Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Namiq Həsənov: "Hazırda əsasən istismar müddəti bitən və sərnişin daşınması üçün yararsız olan taksilərin yığışdırılması nəzərdə tutulur"
Son günlər Nəqliyyat Nazirliyi paytaxtda taksi kimi fəaliyyət göstərən maşınlara qadağalar tətbiq edib. Köhnə avtomobillərin yığışdırılması isə yüzlərlə şəxsin narazılığına səbəb olub. Maraqlıdır ki, hazırda təkcə Bakı şəhərində minlərlə insan bu yolla ailəsini dolandırır. Birdən-birə həmin taksilərin fəaliyyətinə qadağa qoyulması birmənalı qarşılanmır. Digər tərəfdən isə, paytaxta yeni taksilər gətirilmədiyindən bu sahədə boşluq var. Nəqliyyat Nazirliyi yeni təksilərin gətiriləcəyi ilə bağlı son 2 ildə vədlər versə də, indiyədək cəmi 30 ədəd "Toyota" avtomobili gətirilib. Belə olan halda köhnə taksilərin yerini kimlər tutacaq? Taksi sürücülərini narazı salan bu məsələyə münasibət öyrənmək üçün Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovla əlaqə saxladıq. N.Həsənovun sözlərinə görə, taksilərin yığışdırılması işi davam etdiriləcək: "Hazırda əsasən istismar müddəti bitən və sərnişin daşınması üçün yararsız olan taksilərin yığışdırılması nəzərdə tutulur. Bu gün paytaxtda təxminən 4 000 -5 000 ədəd taksiyə ehtiyac var. Amma paytaxtda 25 mindən artıq taksi fəaliyyət göstərir. Həmin taksilərin əksəriyyəti isə istismar müddəti bitən avtomobillərdir. Bu gün də paytaxtda sınıq-salxaq sovet maşınları ilə taksi fəaliyyəti ilə məşğul olurlar. Hətta "zaporoje", "moskviç", "qaz 24" markalı avtomobillərlə sərnişin daşınır". Köhnə taksilərin hansı meyarlar əsasında yığışdırıldığına gəldikdə isə, N.Həsənov dedi: "Bu gün 70-80-ci illərin istehsalı olan avtomobillərlə taksi fəaliyyəti göstərirlər ki, bu da yolverilməzdir. Taksilər yığışdırıldıqda isə bu meyarlar nəzərə alınır". N.Həsənov bu istiqamətdə iş aparıldığını vurğuladı: "Taksi xidmətinə xarici görünüşü və xidmət səviyyəsi yüksək olan avtomobillər cəlb ediləcək. Artıq paytaxta 30 ədəd "Toyota" avtomobili gətirilib. Əlavə olaraq "Mersedes" və "Passat" markalı avtomobillərin gətirilməsi də nəzərdə tutulub. Hazırda yeni taksilərin gətirilməsində müəyyən problemlər var. Çox güman ki, bu işlərə gələn ildən başlanılacaq. Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.