Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan adambaşına ayrılan səhiyyə xərclərinə görə MDB ölkələrinin çoxundan öndədir

20.07.09 - 10:08260 baxılıb

Olanlar isə həmin sahədə tədqiqatlar aparmaqdan yayınırlar. Ona görə də "Azərbaycanın səhiyyə sektoru: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı araşdırma nəticəsində hazırlanan hesabat diqqətimizdən yayınmadı. Suallarımızı hesabatın müəllifi İlkin Nəzərova ünvanladıq:
- Adambaşına düşən səhiyyə xərclərinə görə, MDB və dünyadakı yerimiz neçəncidir?
- Son illər səhiyyənin inkişaf etdirilməsi üçün ayrılan vəsaitin məbləği artırılaraq bir sıra tədbirlər görülsə də, hələ ki, dünyadakı yerimiz ürəkaçan deyil. Əlimdə bununla bağlı son müqayisəli göstəricilər olmasa da, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatları var ki, bu da ümumi mənzərə haqqında danışmağa imkan verir. Ən yeni məlumatlar 2005-ci ilə aiddir. Həmin il Azərbaycan adambaşına düşən səhiyyə xərclərinə görə, dünyada 126-cı yeri tutub. Yəni adambaşına düşən səhiyyə xərci 193 ABŞ dolları təşkil edib. Bu rəqəm ölkə əhalisinin alıcılıq qabiliyyətinə uyğun hesablanıb. Belə hesablama gerçək mənzərəni yaratmağa imkan vermir. Çünki hər bir ölkədə alıcılıq qabiliyyəti fərqlidir, qiymətlər müxtəlifdir. Onu da deyim ki, bu göstəriciyə həm dövlətin, həm də əhalinin səhiyyəyə xərclədiyi vəsait daxildir. Yəni bu, il ərzində səhiyyəyə xərclənən vəsaitin cəmidir. Həmin il ölkəmizdə adambaşına düşən səhiyyə xərci dünya üzrə orta göstəricidən 4 dəfə aşağıdır. MDB ölkələri ilə müqayisədə Azərbaycan bu göstəriciyə əsasən, yalnız Tacikistan, Qırğızıstan, Moldova və Özbəkistandan qabaqdadır. Digərlərindən isə geri qalır.
Keçmiş Sovet ölkələri arasında ən yüksək göstərici Litvaya məxsusdur: 862 ABŞ dolları. Dünyada isə ən yüksək göstərici ABŞ-dadır - illik 6 min 350 dollardır. Səhiyyə xərclərinin təmin edilməsində payına görə Azərbaycan dünyada 182-ci yerdədir. Məsələn, bir şəxs səhiyyə xidmətlərinə 200 manat ödəyirsə, bunun cəmi 50 manatını dövlət ödəyir, 150-si isə şəxsin öz üzərinə düşür. Bura dərmanların alınması, həkimlərə verilən qeyri-rəsmi ödənişlər, diaqnostik müayinələr və s. daxildir. Hökumətin xərclərinə isə xəstəxanaların saxlanılması, həkimlərin məvacibləri və başqa xərclər daxildir. Qeyd edim ki, bu göstəriciyə görə keçmiş Sovet məkanına daxil olan Gürcüstan və Tacikistan Azərbaycandan geri qalır. Digər ölkələrdə dövlətin səhiyyə xərclərində payı çoxdur. İlkin hesablamalar göstərir ki, Azərbaycanda 2008-ci ildə adambaşına səhiyyə xərci 110 manat civarında olub. Bunun 40 manatı dövlətin, qalanı əhalinin üzərinə düşür. Amma dünya üzrə göstəricilər olmadığından və bu rəqəm beynəlxalq ABŞ dollarına çevrilmədiyi üçün müqayisə aparmaq çətindir.
