Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Kölgədə qalan insanlar

12.10.09 - 10:58242 baxılıb

Layiqli əmək norma yox, məqsəd olmalıdır

Məlum olduğu kimi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə «Azərbaycanda qeyri-formal iqtisadiyyata qarşı mübarizə» mövzusunda layihə həyata keçirilir.
2008-2009-cu illəri əhatə edən bu layihə çərçivəsində növbəti tədbir Qax rayonunda yerləşən «Şəfa» pansionatında təşkil olunmuşdu. Tədbirə bölgədə yerləşən 6 rayonun həmkarlar ittifaqlarının 60 nəfərə qədər sədr və fəalı dəvət edilmişdi. Tədbiri giriş sözü ilə layihənin rəhbəri, AHİK sədrinin müavini Aqil Dadaşov açdı. O, Azərbaycan iqtisadiyyatının durumu, qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün dövlətimizin və hökumətimizin həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verdi. Bildirdi ki, xüsusilə son illərdə iqtisadi inkişaf tempinə görə respublikamız dünya ölkələri sırasında qabaqcıl mövqelərdən birini tutur. Bu nailiyyətlərimizlə yanaşı, kifayət qədər problemlərimiz də var. Onlardan biri də qeyri-formal iqtisadiyyatın tam aradan qaldırılmamasıdır.
A. Dadaşov bildirdi ki, bu, təkcə Azərbaycanda deyil, bütün dünyada, hətta yüzilliklərlə dövlətçilik təcrübəsinə malik, inkişaf etmiş Avropa ölkələrində də mövcuddur. Natiq konkret faktlar da gətirdi: «Bu göstərici Litvada 25, Bolqarıstanda 30, Avropa Birliyinin yeni üzv ölkələrində 20, MDB ölkələrində isə 48 faiz təşkil edir». Azərbaycanda insanların layiqli əməklə təmin edilməsi daim diqqət mərkəzində olub. Bununla əlaqədar hətta respublika Prezidenti səviyyəsində ciddi tədbirlər görülür. 2007-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qısa müddətdə səmərə verib. Bu dəyişikliklərə uyğun olaraq Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlanmadan işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsinə görə böyük məbləğdə cərimə müəyyənləşdirilib. Qeyri-formal iqtisadiyyatın və burada çalışan insanların leqallaşdırılması istiqamətində tərəfdaşlarımızla 2008-2009-cu illər üçün bağladığımız Baş Kollektiv Sazişdə bəzi tədbirlər də öz əksini tapıb.
A. Dadaşov layihənin meydana gəlmə səbəbindən də danışdı. Qeyd etdi ki, AHİK-in III qurultayına gəlmiş xarici qonaqların dövlət başçısı tərəfindən qəbulu zamanı Panavropa Regional Həmkarlar İttifaqları Şurasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti cənab Mixail Şmakov irəli sürmüşdü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu təşəbbüsü dəstəkləmişdi. 2008-2010-cu illəri əhatə edəcək layihə çərçivəsində qeyri-formal iqtisadiyyat, onun işçilərin sosial, əmək hüquqlarına, dövlət iqtisadiyyatına mənfi təsiri barədə dünya ölkələrinin təcrübəsi əsasında həmkarlar ittifaqı fəallarını məlumatlandırmaq məqsədi daşıyan informasiya kitabçası və təhlili materiallar hazırlanmış, müvafiq işçi qrupu formalaşmış, sosial tərəfdaşların və KİV-lərin iştirakı ilə dəyirmi masalar və seminarlar keçirilmişdir. Layihənin icrası ilə bağlı görülən işlər BHİK-in əlaqələndiricisi tərəfindən yüksək qiymətləndirilmişdir.
AHİK-in zəhmətkeşlərin əməyinin və sosial iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin baş mütəxəssisi Arif İbrahimov qeyri-formal iqtisadiyyata həmkarlar ittifaqlarının münasibətini belə izah etdi: iqtisadiyyatın bu sahəsi ilə bağlı müxtəlif təşkilatlar müxtəlif rəqəmlər söyləyirlər. Rəsmi statistikaya görə, kölgə iqtisadiyyatı ümumdaxili məhsulun 13-14 faizini təşkil edir. Bəzi beynəlxalq sənədlərdə bu rəqəmin hətta 60 faizi iddia olunur. Biz dəfələrlə sosial tərəfdaşlarımız, beynəlxalq qurumlar qarşısında məsələ qaldırmışıq ki, gəlib birlikdə müayinə aparaq, müxtəlifliyə birdəfəlik son qoyaq. Təəssüf ki, hələ çağırışımıza cavab verən yoxdur.
