Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İmişli rayonunda keçirilən seminarda bu sualın cavabı araşdırıldı
«Xidmət-İş» Həmkarlar İttifaqı Federasiyasının son illər təşkil etdiyi «Layiqli əmək dövlət proqramında» mövzusunda silsilə seminarlar respublikamızın regionlarında çalışan işçilər, eləcə də işəgötürənlər və məmurlar tərəfindən maraqla qarşılanır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, bizim sahənin kontingenti əsasən ticarət, ictimai iaşə, quşçuluq... müəssisələrində fəaliyyət göstərənlərdir. Sadaladığım müəssisələrin əksəriyyəti qeyri-formal iqtisadiyyata meyillidir. Qeyri-formal iqtisadiyyatda isə əmək münasibətləri qanunlar əsasında deyil, sahibkarın mənafeyi baxımından tənzimlənir. Biz seminarlarda bu məsələni ciddi qoyur, həm işçilərin, həm də işəgötürənlərin iştirakı ilə əmək münasibətləri qanunvericilik daxilində araşdırılır. Hər iki tərəfi təkzibolunmaz dəlillərlə inandırmağa çalışırıq ki, layiqli əmək istər işçilərin sağlamlığı və yüksək məhsuldarlığı, istərsə də istehsalatın inkişafı üçün zəruri şərtdir. Federasiya bu silsilədən olan növbəti seminarı avqustun 28-də İmişli rayonunda keçirdi. Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevin təşəbbüsü ilə baş tutmuş tədbirə yerli dövlət orqanlarının, bələdiyyələrin nümayəndələri, sahibkarlar, işçilər cəlb olunmuşdular. Rayon icra hakimiyyətinin başçısı Federasiyanın nümayəndələrini qəbul edərkən bildirdi ki, işəgötürənlə işçi arasında münasibətlərin qanunvericiliyin müəyyənləşdirdiyi səviyyədə olması zamanın tələbidir. Hökumətimiz qeyri-formal iqtisadiyyatın leqallaşdırılması üçün böyük işlər görür. Artıq biz öz rayonumuzun timsalında bu siyasətin uğurlu nəticələrinin şahidiyik. Həmkarlar ittifaqı da bu mühüm işdə əvəzsiz rol oynayır. Dövlət təmsilçisi olaraq İmişli rayon icra hakimiyyəti həmkarlar ittifaqının qeyri-formal iqsadiyyatda çalışanların əmək, sosial hüquqlarının pozulmasına qarşı gördüyü yorulmaz təbliğatı, təşkilatı işləri həmişə dəstəkləmişdir. Bu sahədəki nailiyyətləriniz yalnız dövlətçiliyimizin möhkəmlənməsinə xidmət deməkdir. Seminarda layiqli əməyin təmin edilməsi üçün aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməsi vacib sayılmışdır: İlk növbədə məşğulluq strategiyası həyata keçirilməli, gənclərin məşğulluğu təmin olunmalıdır. İşəgötürənlərlə işçilər arasında münasibətlər Əmək Məcəlləsinin tələbləri çərçivəsində qurulmalıdır. Sosial dialoq gücləndirilməlidir. İstehsalatda beynəlxalq əmək standartlarının tətbiqinə ciddi diqqət yetirilməlidir. Seminarın işində rayon icra hakimiyyəti başçısının müavini Səfa Ağayev və bu sətirlərin müəllifi iştirak etmişlər.
Cəmaləddin İSMAYILOV, «Xidmət-İş» Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.