Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Turistlər yeni mövsümdə yeni “Xəzər" görəcəklər”

16.06.09 - 13:32303 baxılıb

Yəqin əksər oxucularımıza məlumdur ki, "Xəzər" sovet dövründən fəaliyyət göstərir. Ətrafda salınmış dəbdəbəli, hər cür şəraitə malik turist bazaları ilə rəqabətə girməkdə çətinlik çəkirdi. İlk növbədə bazanın qarşısından keçən yoldan onun turistlərin diqqətini çəkməsinə çalışdıq. Biz bundan ötrü böyük xərc tələb edən işlər gördük. Bazanın girəcəyindəki standartlara cavab verməyən tikililəri sökdük. Əvəzində mişar daşlarından 23 metr uzunluğunda, 6 metr hündürlüyündə giriş kompleksi tikdik. Kompleks qədim qala qapıları formasında inşa olunub. Giriş qapısının iç tərəfində həm gözətçilərin, həm də qeydiyyatçıların yerləşdirildiyi müasir tələblərə cavab verən ofis tikdik. Baza müdiriyyətinin əyləşdiyi bina da köhnəlmişdi. Onu da söküb yerində bütün səliqə-sahmanı olan tikili inşa etdik. Dediyim hər iki binanın hamamı, mətbəxi var. İki nömrədən ibarət telefon xətti çəkilib. Həmin telefon xətləri internetə qoşulub. Bazanın mühasibatlığı və digər işçilərimiz artıq internetdən istifadə edirlər.
Yeri gəlmişkən deyim ki, bazanın bütün ərazisi telefonlaşdırılıb və internetə qoşulmuşdur. Həyətdə böyük bir otağı kompyuter xidməti üçün ayırmışıq. Burada hər kəs internetə qoşula və uşaqlar müxtəlif oyunlar oynaya bilərlər.
Ofis binalarının qabağı qazonlaşdırılmış, gül kolları əkilmişdir. Əvvəllər turistlər şəxsi minik maşınlarını bazanın həyətində saxlayırdılar. Bu da digər insanların istirahətinə mane olur, həyatları üçün təhlükə törədirdi. Avtomobillərin hərəkətini nisbətən məhdudlaşdırmaqdan ötrü müəyyən yerlərdə dəmir dirəklər basdırılmışdı. Həmin dirəkləri çıxarıb atdıq. Bazanın girəcəyində 100 metr uzunluğunda üstüörtülü dayanacaq tikmişik. Orada eyni vaxtda 50-60 maşının saxlanılması mümkün olacaq. Dayanacaqda avtomobillərin yuyulması, digər xidmətlər göstərilməsi məqsədi ilə müasir avadanlıqlarla təchiz olunmuş sexlər quraşdırılıb.
90-cı illərin məlum hadisələrindən sonra erməni təcavüzünə məruz qalmış vətəndaşlarımızın bir qismi "Xəzər" turist bazasının həyətində yerləşdirilmişdi.
Onlar turbazanın mərkəzi yolunun üstündə heç bir standarta uyğun gəlməyən satış köşkləri şəbəkəsi yaratmışdılar. Onların hamısı ləğv edildi. Köşklərin sahibləri üçün yeni saldığımız müasir tələblərə cavab verən ticarət mərkəzində qapalı, hər cür səliqə-sahmana, gigiyena qaydalarına malik, gigiyena qaydalarına uyğun obyektlər ayrıldı.
Məcburi köçkünlərdən yer haqqı alınmır. Əsas korpusun qabağında uzun illərdən bəri mövcud olan bazar da ticarət mərkəzinə köçürülüb. Yaşayış binaları tamamilə yeniləşdirilmişdir. Otaqlarda hər cür səliqə-sahman yaradılmışdır. Duşxanaların sayı artırılmış, digər kommunikasiya xidmətləri qat-qat yaxşılaşdırılmışdır. İsti-soyuq su problemi yoxdur. Daxili yollarda işıqlandırma sistemi qurulmuşdur.
Mən bütün görülən işləri sadalamaq istəmirəm. Atalarımız demişdir, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.