Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Şöbənin müdiri Kənan Aslanlı müsahibəsində rəqabət mühitinin yaradılmasının əhəmiyyətindən danışdı:
- Azərbaycanda rəqabət mühitinin əsas ünsürlərinin vəziyyətini müəyyən etmək istər dövlət üçün, istərsə də şirkətlər üçün xüsusi önəmə malikdir. Dövlət bununla bazarın rəqabət mühitində hüquqi, praktiki sahədə mənfi və müsbət cəhətləri aşkar etməklə yeritdiyi rəqabət siyasətinin gələcək istiqamətini müəyyənləşdirir. İstər bazarda fəaliyyət göstərən, istərsə də bazara daxil olmaq istəyən şirkətlər real "oyun qaydaları" ilə tanış olur və bazar strategiyalarını praktiki baxımdan formalaşdırırlar. Azərbaycan bazarında rəqabət mühitinə ilkin baxışı sığorta sektorundan başladıq. Azərbaycanın sığorta bazarı zəif inkişaf etsə də, son dövrlər bu sahədə bir canlanma müşahidə olunur. Bu da ilk növbədə ölkədə kredit sisteminin inkişafı ilə bağlıdır. Vətəndaşlar artıq daşınmaz əmlakı, avtomobili, məişət texnikasını və hətta mebeli kreditlə almağa üstünlük verirlər. Kredit verən bank isə vətəndaşın qarşısında aldığı əmlakı sığortalamağı şərt kimi qoyur. Bunun nəticəsidir ki, son iki ildə sığorta şirkətlərinin gəlirləri artmağa başlayıb. Təkcə bu ilin ilk kvartalında həyat sığortası 400 faiz artıb. Bu isə insanlarda sığortaya inamın qayıtmasını təsdiqləyir. - Ötən il qanunla sığorta bazarına xarici kapitalın sərbəst daxil olmasına qoyulan qadağa aradan götürüldü. Bu amil bazara dəyişikliklər edəcəkmi? - Azərbaycanda sığorta sektorunda xarici kapitalın rolunun artacağını guman etmək olar. Nəzərə alın ki, Mərkəzi Bank kommersiya bankları üçün müəyyənləşdirilmiş nizamnamə kapitalını artırdıqca kommersiya banklarının xarici kapital axtarışları daha da sürətlənir. Həmin tendensiya sığorta sektorunda da müşahidə ediləcək. - Sığorta bazarının seçimi təsadüfi idi? - Bazar haqqında müvafiq hesablama-analizlərin aparılması üçün yetərli güvənilən informasiyanın olması, bazarın inkişafının müşahidə edilə bilməsi kimi amillər, ilkin olaraq, məhz sığorta bazarını seçməyimizi şərtləndirdi. Bununla belə, rəsmi məlumatlar və bazarın ümumi rəqabət analizinin tam mənzərəni yaradacağını hesab etmək sadəlövhlük olardı. Bazarın təhlilinin dolğunluğunu təmin etmək məqsədi ilə sığorta bazarında fəaliyyət göstərən ekspertdən istifadə etmişik. Bu, bizə bazarın ilk baxışda görünməyən tərəflərini üzə çıxarmağa və rəqabət mühiti təhlilini həqiqətə daha uyğun həyata keçirməyə imkan verib. Nəticədə, ümumi aspektlərlə bazarın tam rəqabət mühitinin təhlili həyata keçirilib. - Azərbaycan bazarında rəqabət mühitində nələr aşkarladınız? - İstər 1993-cü ildə qəbul edilmiş "Antiinhisar fəaliyyəti haqqında" qanun, istərsə də 1995-ci ildə qəbul edilmiş "Haqsız rəqabət haqqında" qanun müasir bazar tələblərinə tam cavab vermir. İslahatların aparılmasına ehtiyac var. Antiinhisar Dövlət Xidmətinin statusunun müəyyən qədər dəyişdirilməsi lazımdır. - İndiki halda Antiinhisar Dövlət Xidməti nəzarəti necə həyata keçirir? - Mən bu suala konkret misallar əsasında cavab verəcəyəm. Məsələn, ötən il "Səbuhi AMD" MMC-nin müraciəti əsasında səsyazma studiyalarında saxtakarlıq halları aşkar edilmişdi. ADX audiovizual sənaye məhsulları bazarında bir sıra reydlər təşkil etmişdi. Paytaxtda pirat və mənşəyi bəlli olmayan audiovizual sənaye məhsullarının satışının geniş yayıldığı müəyyən olunmuşdu. Artıq paytaxtda demək olar ki, piratçılıqla məşğul olan studiyaların fəaliyyətinə son qoyulub. Bakı şəhərində pərakəndə audiovizual sənaye məhsullarının satışını həyata keçirən bir neçə saxta istehsalçının bölgələrə üz tutması bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi ilə izah edilir. - Hesabatda qeyd edirsiniz ki, bazarda təqlidi məhsullara daha çox rast gəlinir... - Təəssüf ki, təqlidi məhsul istehsal edən müəssisələr fəaliyyət göstərməkdədir. Sadəcə, onlar barədə rəsmi orqanlara vaxtında müraciət olunmalıdır. "AER" Ltd 10 ildən artıqdır ki, Azərbaycan dondurma bazarındadır. Ciddi nüfuza malik olan şirkət bir sıra məşhur dondurma brendlərinin müəllifidir. Şirkətin vitse-prezidenti bildirib ki, ötən il onlara məxsus "Belıye noçi", "Lakomka" və "Flaminqo" adlı patentləşdirilmiş dondurma məhsulları "Camal" Ltd tərəfindən də istehsal olunaraq bazara buraxılıb. Şirkət Antiinhisar Dövlət Xidmətinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə müraciət edib. Nəticədə “Camal” LTD-yə kifayət qədər ağır sanksiyalar tətbiq olunub. Qeyd edim ki, yeyinti məhsulları istehsalı bazarında, həmçinin dondurma bazarında bu cür hallara tez-tez rast gəlinir. İnsafən, dövlət orqanları belə halları aşkara çıxarır, xəbərdarlıq edir, lazımi tədbirlər görür. - Bazarda təqlid halları nədən qaynaqlanır? - Bazar iştirakçıları bazara hər hansı yeni məhsul çıxarmaq əvəzinə, qısamüddətli qazancı hədəfləyən mənimsənilmələrə əl atırlar. - Ticarət rejiminin rəqabət mühitinə təsiri varmı? - Əlbəttə. Bunu müəyyənləşdirmək üçün araşdırmaya əlavə olaraq, bir sıra məhsulların dünya bazarında, Türkiyədə və Azərbaycanda qiymətlərini müqayisəli şəkildə öyrənmişik. Kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən fərq var. Lakin bu fərq idxal maşınqayırma məhsullarında müşahidə edilmir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.