Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu reallaşdırdığı ilk müsabiqənin nəticələrini açıqladı

07.09.09 - 10:57409 baxılıb

Vüqar Səfərli: "Müsabiqə şərtlərinin pozulduğu üzə çıxsa kiv-lər məhkəməyə veriləcək"

Narazı qalan təşkilatlar sentyabrın 5-nə qədər apelyasiya komissiyalarına müraciət edə bilər

"Trend" İnformasiya Agentliyində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu il KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələri haqqında mətbuat konfransı keçirildi. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin gedişi, qaliblərin seçim mexanizmi barədə məlumat verdi. Bildirdi ki, 2009-cu il iyulun 1-dən elan edilən müsabiqədə iştirak etmək üçün 112 layihə təqdim olunub: "Onlardan 109-u birbaşa, 3-ü isə poçt vasitəsilə Fonda daxil edilib. Təşkilatların 25-i lazım olan sənədləri təqdim etməmiş və ya layihələri hazırlayarkən qüsurlara yol vermişlər. Beləliklə ekspertlər 87 layihəni qiymətləndirmişlər.
Qiymətləndirmədə 12 ekspert iştirak edib. Onlar media və layihələrlə iş təcrübəsi olan, respublikada tanınan mütəxəssislərdir. Hər layihəyə 3 ekspert qiymət verib. Qiymətlər ümumiləşdirildikdən sonra məlum olub ki, 15 layihə zəruri keçid balını toplaya bilməyib. 17 layihə isə ümumilikdə zəruri keçid balını toplayıb. Lakin öz istiqamətində digər layihələrdən az bal topladıqları üçün qalib ola bilməyib. Nəticədə təqdim edilən 55 layihə müsabiqənin qalibi olub. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-ı jurnalist təşkilatı və 6-ı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir".
V.Səfərli qeyd etdi ki, layihələrin icrası dörd ay müddətində iki mərhələdə həyata keçiriləcək: "Hər mərhələ iki aydan ibarətdir. Birinci mərhələdə müsabiqədə qalib gələn KİV-ə maliyyə yardımının 50 faizi ödəniləcək. Sonra fondun əməkdaşları araşdırma aparacaqlar. Layihə lazımınca, müsabiqə şərtlərini pozmadan icra olunursa, onda vəsaitin qalan hissəsi də ödəniləcək. Aparılan araşdırmalar zamanı müsabiqə şərtlərinin pozulduğu aşkarlanarsa, bu zaman fond layihəni həyata keçirən KİV-i məhkəməyə verəcək".
Konfrans çərçivəsində Fondun Müşahidə Şurasının sədri Ümid Mirzəyev müsabiqədə qalib gələn kütləvi informasiya vasitələrinin adlarını açıqladı: "Müsabiqədə "Ülfət", "Ədalət", "Azadlıq", "Bakı-xəbər", "Xalq Cəbhəsi", "Səs", "Kaspi", "525-ci qəzet", "Olaylar", "Azad Azərbaycan", "Palitra", "AzərNews", "Novoye vremya", "Şərq", "Üç nöqtə", "Paritet", "Mövqe", "Yeni Azərbaycan", "Bizim yol", "Oxu məni", "Hərbi and", "Addım", "Futbol+qol", "Mərkəz", "Proqnoz", "Vətən uğrunda", "Paralel", "Yeni Musavat", "Həftə içi", "Təzadlar" qəzetləri, "Trend", "ASSA-İradə", "Azadinform", "Azəri Press", "Səs" informasiya agentlikləri müsabiqədə qalib hesab olunmuşlar. Bununla yanaşı, müsabiqədə bir sıra aidiyyəti təşkilatların da təqdim etdiyi layihələr yüksək qiymətləndilirib. "Beynəlxalq Avrasiya Mətbuat Fondu", "RUH" Azərbaycan Jurnalistləri Komitəsi, "Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyi, "Müstəqil Araşdırmaçı Jurnalistlər" Liqası, "Azərbaycan Müstəqil Jurnalistlər" Liqası, Azərbaycan Mətbuat Şurası, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi, "Jurnalist Qadınlar" Assosiasiyası, "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi, Jurnalistlərin Həmkarlar İttifaqı, Azərbaycan Jurnalistlər Birliyi, "Azərbaycan Demokratik Jurnalistlər" Liqası, "Polisə Dəstək", "İctimaiyyətlə Əlaqələrin İnkişafı", "Sən Tək Deyilsən", Müstəqil Hüquq Mərkəzi, "Qloballaşma və Milli Həmrəylik" ictimai birliyinin təqdim etdiyi layihələr müsabiqə qalibləri sırasındadır".
Müşahidə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında müsabiqənin Azərbaycanda mətbuatın inkişafına göstərəcəyi təsiri vurğuladı: "Dövlət mətbuata birdəfəlik yardım ayırdı. Əminəm ki, KİV-lərə edilən yardımlar bununla kifayətlənməyəcək. Bundan sonra KİV-lərə rəsmi qurumların reklam və elanlarının verilməsinə çalışacağıq. Bu məsələdə də Türkiyə təcrübəsini Azərbaycana gətirməyi planlaşdırırıq. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində də addımlar atılacaq".
Tədbir çərçivəsində həmçinin, bildirildi ki, müsabiqənin gedişindən narazı olanlar və layihəsi uğur qazanmayan KİV-lər ayın 5-nə kimi fondun apelyasiya komitəsinə yazılı şəkildə müraciət edə bilərlər. Qeyd edək ki, sentyabrın 5-dən sonra edilən müraciətlərə baxılmayacaq.
Məlumat üçün bildirək ki, müsabiqədə qaliblər sırasında adları çıxmayan KİV-lərin siyahısı kivdf.gov.az saytında açıqlanacaq. Onların müsabiqədə qalib gəlməməsinin səbəbləri də göstəriləcək.

Gülər KƏRİMLİ

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.