Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Son günlər paytaxtın kirayə mənzil bazarında qiymətlər bahalaşıb. Kirayə mənzil axtaranların sayının artması qiymətlərə öz təsirini göstərib. Kirayə mənzillərin bahalaşması isə paytaxta bu aylarda daha çox tələbənin və iş adamlarının gəlişi ilə əlaqələndirilir.
Bu prosesin oktyabrın əvvəlinədək davam edəcəyi gözlənilir. Paytaxtın daşınmaz əmlak bazarındakı son vəziyyətə aydınlıq gətirən NBA şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə mənzillərin qiymətində bahalaşmanın avqustun ikinci yarısından başladığını bildirdi: "Avqust, sentyabr ayları kirayə mənzil bazarı üçün aktiv ay hesab edilir. Əvvəlki aylarda kirayə mənzil bazarında 120-130 əməliyyat aparılırdısa, indi bu rəqəm 280-ə çatıb. Bu da bazara təsirsiz ötüşmür. Avqustun 3-cü ongünlüyündə kirayə qiymətləri təxminən 3,8 faiz bahalaşıb. Ötən ilin yeni dövrü ilə müqayisədə qiymətlər 1,1 faiz artıb. Ucuz mənzillərdə isə təxminən 12 faiz qiymət artımı olub". N.İbrahimov bazarda əsas tələbin ucuz mənzillərə olduğunu bildirdi: "Hazırda kirayə məzillərə ən çox tələbat Yasamal rayonundadır. Bu isə təhsil müəssisələrinin əksəriyyətinin həmin rayonda yerləşməsi ilə bağlıdır. Kirayə mənzillərə olan tələbata görə ikinci yerdə Nəsimi rayonudur. Bu rayonlarda bir otaqlı mənzillərin aylıq kirayə haqqı 300 manatdan artıqdır. Bu aylarda əsas tələb isə 300-500 manat dəyərində olan mənzillərə olduğundan qiymət artımı da daha çox bu mənzillərdə özünü göstərir. 500 manatdan yuxarı qiymətə kirayə verilən mənzillərə tələb zəif olduğundan qiymətlərdə də ciddi artım yoxdur. Hazırda qiyməti 500-1500 manat olan mənzillərin qiyməti stabildir. 1500 manatdan artıq qiyməti olan mənzillərin qiymətində isə ucuzlaşma gedir. Daha çox bahalaşanlar isə birotaqlı mənzillərdir. Hazırda birotaqlı mənzillərin orta qiyməti 360 dollardır".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.