Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Digər enerjidaşıyıcılarında qiymət artımı gözlənilirmi?

13.07.09 - 10:08416 baxılıb

Ancaq ekspertlər elektrik enerjisi və benzinin qiymət artımının gözləndiyini qeyd edirlər. Onların sözlərinə görə, qazın da bahalaşmayacağı iddia edilirdi. Amma sonda onun qiyməti qaldırıldı.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimlinin də enerjidaşıyıcılarının qiymət artımına öz mövqeyi oldu:
- Mövqeyimi hələ 2007-ci ildə baş verən qiymət artımı zamanı bildirmişəm. Həmin fikirlər dəyişməz olaraq qalır. Əhaliyə pərakəndə satılan təbii qazın və ya digər enerjidaşıyıcılarının qiymətinin birdən-birə 2-3 dəfə qaldırılması düzgün deyil. Bu artım başqa məhsulların istər-istəməz maya dəyərində özünü göstərir və onların tariflərini qaldırır. Yaranan vəziyyət əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinə təsirsiz ötüşməyəcək. Ona görə də qazın qiymət artımını tədricən həll etmək olardı. Necə ki, başqa məhsulların qiymətləri tədricən qalxır. Enerjidaşıyıcılarının qiymətinin əhalinin həyat səviyyəsinə sinxronlaşdırılmış şəkildə artırılması aztəminatlı insanların xərclərinin minimuma endirilməsinə gətirib çıxarardı. İstər qaz, istərsə də elektrik enerjisinin qiyməti bir ailənin büdcəsinə təsir edir. Heç olmasa, aşağıtəminatlı insanların həyat vəziyyətinin yaxşılaşdırılmasına da kompleks yanaşılmalıdır. Yəni bu qrupdan olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməlidir. Bir halda ki, qazın qiymət artımı mənzil-kommunal xidmət haqlarının da bahalaşması ilə müşayiət olunacaq, deməli, əhalinin yoxsul təbəqəsinin sosial müdafiəsinin güclənməsinə ehtiyac var.
- Konkret olaraq, elektrik enerjisi və ya benzinin qiymət artımını gözləməyə dəyərmi?
- Hələ dəqiq məlumatım yoxdur. Hər şey qəfil baş verdiyindən növbəti qiymət artımlarını da gözləmək olar.
- Qeyd etdiyiniz kimi, enerjidaşıyıcılarının qiymət artımı ilə paralel olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini təklif edirsiniz. Bu tədbirlər nədən ibarət olmalıdır?
- Birinci növbədə, ünvanlı yardımlara əhalinin yoxsul təbəqəsinin çıxış imkanları artırılmalıdır. Bu zaman əsas götürülən ehtiyac meyarı anlayışı ləğv edilməlidir. Biz beynəlxalq hüquqi aktlara da qol çəkmişik. Minimum əməkhaqqının yaşayış minimumu səviyyəsinə çatdırılması üçün konkret vaxt qoyulmalı, bu istiqamətdə hökumət ciddi addımlar atmalıdır. Bu işləri görmək əvəzinə, süni surətdə ehtiyac meyarının qoyulması məmurları arxayınlaşdırır və onlar öz işləri ilə məşğul olmaq əvəzinə həmin süni qondarma göstəricilər əsasında manipulyasiyalar edirlər. Bu da aztəminatlı ailələrin həyat səviyyəsinə mənfi təsir göstərir. İkinci məsələ, ünvanlı yardımın artırılması və onun coğrafiyasının genişləndirilməsidir. Hələlik ünvanlı yardım əhalinin yoxsul təbəqəsini tam əhatə etmir. Ona görə də yoxsul təbəqə həqiqətən rəsmi statistikada deyilən 13 faiz həddindədirsə, onda ünvanlı yardım da bu hissəni tam əhatə etməlidir ki, problem yaranmasın. Bu yoxdursa, ən azı ünvanlı yardım almayan yüz minlərlə kasıb insan enerjidaşıyıcılarının qiymət artımından həmişə əziyyət çəkəcək.
- Hökumət rəsmiləri qeyd edirlər ki, ünvanlı yardımın həcminin artırılması insanları işləməkdən çəkindirir...
- Əlbəttə. İnsanları ələbaxımlılığa öyrətməmək üçün, xüsusən regionlarda sözdə yox, işdə yüksəkgəlirli iş yerləri açmaq lazımdır. Bakıda əhalinin orta gəlirliyi ilə əksər bölgələrdə adambaşına düşən gəlirlər arasında 1,5-3 dəfə fərq yaranır. Bu, kifayət qədər böyük rəqəmdir. Elə etmək lazımdır ki, iş yerlərinin yaradılması prosesləri sürətlənsin. Əgər insanlar özlərini dolandıra bilməyəcəklərsə, onda qazın hər min kubmetrinin 47,2 manatdan 100 manata qaldırılmasının bir mənası yoxdur. Çünki istehlaka görə ödənişin yığım faizi artmayacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.