A. İbrahimov dedi ki, qeyri-formal iqtisadiyyatda çalışan işçilər sifarişləri mövcud sosial, hüquqi, iqtisadi, istehsal, ekoloji və digər qayda və hüquqlara xələl gətirməklə icra edirlər. Əməkçilərin məruz qaldıqları risklər arasında işdə bədbəxt hadisə baş verdikdə onların müdafiə olunmamasını, əməkhaqqının gecikdirilməsini, iş vaxtının həddindən artıq uzadılmasını, ixtisasa uyğun gəlməyən işlərin icrasını, iş yerində ayrı-seçkiliyə yol verilməsini, qadınlar tərəfindən ağır fiziki əməyin yerinə yetirilməsini xüsusilə göstərmək lazımdır.
Qeyri-formal iqtisadiyyatda qütbləşmə də özünü qabarıq şəkildə göstərdi. Bir qütbdə həddindən artıq gəlir əldə edən və daha iri biznesə keçmək imkanları olan insanlar, digər tərəfdə isə kasıb, əmək qabiliyyətləri aşağı olanlar durur. İkinci kateqoriyaya aid işçilərin iqtisadiyyatın bu sektorundan çıxmaq imkanı getdikcə məhdudlaşır.
Bununla yanaşı, qeyri-formal iqtisadiyyatda çalışan əməkçilər üçün real sosial təminatlar, əmək şəraiti üzərində nəzarət, demək olar ki, yoxdur və nəhayət, bu cür məşğuliyyət peşəkarlığın, ixtisaslaşmanın qismən də olsa itirilməsinə gətirib çıxarır. DSMF-in məlumatına görə, sosial sığortalanmaya cəmi 1,7 mln işçi cəlb olunub.
Qeyri-formal iqtisadiyyatın artan miqyasından narahat olan Beynəlxalq Əmək Təşkilatı 2002-ci ildə keçirilən Baş Konfransının 90-cı sessiyasında «Layiqli əmək və qeyri-formal iqtisadiyyat» adlı məruzəni müzakirə edib müvafiq qətnamə qəbul etmişdir. Bu sənəddə qeyd olunmuşdur ki, BƏT və onun üçtərəfli iştirakçıları üçün layiqli əmək norma yox, məqsəd olmalı və bu məqsədə mərhələ-mərhələ çatmaq lazımdır. Vəzifə ondan ibarətdir ki, bütün iqtisadiyyatda, formal və qeyri-formal sahələr daxil olmaqla, layiqli əmək dəstəklənməlidir, özü də bu səylər inkişafa, yoxsulluğun azaldılmasına, kişi və qadınlar arasında bərabərliyin təmin edilməsinə istiqamətləndirilməlidir.
Təcrübə göstərir ki, bəyan olunmamış əməyə aid mövzu eyniliklə bütün sosial tərəfdaşlar üçün vacibdir (hökumətə vergilərin ödənilməsi lazımdır, işəgötürənlər qeyri-bərabər rəqabətdə maraqsızdırlar, həmkarlar ittifaqları əməkhaqlarına münasibətdə dempinqdən çəkinmək istəyirlər və onlara yeni üzvlər lazımdır). Bu məsələ üzrə xüsusi ziddiyyətlər yoxdur və ya üç tərəfin rəyi üst-üstə düşür, əməkdaşlığa doğru hərəkətlər mövcuddur.