- Səhiyyə xidmətlərinin keyfiyyətinin aşağı olması büdcədən adambaşına düşən səhiyyə xərclərinin az olması ilə əlaqələndirilir. Amma qeyd etdiyiniz kimi, əhali də öz büdcəsindən səhhətinə pul xərcləyir. Belə olan halda nədən keyfiyyətli xidmət yoxdur? Ağır xəstəliklərdən əziyyət çəkənlər şəfa tapmaq üçün hələ də Rusiya, Türkiyə, İrana gedir…
- Bunun səbəbləri çoxdur. Əvvəla, səhiyyəyə ayrılan xərclər yüksək deyil. Digər tərəfdən, bu gün ayrılan vəsaitlə xidmətlərin səviyyəsini dəfələrlə yüksəltmək olar. Ancaq bu o zaman baş verər ki, səhiyyəyə ayrılan vəsaitlər səmərəli şəkildə bölüşdürülməli, onun xərclənməsinə ictimai nəzarət gücləndirilməlidir. Eyni zamanda səhiyyə xidmətlərinin keyfiyyətinə müvafiq dövlət qurumlarının nəzarəti də zəifdir. Ən əsası səhiyyə müəssisələri arasında rəqabət yoxdur. Rəqabət olmayan yerdə keyfiyyətdən söhbət gedə bilməz. Rəqabəti təmin etmək üçün əsas vasitələrdən biri icbari tibbi sığortanın tətbiqidir ki, buna da 10 ildən artıqdır nail olunmur. Bütün bu amillər səhiyyə sahəsində keyfiyyətin təmin edilməsinə mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, əhalinin səhiyyə bilikləri aşağıdır. Həkim savadlı xəstənin qarşısında daha məsuliyyətli olur. Maarifləndirilmə işləri aparılmalıdır. Televiziya və radio vasitəsilə maarifləndirici verilişlərin yayımlanması, internet portallarının yaradılması, lazım gələrsə, seriallar vasitəsilə bunun edilməsi vacibdir. Qarşı tərəfin savadını artırmaqla da rəqabət mühitinin yaranmasına təkan vermək olar.
- Xeyli sayda dövlət proqramları çərçivəsində xəstə insanlara yardımların edilməsi nəzərdə tutulur. Lakin dövlətin büdcəsindən xərclənən pullar bu xəstələrin köməyinə çatmır. Əksinə, ilbəil onların sayı artır. Burada problem pulların düzgün bölüşdürülməməsində ola bilərmi?
- Məqsədli dövlət proqramlarına ayrılan vəsaitin məbləği böyük deyil. Digər ölkələrdə bu proqramlara vətəndaş cəmiyyəti fəal şəkildə cəlb edilir. Bizdə bu proqramların səmərəli olduğunu, səmərəli nəticələr əldə edildiyini müəyyənləşdirmək mümkün deyil. Çünki vətəndaş cəmiyyəti prosesə cəlb edilmir, mütəmadi monitorinqlər aparılmadığı üçün konkret fikir söyləmək də çətindir. Amma bir həqiqət var ki, xəstəliyi törədən səbəb araşdırılıb aradan qaldırılmalıdır. Profilaktik müayinələr gücləndirilməlidir. Düzdür, bu xəstələr varsa, məqsədli dövlət proqramları da olmalıdır. Xəstəliklərin artmasında keyfiyyətsiz dərmanların, tibbi personalın yüksək savadının olmaması, düzgün müalicələrin təyin edilməməsi və antisanitariyanın rolu böyükdür. Ekoloji tarazlığın pozulması da kiçik rola malik deyil. Düzdür, bu, qlobal problemdir. Ancaq ölkəmizdə bu proses daha sürətlə gedir. Xüsusilə Bakı şəhərində yaşıllıqlar kütləvi şəkildə məhv ediliir, tikintilər zamanı ekoloji qaydalara riayət edilmir, tıxaclar nəticəsində hava çirkləndirilir.
