Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Korpusda 100, kotteclərdə isə 20 çarpayı yerləşdirilib. 2-3 nəfər üçün nəzərdə tutulmuş otaqların əksəriyyətində kondisionerlər, televizorlar, soyuducular quraşdırılıb. Yeri gəlmişkən deyim ki, xollarda da bu elektrik cihazları qoyulub. Birinci mərtəbədə mövcud olan müalicə kabinələri, su müalicə otaqlarında hələ ötən il əsaslı təmir işləri aparılmışdı. Buna baxmayaraq, bu il mövsüm ərəfəsində də təmirə kifayət qədər vəsait ayırmağı lazım bildik. Çünki həyat yerində durmur. Yaxşı bilirik, hər ilin, hər mövsümün öz tələbləri var. Bütün tibbi avadanlıqlar yeniləşdirilmiş, mebellər bir dənəsinə qədər dəyişdirilmiş və tibbin son nailiyyətlərinə cavab verən, kiçik də olsa, diaqnostik laboratoriya yaratmışıq. İstirahətə gələnlər tikdiyimiz hovuzdan xəstəliyinə uyğun olaraq həkimin məsləhəti və təlimatçının nəzarəti ilə gündə 1,2,3 saat istifadə edə bilirlər. Bu müddət darıxdırıcı olmasın deyə, onlara hava doldurulmuş müxtəlif formalı şarlar, dövnəklər verilir. Hovuzun ətrafında oturacaqlar, taxta çarpayılar düzəldilib. Xidmətlərində sərinləşdirici içkilər, yüngül yeməklər satılan kafe fəaliyyət göstərir. Müalicəyə gəlmiş insanların qidasına ciddi fikir yetirilir. Ərzağın böyük hissəsi yerli məhsullardır. Ətdən tutmuş meyvə-tərəvəzə qədər bütün qida növləri həkim nəzarətindən keçirilir. Yeməklər hazır olandan sonra tibb bacısı tərəfindən yoxlanılır. Biz yaxşı bilirik ki, xidmətin səviyyəsi ilk növbədə işçilərin hazırlığından, peşəkarlığından asılıdır. İstər tibbi, istərsə də iaşə xidməti sahəsində çalışanlar yüksək ixtisasa və təcrübəyə malikdirlər. Onların demək olar ki, hamısı yerli kadrlardır. "Şəfa"da dincələnlərin mədəni istirahəti, mənəvi tələblərinin ödənilməsi üçün böyük imkanlar yaratmışıq. Demək olar ki, hər gün konsertlər, maraqlı adamlarla görüşlər, viktorinalar, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. Dincəlməyə gələnlər pansionata məxsus rahat avtobusla Qaxın, Şəkinin, Zaqatalanın səfalı, tarixi yerlərinə səyahətə aparılır. "Şəfa"nın həyət-bacasının yaşıllığı, abadlığı, ən başlıcası, suyunun özü bir şəfa mənbəyidir. Birliyin digər bir xidmət obyekti olan "Şahdağ" istirahət evi Xaçmaz rayonunun Nabran ərazisində yerləşir. "Şahdağ" demək olar ki, ləpədöyəndədir. Darvazası ilə sahilin arası bir neçə metrdir. Mən deyərdim ki, Nabranda bizim bu istirahət evi qədər sakit ocaq tapmaq qeyri-mümkündür. Ora şəhərin hay-küyündən uzaqlaşmaq istəyənlərdən ötrü ideal yerdir. İnsan təkcə fiziki cəhətdən deyil, ruhən də dincəlir. Biz Allahın bəxş etdiyi qədim, uca ocaqların sərinliyi, dənizin qeyri-adi pıçıltısı şəraitində, necə deyərlər, mini-cənnət yaratmağa çalışmışıq. İstirahət evindəki kotteclər, obrazlı desək, qonaqları yeni mövsümdə yeni "libasda" qarşılayacaqlar. Bu mövsümdə daha 7 bir və iki otaqlı kottec lüks-yəni yüksək şəraitə malik səviyyəyə gətirilib. 15 dəst yeni yataq mebeli alınıb. Kommunikasiya sistemi tam işlək vəziyyətdədir. İşıq transformatoru daha güclüsü ilə əvəzlənib. Başqa sözlə, elektrik təchizatının gücü təxminən iki dəfə artırılıb. Su problemini öz gücümüzlə qazdırdığımız artezian quyu aradan qaldırıb. Turistlərimiz su sarıdan korluq çəkməyəcəklər. Kotteclərin həyətində 10 komplekt stol-stul düzəldilib qoyulmuşdur. Bir sözlə, turistləri "Şahdağ"da uzun müddət unudulmayacaq əyləncələrlə, səfərlərlə, ziyafətlərlə, dadlı qidalarla naxışlanmış istirahət günləri gözləyir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.