Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
N.Qasımov ailələrin 77,8 faizinin dövlətdən ilk dəfə ünvanlı sosial yardım aldığını bildirdi: "Bu ilin birinci yarısında yardım təyin olunan ailələrin 73 191 -i (40,8 faizi) 3 və daha çox uşağı olanlardır. 973 (0,5 faizi) ailənin tərkibində müharibə əlili, 22863 ailənin (12,7 faizi) tərkibində isə digər səbəblərdən əlil olan şəxslər var. 293-ü (0,2 faizi) qəyyumluq təyin edilən, 16043-ü (8,9 faizi) məcburi köçkün və 44-ü (0,02 faizi) şəhid ailəsidir. Şöbə müdirinin sözlərinə görə, ünvanlı sosial yardımın verilməsində neqativ hallara yol verən 16 nəfər işdən azad edilib: "Sosial müdafiə mərkəzlərinin 200 nəfər əməkdaşına isə töhmət verilib. Yasamal rayonunda vətəndaşın şikayəti əsasında aparılan yoxlamalardan sonra rayon sosial müdafiə mərkəzinin sədri vəzifəsindən azad edilib. Təqsirkar şəxslərdən təxminən 200 min manat tutularaq dövlət büdcəsinə ödənilib" N.Qasımovun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsində neqativ halların qarşısının alınması üçün müəyyən nəzarət mexanizmi yaradılıb: "Hazırda bütün sosial müdafiə mərkəzləri lokal şəbəkədə birləşdirilib. Ünvanlı sosial yardım verilən bütün şəxslər barədə məlumatlar birbaşa mərkəzi bazaya ötürülür. Eyni zamanda qrafik əsasında ünvanlı sosial yardım alan şəxslərin kimliyi yoxlanılır. Həmçinin ünvanlı sosial yardım alanların 92 faizi bu prosesi plastik kartlarla həyata keçirirlər. Yalnız ucqar kəndlərdə yaşayanların yardımı poçt şöbələri vasitəsilə çatdırılır. Ən güclü nəzarət isə vətəndaş nəzarətidir. Vətəndaşların ünvanlı sosial yardımla bağlı bütün şikayətləri araşdırılır. Bu tipli şikayətlərin sayı isə ildən-ilə azalır. Ünvanlı sosial yardımın verilməsinə başlanıldığı ilk ildə vətəndaşlardan təxminən 3000 şikayət daxil olmuşdu. Ötən il isə bu şikayətlərin sayı 1400-ə düşüb". Şöbə müdiri əhalinin maarifləndirilməsi istiqamətində də iş aparıldığını vurğuladı: "Ünvanlı dövlət sosial yardım ilə bağlı qanunvericilik sistemi daha da təkmilləşdirilib. Ehtiyac meyarının məbləği 30 manatdan 60 manatadək artırılıb. Tələb olunan sənədlərin sayı 17-dən 9-a endirilib. Ünvanlı sosial yardımın təyin olunma müddəti 6 aydan bir ilədək uzadılıb. Yardımdan imtina müddəti 2 ildən 1 ilə endirilib. Nəticədə yardım alanların əhatə dairəsi genişləndirilib". Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.