Hazırda Avropada avtomobillər avro-4 standartlarına uyğunlaşdırılır. Bakıda isə heç avro-1 standartlarına cavab vermir. Beləliklə, ətraf mühit çirklənir. Təsadüfi deyil ki, ölkəmizdə ürək-damar, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlər ötən illərlə müqayisədə xeyli artıb. Bu xəstəliklərin yaranmasına əsas səbəb ekoloji tarazlığın pozulması və profilaktik müayinələrin vaxtlı-vaxtında aparılmamasıdır.
- Hesabatda da qeyd etdiyiniz kimi, səhiyyə sektorunun inkişafında müxtəlif modellərdən istifadə olunur. Sizcə, bizə uyğun model necə olmalıdır? Ümumiyyətlə, məcburi tibbi sığortanın Azərbaycanda tətbiqi nə dərəcədə səmərəli ola bilər?
- Təcrübə göstərir ki, sosializm quruluşunda yaşamış ölkələrdə Semaşko modeli tətbiq olunduğundan onları icbari tibbi sığortaya uyğunlaşdırmaq daha rahatdır. Şərqi Avropa və Pribaltika bundan uğurla istifadə edərək, səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırıblar. Hesab edirəm ki, bu modelin icbari tibbi sığortaya dəyişdirilməsi daha uyğundur. Bununla bağlı qanun 1999-cu ildə qəbul edilsə də, hələ də ölkədə icbari tibbi sığorta sistemi yaradılmayıb. Son iki ildə bu istiqamətdə müəyyən işlər aparılsa da, konkert nəticə yoxdur. Keyfiyyətli səhiyyə xidmətlərinin təmin edilməsində, səhiyyənin inkişafında icbari tibbi sığorta çox vacibdir. Mənfi hal odur ki, ölkəmizdə bu sistemə keçmək əvəzinə, digər elementlərə daha çox üstünlük verilir. Səhiyyə müəssisələrində ödənişli tibbi xidmət tətbiq olundu, sonra ləğv edildi. Fikrimcə, icbari tibbi sığorta daha uyğun modeldir. Ancaq digər modellərin tətbiqi istisna edilmir. Bu sahədə qəbul ediləcək qərarlar konkretləşdirilməlidir. Qərarın ləngiməyi bizi digər ölkələrdən geri salır.
- Dövlət poliklinikalarında ödəniş rüsumu ləğv edilib. Lakin əhali onsuz da qeyri-rəsmi şəkildə olsa da ödənişlər edir. Belə olan halda, sizcə, dövlət rüsumunu ləğv etməyə ehtiyac vardı?
- Ən böyük problem ondadır ki, eyni vaxtda "İcbari sığorta haqqında" Qanun qəbul edilib, səhiyyə müəssisələrində dövlət rüsumu tətbiq edilib. Bu da qarışıqlıq yaradıb. Dövlət müəssisələrində ödənişlərin olması düzgün siyasət deyil. Mən qərarı dəstəkləyirəm. Sadəcə olaraq, ölkə öz modelini seçməlidir. İcbari tibbi sığorta tətbiq ediləcəksə, işlər sürətləndirilməlidir. Əgər buna getməyəcəyiksə, indiki formada səhiyyə ocaqlarının fəaliyyəti səmərəli deyil. Bu, onları inkişafa aparmır. Onda özəlləşmə məsələlərinə baxılmalıdır və dünyadakı bu sayaq modellərdən istifadə olunmalıdır.
- Özəl klinikalarda tariflərin tənzimlənməsinin əleyhinə çıxanlar var. Sizcə, kriteriyaların müəyyənləşdirilməsi klinikaların inkişafına, bu sektorda özünü tutmasına maneçilik yarada bilərmi?
- Səhiyyədə özəl sektorun inkişaf etməməsinin başqa problemləri mövcuddur. Rəqabət mühiti yoxdur və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilməyib. Tariflərin müəyyənləşdirilməsi onların fəaliyyətinə, hesab etmirəm ki, mənfi təsir göstərər. Özəl müəssisələrdə elə sfera vardır ki, ora tariflərin tətbiqi zərurətdir.
