Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Böhran miqrantların da gəlirlərindən yan keçmədi

07.09.09 - 10:48265 baxılıb

Onların vətənlərinə göndərdikləri pullar azalır

Dünyadakı maliyyə böhranı xarici ölkələrə işləməyə gedənlərin vətənə göndərdikləri pulları azaldıb. Dünya Bankının hesablamalarına görə, bu il bəzi regionlara göndərilən pullar 15 faizədək azalacaq. Dünya Bankının açıqlamasında bildirilir ki, 2007-2008-ci illər ərzində xarici ölkələrə işləməyə gedənlərin ölkələrinə göndərdikləri pullar sürətlə artırdı. Məsələn, 2008-ci ildə inkişaf etməkdə olan ölkələrə ümumilikdə 328 milyard dollar pul göndərilib. Xaricdə işləyənlərin ən çox pul göndərdiyi ölkələr Hindistan, Çin və Meksikadır. Ötən il təkcə bu ölkələrə xaricdən 120 milyard dollar pul göndərilib. Bəzi ölkələrin isə əhalisi xaricdən göndərilən pullar hesabına dolanır. Məsələn, Tacikistan iqtisadiyyatının az qala yarısı xaricdə işləyənlərin qazancından asılıdır.
Pul axınının zəifləməsinin əsas səbəbi təbii ki, maliyyə böhranı ilə bağlıdır. Ən çox azalma Avropa və Mərkəzi Asiyada gözlənilir. Bu ölkələrdə azalma göstəricisinin 15 faizə qədər enəcəyi istisna edilmir.
Dünya Bankı hesab edir ki, bu sahədə vəziyyət 2010-2011-ci illərdən sonra bərpa edilə biləcək. Gəlirlərin azalmasının böhrandan əlavə səbəbləri də var. Avropa və Mərkəzi Asiya ölkələrindən gələn işçilər böhranın təsiri ilə yanaşı, onlara göstərilən mənfi münasibətdən də əziyyət çəkirlər. Miqrantların daha çox olduğu xarici ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, işçilərə qarşı ən kəskin münasibət Rusiya və Böyük Britaniyadadır. Xüsusilə Rusiyada işsizliyin artımı bura işləməyə gələn keçmiş SSRİ ölkələrinin vətəndaşlarının məşğulluğunun təmin edilməsini çətinləşdirib. Amma cari ilin ikinci yarısında neftin qiymətinin bahalaşması Rusiyada işçi qüvvəsinə tələbatı artıra bilər. Bu baş versə, Rusiyadan MDB-nin digər ölkələrinə pul axını da artacaq.
Yeri gəlmişkən, Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkədə işləyənlərin MDB ölkələrinə göndərdiyi pulun orta məbləği 30 faiz azalıb. Yəni əgər ötən il Rusiyadan MDB-nin digər ölkələrinə hər göndərişin orta məbləği 600 dollar idisə, indi bu rəqəm 418 dollara enib. Məbləğlərin aşağı düşdüyündən pul göndərişlərini həyata keçirən şirkətlər tariflərində endirimlər ediblər.
Azərbaycanlıların Rusiyada vəziyyətini gərginləşdirən qlobal maliyyə böhranı ilə yanaşı "Çerkizov" bazarının bağlanmasıdır. Bazarın bağlanmasından sonra sahibkarlara mağaza və konteynerlərdə qalan əmlaklarını çıxarmağa imkan verilməyib.
Rusiya Federal Miqrasiya Xidməti isə işsiz qalan miqrantların öz ölkələrinə deportasiya edilməsini vacib sayır. Rusiya tərəfi belə hesab edir ki, miqrant işdən çıxıbsa və Moskvada işsiz yaşayırsa, dövlət hesabına olsa belə, mütləq öz ölkəsinə yola salınmalıdır.
Hazırda "Çerkizov" bazarında ticarətlə məşğul olanlar neçə illərin zəhməti hesabına qazandığını itirmək təhlükəsi ilə qarşılaşıb. Satıcılar xəbər agentliklərinə açıqlamalarında bildiriblər ki, bazarın bağlanması ilə bağlı bir neçə dəfə şayiələr yayılsa da, bunun həqiqət olacağını gözləmirmişlər. Çünki təkcə Moskva şəhəri deyil, Rusiyanın böyük bir hissəsini mallarla bu bazar təmin edirdi. Bu mənada bazarın bağlanması işini itirənlərin sayını artıracaq.
Məsələyə münasibət bildirən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyada işsiz qalan azərbaycanlıların böyük bir hissəsinin vətənə qayıdacağını inandırıcı saymır: "Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti orada kirayədə yaşayır və bazarlarda fəaliyyət göstərir. Buna görə də bir bazarın bağlanması ilə kütləvi axın olacağı inandırıcı deyil. Bu ərazidə işlərini itirən azərbaycanlılar başqa yerdə iş tapa bilərlər. Digər tərəfdən, uzun müddətdir orada yaşayan həmin şəxslər müəyyən dərəcədə Rusiyaya bağlanıb. Ailəlidirlər, övladları orada təhsil alır. Rusiyada yalnız qanunsuz yaşayan miqrantlar geri qaytarıla bilər ki, onların da arasında azərbaycanlılar çox deyil".
Rusiyada əmək miqrantlarının sayının azaldılmasına və onların qeydə alınmasının çətinləşdirilməsinə münasibət bildirən Ə.Əliyev bunun da azərbaycanlılara ciddi problem yaratmadığını qeyd etdi: "Rusiya Federasiyasında miqrantlarla bağlı daha bir qərar qəbul edilib. Rusiya ərazisinə gedən keçmiş SSRİ vətəndaşlarının miqrasiyası ilə bağlı dövlət proqramı qəbul edilib. Həmin proqrama görə, 6 aydan az olmamaq şərtilə, keçmiş sovet respublikalarından olan vətəndaşlar Rusiya Federasiyasının ayrı-ayrı ərazilərində məskunlaşa və qısa müddətdə vətəndaşlıq ala bilərlər. Bu daha mükəmməl proqramdır və həmin vətəndaşlara əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə tələb olunmur. Bu da azərbaycanlıların Rusiyada iş tapmasına mane olmayacaq".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.