Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qanuna edilən əlavə və dəyişikliyə görə, həmin icmalar bu ilin dekabrın 31-nə kimi yenidən qeydiyyatdan keçməlidirlər. Yəni bundan sonra hər bir dini icma yaranma tarixi, məramı, dünyəvi təhsilə münasibət və başqa bir sıra məsələlərlə bağlı arayış təqdim etməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sənədləşdirmə işlərinin artmasını dövlətin təhlükəsizlik tədbirlərini gücləndirməsi kimi dəyərləndirir. Dindarlar isə bu dəyişiklikləri məhdudiyyətlərin qoyulması kimi qiymətləndirir. Onlar qeydiyyat məsələsində bir çox problemlərin yaranacağını bildirirlər. Bu və digər suallarımıza Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərovdan cavab aldıq. - Elçin müəllim, artıq bir həftədən çox müddətdir ki, dəyişikliklər təsdiqlənib. Qeydiyyatla bağlı müraciət edən varmı? - Bütün dini icmalar qeydiyyatdan keçməlidirlər. Respublika Prezidenti də bunu artıq təsdiq edib. Hazırda yeni qeydiyyat prosedurları hazırlanır. Dini icmaların ilin sonunadək qeydiyyatdan keçməyə vaxtı var. Ona görə də müraciətlərə bir müddətdən sonra başlanacaq. - Bəzi icma rəhbərləri bildirirlər ki, bu günədək qeydiyyata alınmamaları məmur süründürməçiliyi ilə bağlıdır. Çünki onların qeydiyyatı üçün təkcə Qafqaz Müsəlmanları İdarəsindən yox, həm də yerli icra hakimiyyətindən müsbət rəy tələb edilir. Bir çox hallarda isə icra hakimiyyətləri süründürməçiliyə yol verir... - Qeydiyyat məsələsində elə də ciddi dəyişiklik yoxdur. Buna isə süründürməçilik demək olmaz. Çünki hazırda sənədlərin hazırlanması prosesi gedir. Yəni icmalar “İctimai birliklər haqqında” Qanuna əsasən qeydiyyatdan keçirlər. Sadəcə, orada bir fərq var ki, ictimai birliklər Ədliyyə Nazirliyində qeydiyyatdan keçir, dini icmaların qeydiyyatı isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Qeydiyyat zamanı tələb olunan sənədlər həmin "İctimai birliklər haqqında" Qanuna əsasən tələb olunan sənədlərdir. O ki qaldı təqdimatlara, Qafqaz Müsəlmanları İdarəsi və yerli icra hakimiyyəti orqanları daha çox icmanın yerləşməsi, əvvəlki fəaliyyətini yoxlayırlar. Yəni icma özü haqqında daha geniş məlumat verməlidir. Sadəcə olaraq, dini məsələ həssas olduğuna görə, icmalardan bu qədər çox məlumat tələb olunur. - İrəli sürülən tələblərin ölkə konstitusiyası ilə ziddiyyət təşkil etdiyi bildirilir. İcma rəhbərinin fikrincə, yalnız qeydiy- yatda olduğun ərazidə fəaliyyət göstərməyə icazə verilməsi düzgün deyil. Çünki konstitusiya bütün ölkə ərazisində dini fəaliyyətə icazə verir… - Konstitusiyada göstərilir ki, hər bir Azərbaycan vətəndaşı istədiyi dini etiqadla məşğul ola bilər. Yəni respublikanın istənilən yerində yaşamasından asılı olmayaraq. Lakin dini icma hüquqi şəxs kimi hər hansı ərazidə qeydiyyatdan keçibsə, yalnız orada fəaliyyət göstərə bilər. - Bütün bu kimi tələblər bir çox dini icmaların qeyri-leqal fəaliyyətinə səbəb ola bilərmi? - Aydın məsələdir ki, məhdudiyyətlərin əleyhinəyəm. Dini icmalara qeydiyyatdan keçmək üçün hər bir şərait yaradılmalıdır. İndiyə qədər də onlara bütün lazımi şərait yaradılıb. Sənədlərini qeydiyyatdan keçirmək istəyənlərə belə bir problem yaradılmır. Sadəcə olaraq, icma üzvləri hüquqi cəhətdən maarifli olmalıdırlar. Qeyri-leqal fəaliyyətə gəldikdə isə, heç kim hər hansı icmanı qeydiyyata görə sıxmayıb, təqibə məruz qoymayıb. Belə faktlar olmayıb axı! Azərbaycanda 1750 məscid var. 1000-ə qədər dini icma fəaliyyət göstərir. Təxmini 500-ə qədəri qediyyatdan keçmişdi. Heç birinin də fəaliyyətinə məhdudiyyətlər qoyulmayıb. Sadəcə, hüquqi şəxs kimi fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməlidir. - Azərbaycanda fəaliyyət göstərən bir çox məscidlər də var ki, dini icmalara tabedir. Qeydiyyatdan keçməyən dini icmaya məxsus məscidin də fəaliyyətinə son qoyula bilərmi? - Hər bir məscidin dini icması müstəqil olaraq qeydiyyatdan keçməlidir. Əks təqdirdə onların da fəaliyyəti qeyri-qanuni sayılır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.