Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Sosial işçilərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac var

13.07.09 - 10:11275 baxılıb

Onun sözlərinə görə, payız sessiyası üçün hazırlanan qanunları da bu məntiq əsasında seçəcəklər. Yəni qanunlarımız günün gerçəkliyindən, gündəlik həyatımızdan bəhrələnəcək:
"Bundan əlavə, cəmiyyətə, millət vəkillərinə müraciət edirik ki, dünyada mövcud olan sosial müdafiə ilə bağlı qanunların qəbul olunmasında bizə yardımçı olsunlar. Yəni ideyalarını bizə təqdim etsinlər, biz də onların üzərində işləyək. Məsələn, bu gün Azərbaycanda yeni bir institut formalaşdırılır - sosial işçi. Sosial işçilər xəstəsi olan insanlara yardım etməli, ünvanlı sosial yardımların verilməsində rol oynamalıdırlar. Bir sözlə, onlar sosial durumu ağır olan insanlarla işləməlidirlər. Amma bizdə nə sosial işçi hazırlayan təhsil müəssisələri var, nə də sosial işçilərin fəaliyyətini tənzimləyən qanunlar. Fikirləşirəm ki, biz növbəti sessiyalarda sosial işçilərlə bağlı yeni qanun hazırlamalıyıq".
Qeyd edək ki, bir müddət öncə Ailə Məcəlləsinə də dəyişikliklər hazırlanması müzakirə edilirdi . Məsələyə münasibət bildirən müsahib bildirdi ki, işçi qrupu Əmək Məcəlləsi ilə paralel olaraq Ailə Məcəlləsinin də monitorinqini aparıb. Monitorinqin nəticələrinə əsasən məcəlləyə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Millət vəkili hesab edir ki, bu dəyişikliklər mütləq edilməlidir: "Məcəllədə 3 normanı mütləq dəyişməliyik. Birinci norma, nikah üçün yaş həddinin qaldırılması olmalıdır. İkincisi, cütlüklər arasında nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir. Üçüncüsü, nikaha daxil olanlardan mütləq sağlamlıq haqqında arayış tələb olunmalıdır. Biz bu üç normanı məcəlləyə daxil etmək istəyirik".
Onu da qeyd edək ki, sosial siyasət komitəsi uzun müddətdir "Mərasimlər haqqında" Qanunu da müzakirəyə təqdim edə bilmir. Məsələyə aydınlıq gətirən müsahibim etiraf etdi ki, yas, toy mərasimlərini tənzimləməyin vahid yolunu müəyyənləşdirə bilmirlər: "Bəzi ölkələrdə mərasimlərlə bağlı qida məhsullarının çeşidi, kortejdəki maşınların sayına qədər hər şey norma çərçivəsində edilir. Amma bu, Azərbaycan gerçəkliklərinə cavab vermir. Fikrimcə, bu gün şadlıq evlərinin, restoranların bir dövlət qurumu tərəfindən idarə olunmasına ehtiyac var. Bu gün bu sahədə absurd bir vəziyyət yaranıb. Şadlıq evləri institutu dünyanın heç bir ölkəsində yoxdur. Dünyada ancaq restoran məfhumu var. Şadlıq evləri institutu dünyada olmadığından onların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ-hüquqi aktlar da yoxdur".
H.Rəcəblinin dediyinə görə, bu gün şadlıq evlərinin verdikləri yeməklərin keyfiyyətinə heç kim nəzarət edə bilmir. Amma bütün mehmanxanaların fəaliyyət göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası lazımdır. Mehmanxanaların göstərdiyi xidmətə, verdiyi yeməklərə görə, nazirlik məsuliyyət daşıyır: "Qənaətimcə, şadlıq evlərinin fəaliyyətinin tənzimlənməsi də Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilməlidir. Şadlıq evlərinin fəaliyyəti üçün mütləq lisenziya tələb olunmalıdır. Nazirlik lisenziya verməlidir, biz də ondan iş tələb etməliyik. Belə halda problemlərin həlli üçün müraciət etməyə vahid bir instansiya da olar. Bundan əlavə, qoy Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları şadlıq evlərindəki akustika və digər texniki avadanlıqları da araşdırsın. Bununla yanaşı, hüzn mərasimlərinin tənzimlənməsinə də ehtiyac var".
Söhbət əsnasında komitə tərəfindən hazırlanan "Məişət zorakılığı haqqında" Qanunun taleyi ilə də maraqlandıq. H.Rəcəbli bildirdi ki, bəzi qanunlar var ki, onların qəbulu üçün cəmiyyətin buna hazır olması lazımdır: “Parlamentdə "Məişət zorakılığı haqqında” Qanunu müzakirə edəndə populizm elementləri ilə rastlaşdıq. Bəziləri milli mentalitet adı altında lazım olmayan məsələləri gündəmə gətirdilər. Amma zaman gələcək biz bu qanunu qəbul edəcəyik. Necə ki, ötən əsrin əvvəllərində qadın-kişi bərabərliyindən danışmaq mümkün deyildi. Amma hazırda Azərbaycanda da, dünyanın bir sıra qabaqcıl ölkələrində olduğu kimi, kişi və qadınlar bərabərhüquqludur".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.