Qeyri-formal iqtisadiyyatla bağlı təhlükələr artıq Azərbaycan Respublikası Prezidentinin də narahatçılığına səbəb olmuşdur. Nazirlər Kabinetinin 2007-ci il oktyabr ayında keçirilən iclasında ölkə başçısının çıxışı bunun bariz nümunəsidir: «Ev tikilir, fəhlələri işə cəlb edirlər, əmək müqavilələri yoxdur. Yaxud da əməkhaqqı. İndi hamı bilir ki, tikinti sektorunda ən aşağı işdə işləyən ayda minimum 200, 300, bəlkə də 400 manat maaş alır. Amma cədvəldə rəsmi nə qədər göstərilir? Minimum əməkhaqqı 50 manat göstərilir. Nə üçün?.. Vergidən yayınmaq üçün. Bunu hamı bilir. Yaxşı, onda niyə tədbirlər görülmür? Tam şəkildə şəffaflıq olmalıdır, əmək müqavilələri bağlanmalıdır, orada işləyən fəhlələrin təhlükəsizliyi üçün tədbirlər təmin edilməlidir. Hamı qeydiyyata alınmalıdır və onlara verilən real maaş real cədvəldə göstərilməlidir».
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının məsul işçisi S.Qlovaskas çıxışında dedi ki, qeyri-formal iqtisadiyyat fenomeninin geniş yayılması üçün çoxlu obyektiv siyasi, iqtisadi və sosial səbəblər mövcuddur. Lakin çatışmayan subyektiv amillər də az deyil. Belə bir yanaşma geniş yayılmışdır ki, çatışmayan subyektiv amillər keçid dövrünün xüsusiyyətlərindən irəli gəlir, müəyyən vaxtdan sonra öz-özünə yox olur. Lakin postsovet məkanındakı ölkələrin əksəriyyətində siyasi demokratiya artıq tam şəkildə fəaliyət göstərir, özəlləşdirmə başa çatdırılıb, islahatlar həyata keçirilib, iqtisadi yüksəliş hiss olunur. Hətta bu ölkələrin bəzisində hüquqi baza və iqtisadiyyat Qərb ölkələrinə nisbətən daha liberaldır. Mərkəzi-Şərqi Avropa ölkələrində planlı iqtisadiyyat 1-2 il ərzində ləğv edilmiş, lakin bazara qayıdış 15 ildən çox çəkmişdir.
Regionda, xüsusilə Rusiya, Çexiya, Macarıstan və Polşada qeyri-formal işçi qüvvəsinin əsas mənbəyini miqrantlar təşkil edir. Mövsümi miqrasiya işçi axınına məruz qalan ölkələrin özündə də qeyri-formal əmək münasibətlərinin artmasına təsir göstərir: vətəndə yaşayanlar xaricdən göndərilən maliyyə vəsaiti hesabına dolanır, təsadüfi işlərdə məşğul olur, vergiləri ödəməkdən yayınırlar. Daxili miqrasiya da Mərkəzi-Şərqi Avropa regionunda geniş miqyasda yayılmaqdadır.
Qeyri-formal iqtisadiyyat müxtəlif sahələrdə, dövlət sektoru da daxil olmaqla, dərin kök salmışdır. Bu iqtisadiyyatın yalnız kənd təsərrüfatında, ticarət və xidmət sahəsində mövcudluğu haqqında fikir geniş yayılmışdır. Lakin bu heç də belə deyil. Bizim regionumuzda qeyri-formal iqtisadiyyat tikintidə, emal sənayesində, turizm, nəqliyyat və digər sahələrdə geniş yer almışdır. Əlbəttə, hər bir ölkənin öz xüsusiyyəti vardır. Qeyri-formal iqtisadiyyatın faiz dərəcəsi, məsələn, Ukraynada kömür hasilatında, Litvada ağac emalında, Moldovada qida sənayesində, Gürcüstanda kənd təsərrüfatında daha çox müşahidə olunur.
«Xidmət-İş» Hİ Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov təmsil etdiyi təşkilatın təcrübəsindən konkret faktlarla tədbir iştirakçılarına məlumat vermişdir.
Dövlət Əmək Müfəttişliyinin Qax rayonu üzrə müfəttişi Y.Əlişov və Məşğulluq Mərkəzinin Zaqatala rayon şöbəsinin məsul işçisi R.Yusifov, Qax rayon şöbəsinin əməkdaşı A.Əliyev seminarda qaldırılan problemlərə münasibət bildirmiş, həmkarlar ittifaqı liderlərinin suallarını cavablandırmış, onlarla birlikdə fəaliyyət göstərməyə hazır olduqlarını diqqətə çatdırmışlar.
Birgünlük seminar diskussiya ilə başa çatmışdır.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Telman Quliyev çıxış etmişdir.

Bəyalı Rzayev,
Əhəd İBADOV.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.