Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Toy və yas mərasimlərinin keçirildiyi məkanlara nazirlik nəzarət edəcək..?

07.09.09 - 10:46274 baxılıb

Hadı Rəcəbli: "Şadlıq evlərinə lisenziyaların verilməsinin korrupsiyaya yol açacağı haqda iddialar əsassızdır"

"Mərasimlər haqqında" qanunun qəbulu ilə bağlı cəmiyyətdə birmənalı mövqe yoxdur. Bəziləri toy və yas mərasimləri ilə bağlı qanunun qəbulunun zəruriliyini önə çəksələr də, digərləri bu yöndə hansısa qanunvericilik aktının olmasının kəskin şəkildə əleyhinə çıxır.
Milli Məclisin Sosial Siyasət daimi Komitəsinin sədri Hadı Rəcəbli də ikinci mövqeyi nümayiş etdirənlərdəndir. O, yeni qanuna ehtiyac görmür. Qərara almışıq ki, məsələ ilə bağlı ayrıca qanun qəbul etməkdənsə, "Lisenziyalar haqqında" qanuna müəyyən dəyişiklikləri nəzərdə tutan müvafiq qanunvericilik aktını hazırlamaq daha məqsədəuyğun olar:
“Bizcə şadlıq evlərinin fəaliyyətinin lisenziyalaşdırılması Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə verilməlidir. Qoy onlar şadlıq evlərindəki akustika, səsləndirmə və digər məsələlərə nəzarəti həyata keçirsinlər. Şadlıq evlərindəki toy mərasimlərində baş verən ifratçılıq və israfçılığın, müşahidə olunan biabırçılığın qarşısını almağın yolunu ancaq bunda görürük”.
Beləliklə, Milli Məclisin payız sessiyasında "Lisenziyalar haqqında" qanuna əlavələr ediləcək. Bununla da ölkədə fəaliyyət göstərən şadlıq evlərinə lisenziya verilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılacaq. Komitə sədrinin sözlərinə görə, şadlıq evlərinə lisenziyaların verilməsinin korrupsiyaya yol açacağı haqda iddialar əsassızdır.
Çünki Mədəniyyət və Turizm Nazirliyi hazırda mehmanxanalara lisenziyalar verir və bu iş tam şəffaf aparılır: "Ona görə də narahatçılığa əsas yoxdur" - deyə H.Rəcəbli vurğuladı. O, əlavə etdi ki, şadlıq evləri lisenziyalaşdırıldıqdan sonra "Mərasimlər haqqında" qanunun qəbuluna ehtiyac duyularsa, yenidən müzakirələrə başlanılacaq.
Komitə sədri parlamentin payız sessiyasında müzakirəsini planlaşdırdıqları digər qanun layihələri barədə də məlumat verdi. Onun sözlərinə görə, komitə payız sessiyası üçün Milli Məclis aparatının sosial qanunvericilik şöbəsi ilə birlikdə "Sosial xidmət haqqında" qanun layihəsi hazırlayır. Qanun sosial sahədə çalışan işçilərlə bağlı münasibətləri tənzimləyəcək. H.Rəcəblinin dediyinə görə, artıq sənədin ilkin variantı üzərində iş aparılır: "Hesab edirəm ki, bu, çox vacib bir qanundur. Məlum olduğu kimi, sosial xidmət Azərbaycanda yeni formalaşmaqda olan bir institutdur. Ona görə də biz bu sahənin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsini nəzərdə tutan qanun layihəsini hazırlamalıyıq. Artıq ilkin variantı işlənilən sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub".
Bundan əlavə, komitə "Gənc ailələrin sosial müdafiəsi", "İlkin səhiyyə haqqında" qanun layihələrini də müzakirələrə təqdim etməyə hazırlaşır. Görüləcək işlər sırasında "AİDS-lə mübarizə haqqında" yeni qanunun hazırlanması da var. H.Rəcəbli dedi ki, bu il Əmək Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Lakin iqtisadi münasibətlərdə baş verən inkişaf bizi vadar edir ki, bu işi bu istiqamətdə payız sessiyasında da davam etdirək. Komitə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyan qanunun qəbul edilməsi ilə bağlı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərə də baxmaq niyyətindədir. Əhaliyə göstərilən sosial xidmət qanunla tənzimlənəcək.
Söhbət əsnasında öyrəndik ki, Milli Məclisin Sosial Siyasət daimi Komitəsi tərəfindən Ailə Məcəlləsinin monitorinqi davam edir. Bu barədə də məlumat verən komitə sədri bildirdi ki, artıq məcəlləyə dəyişikliklərin edilməsi üçün ortada müəyyən materiallar var: "Məsələ orasındadır ki, qanunda dəyişiklikləri toplum şəkildə etdikdə müəyyən narahatlıqlar yaranır. Yəni, müəyyən məsələlər var ki, onlar dərhal həllini tapmalıdır, digərlərinin həlli üçün isə müəyyən zaman kəsiyinə ehtiyac var. Belə halları nəzərə alaraq işimizi bundan sonra da davam etdirmək istəyirik ki, Məcəlləyə köklü dəyişiklik edə bilək".
Komitə sədrinin bildirdiyinə görə, nikaha daxil olan şəxslərin sağlamlıq haqqında arayış verməsi və nikah yaşının artırılması kimi məsələlər də müzakirə mövzusudur. Hələ ki, bu məsələlər ətrafında ciddi müzakirələr aparıldığından konkret variant üzərində dayanmaq mümkün deyil.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.