti ilə Mərkəzi Bank nəzarət edir. Məhz götürülən ipoteka kreditinin geri qaytarılması kimi müəyyən risklərin azaldılması üçün Mərkəzi Bank ilə hər bir müvəkkil seçilən kredit təşkilatları arasında müqavilə bağlanıb. Həmin müqaviləyə görə, əgər müvəkkil bank verdiyi krediti geri ala bilməsə, bu halda Mərkəzi Bank müvəkkil bankın hesabından öz vəsaitini götürür. Yəni burada riski Mərkəzi Bank yox, müvəkkil bank daşıyır. Ona görə də müvəkkil bank da öz risklərini azaltmaq üçün alternativ tələb qoyur. Bu tələb risklərdən maksimum yayınmaq üçün kredit götürənin həyatının və kredit predmetinin sığortalanmasından ibarətdir. Bu baxımdan İpoteka Fondunun tətbiq etmək istədiyi yeniliyi riskliliyin minumuma endirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirmək olar. Belə baxanda, biz istəyiriksə iqtisadiyyatımız güclü, vətəndaşlarımız da məsulliyyətli olsun və istəmiriksə ölkənin biznes mühiti pisləşsin, belə tələblərə təbii baxmalıyıq.
- Sığortanın payı götürülən ipoteka kreditinin ümumi həcmində nə qədər ola bilər?
- Burada həm əmlakın, həm də həyatın sığortası minimumdur. Səhv etmirəmsə, sığortanın tarifi 0,10-0,12 faiz təşkil edir. Elə böyük rəqəm deyil. Tutaq ki, 50 min manatlıq ipoteka krediti götürülürsə, orada ümumi sığortanın payı 300-400 manatdan çox olmayacaq. Belə götürəndə adi ipoteka krediti 8 faizlə verilirsə, sığorta və digər xərcləri nəzərə almaqla, bu göstərici 8,5 faizə bərabər olacaq. Burada sığortanın başqa problemini görürəm. Söhbət ondan gedir ki, həm əmlakın, həm də borcalanın həyatının neçə illiyə sığortalanması bilinmir. Nəzərə alaq ki, burada kredit uzun müddətə götürülür. Kredit alanla sığorta şirkəti arasında problem yarana bilər. Artıq müxtəlif təkliflər var. Onlardan biri belədir ki, sığortalanma bütün kredit müddətinə aparılsın. Sığorta haqqı ödənişi isə ilbəil edilsin.
- Nüsrət müəllim, bu dəfə müvəkkil bankların və qiymətləndirici şirkətlərin sayı azaldılıb. Bunu borcalanın seçim imkanının məhdudlaşdırılması kimi başa düşmək olarmı?
- Sığorta şirkətlərinin sayı dəyişməz qalıb. Müvəkkil banklar və qiymətləndirici şirkətlərin sayı müəyyən qədər azalıb. Onların sayının azaldılmasının səbəbi var: ötən dəfə İpoteka Fondunun təsdiq etdiyi siyahıda elə banklar var idi ki, kredit müddətində, ümumiyyətlə, ya heç kredit verməyiblər, ya da maksimum 1-2 kredit veriblər. İpoteka kreditləşməsində demək olar ki, iştirak etməyiblər. Onlar belə bəhanə gətirirlər ki, bizim öz kreditlərimiz yaxşı işləyir. İpoteka Fondunun xətti ilə işləməyə ehtiyacımız yoxdur. Təbii ki, İpoteka Fondu da həmin müvəkkil kredit təşkilatlarının fəaliyyətini araşdırır. Ən zəif işləyən banklarla əməkdaşlığa son qoyur və prosesə yeni bankları cəlb edir. Bunu da təbii qarşılamaq lazımdır.
- İpoteka krediti ilə yalnız yeni tikililərdə mənzil almaq əsas şərt kimi qoyulub. Bu həmin tikililərdə qiymət artımına səbəb ola bilərmi?
- Qiymət artımı o tikinti obyektində baş verəcək ki, orada satış qiymətləri hər kvadratmetr üçün 480-600 ABŞ dolları civarındadır. Bilirsiniz ki, İpoteka Fondunun dövlət vəsaitləri hesabına təklif etdiyi maksimum kredit məbləği 50 min manatdır. 15 faiz ilkin ödənişi də nəzərə alsaq, təxminən 60-70 min manatlıq kredit vəsaitlərindən söhbət gedir. Bu məbləğə uyğun mənzili yalnız şəhərin 3-4-cü zonalarında almaq olar. Onlar da ucuz mənzillərdir. O binalardakı mənzillərə tələbat artacağından qiymətlərin müəyyən qədər artımına gətirib çıxarar. Burada başqa bir tərəf ondan ibarətdir ki, baha satılan mənzillərdə qiymətlərin düşmə meyilləri ola bilər. Məsələn, alıcı 800 min manata satılan mənzili 700 min manata almaq istəyini bildirsə, satıcı müştərisini qaçırmamaq üçün güzəştə gedəcək. Beləliklə, ucuz satılan mənzillərin qiymətinin qalxma ehtimalı kimi, bahalı mənzillərin də müəyyən qədər ucuzlaşma ehtimalı var.
- Nüsrət müəllim, ilk mərhələdə ipoteka kreditləşməsi fondu qiymətli kağızların satışı hesabına maliyyələşəcək. Bu prinsip özünü doğrulda bilərmi?
- Mərkəzi Bank bu təkliflə çıxış edib. İlk mərhələdə 55 milyon manatlıq emissiya olunacağı gözlənilir. Yeni maliyyə investisiyası o sahələrə yönələcək ki, o, antiböhran alətinə çevrilə bilsin. Yeni iş yerlərinin açılması, iş yerlərinin qorunması baxımından yeni tikilən binalar da bu sahələr sırasındadır. Amma nədənsə istiqrazların açıq bazarda işlənməsi real görünmür. Sadəcə olaraq, müəyyən çərçivədə satışı həyata keçirilə bilər. Çünki bazar bu prinsiplə işləməyə hazır deyil.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.