Bu, diaqnostik müayinələrdir. Bu gün dövlət müəssisələrinin infrastruktur, maddi-texniki bazası zəifdir. Həkimlər də xəstəliyi diaqnostik müayinələr sayəsində müəyyən edirlər. Özəl səhiyyə ocaqlarında belə avadanlıqlar var. Onlar da bundan sui-istifadə edərək istədikləri qiyməti tətbiq edirlər. Xəstəliklərin qarşısını almaq üçün ildə ən azı bir dəfə diaqnostik müayinələrdən keçmək lazımdır. Təqribi hesablamalara əsasən deyə bilərəm ki, bizdə yüngül nasazlıq zamanı diaqnostik müayinələrə 80-200 manat arasında pul lazımdır. Bura ultrasəs müayinə, qan analizi və s. daxildir. Bunu sorğular da təsdiqləyir: məsələn, 2008-ci ildə keçirilmiş mikromaliyyənin təsirinin qiymətləndirilməsi sorğusu göstərir ki, orta hesabla xəstəliyin müalicəsi üçün xərclənən vəsaitin məbləği 280 manat təşkil edir. Orta təbəqənin buna imkanı yoxdur. Aşağı təbəqədən heç danışmıram. Orta aylıq əməkhaqqı 300 manat olan ölkədə yüngül nasazlıq hallarında 150 manata yaxın pul xərclənməsi çətindir. Diaqnostik müayinələr əhalinin varlı təbəqəsi üçün əlçatandır. Bu təbəqə 5-7 faiz arasındadır. Belə olan halda qiymətlərə diqqət yetirilməlidir. Səhiyyə sahəsində maraqlı tərəflərin (dövlət təşkilatları daxil olmaqla) xüsusi işçi qrupu yaradılmalıdır. Qrup müayinə aparan aparatların maya dəyərini hesablamalı və konkret hədd qoyulmalıdır. Müayinələrin qiymətləri əhalinin orta təbəqəsinin istifadə edə biləcəyi həddə olmalıdır. Maksimum hədd bilinməlidir. Tutalım, konkret olaraq, ultrasəs müayinənin maksimum həddi 30 manat olmalıdır. Minimum həddi müəyyənləşdirmək müəssisələrin öz üzərinə düşəcək. İşçi qrupu çevik olmalıdır ki, yeni avadanlıqlar gətirildiyi zaman xidmətlərin tarifləri tez müəyyənləşdirilsin. Eyni zamanda qiymətlərin tənzimlənməsi mənfi hala gətirməyəcək. İcbari tibbi sığortanın tətbiqi zamanı sonrakı mərhələlərdə bu baza qiymətlərinin müəyyənləşdirilməsi prosesinə dəstək olacaq. Azərbaycan səhiyyəsini təhlil etmək və hansı qiymətləri tənzimləmək mümkündürsə, bu edilməlidir. Ancaq, əlbəttə ki, müəssisələr arasında gələcəkdə rəqabət yaranarsa, qiymətləri bazar özü tənzimləyəcək. İndiki mərhələdə isə buna ehtiyac var. Konkret tibbi müəssisənin adını çəkmək istəmirəm. Keyfiyyətli tibbi xidmət almaq mümkün olan səhiyyə ocağı artan müştəri kütləsinə xidmət edə bilmədiyi üçün hər yerdə qiymətlər düşdüyü halda tarifləri qaldırıb. Bu onu göstərir ki, bu gün Azərbaycan bazarında keyfiyyətli səhiyyə xidmətlərinə böyük ehtiyac var. Xarici investorlu müəssisələrin açılmasına şərait yaradılmalıdır ki, keyfiyyətli xidmətlər göstərilməsi sahəsində rəqabət mühiti yaransın.
- Tənzimlənən qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilməlidir. Amma bunun üçün müraciət edilməlidir. QHT-lərin müraciət etməsinə münasibətiniz necədir?
- Fikrimcə, belə müraciəti Səhiyyə Nazirliyi etməlidir. QHT-lər məlumatlandırılma yolu ilə ictimai rəyi formalaşdırmağa köməklik göstərə bilər.
Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.