Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Kanalizasiya şəbəkələri bərbad vəziyyətdədir

28.09.09 - 11:35405 baxılıb

Respublikadakı kanalizasiya sisteminin yeniləşməsinə 2 milyard manat tələb olunur

Son bir həftədə iqlim normasından artıq yağışların yağması bölgələrdə sel və daşqınlara səbəb olub. Məlum olduğu kimi, Hacıqabul, Bərdə, Qusar, Xaçmaz, Neftçala, Salyan və digər rayonlarda yüzlərlə ev su altında qalıb. Həmin rayonlarda təbii fəlakətin baş verməsində yağmurlu hava şəraiti rol oynasa da, əsas səbəb bu ərazilərdə kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olmasıdır. Qeyd olunan rayonlarda və eləcə də 40-a yaxın digər rayonda kanalizasiya xətlərinin işləməməsi kəskin yağışlar zamanı daşqın və sellərin baş verməsinə gətirib çıxarır. Eyni zamanda Bakı şəhərinin bir neçə yaşayış sahəsi sellərin qurbanına çevrilir.
Məsələn, paytaxtın Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov, Bəşir Səfəroğlu, Bala Mirzəyev, Sabir, Xəqani küçələri, "Xətai", "Elmlər Akademiyası" metrostansiyalarının yaxınlığı, Böyükşor, Çermet, Xutor, Masazır, Keşlə qəsəbələri və digər yaşayış massivləri kanalizasiya sisteminin işləməməsi səbəbindən su içində qalır.
Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, son illərdə Bakı şəhərində yeni binaların tikilməsi və əhalinin sayının artması kanalizasiya sisteminin işini iflic vəziyyətə salıb. Bakının Baş Planının müəlliflərindən biri Feyzulla Qasımovun sözlərinə görə, ötən əsrin 60-cı illərində istismara verilmiş kanalizasiya xətlərinin sugötürmə qabiliyyəti o dövrki yaşayış evlərinin sayına uyğun hesablanıb. Bakı şəhərinin kanalizasiya sistemi qurularkən 2 milyonluq əhalinin yaşadığı evləri əhatə edib. Ötən 50 il ərzində Bakıda 10 minlərlə qanunsuz evlər tikilib və onların heç birinin mühəndis-kommunikasiya vasitəsi plana uyğun deyil. O cümlədən həmin evlərin kanalizasiya xətlərinin mərkəzi şəbəkəyə, yəni baş plandakı sxemə aidiyyəti yoxdur. Amma onlar qanunsuz da olsa mərkəzi şəbəkəyə qoşulub. Bundan əlavə, yeni tikilən göydələnlərdə istifadə edilən sular da kanalizasiyaya axıdılır. Hazırda Bakı şəhərinin əhalisinin 80 faizinin kanalizasiyaya çıxışı var. Hesablamalara görə, sugötürmə qabiliyyəti saniyədə 1 ton olan kəmərlərə saniyədə 3 ton su vurulur.
"Azərsu"nun məlumatına görə, Bakı ilə yanaşı, rayonlarda da kanalizasiya xətləri pis vəziyyətdədir. 45-ə yaxın rayonda, ümumiyyətlə, kanalizasiya sistemi yox səviyyəsindədir. Respublikada bütün kanalizasiya xətlərinin yeniləşməsinə 2 milyard manatdan çox vəsait tələb olunur. "Azərsu"nun isə bu qədər vəsaiti yoxdur. Buna görə də hökumət ölkənin su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün xarici maliyyə institutları ilə kredit ayrılması barədə danışıqlar aparmaqdadır və hazırda bir neçə müqavilə imzalanıb. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında su-kanalizasiya şəbəkəsinin yenidən qurulmasına dair sənəd imzalanıb. Layihə çərçivəsində Azərbaycanın 21 rayonunun kanalizasiya sistemi yenidən qurulacaq. Asiya İnkişaf Bankı isə bu məqsədlə ölkəmizə 70 milyon dollar vəsait ayırıb.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.