Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Azərbaycanda gənc ailələrə yalnız valideynləri kömək edir. Dövlət isə gənc ailələrə yardımdan kənarda qalır". Bu fikrin müəllifi millət vəkili Elmira Axundovanın sözlərinə görə, gənc ailələrin sosial müdafiəsini gücləndirmək üçün müvafiq qanun qəbul edilməlidir. Konkret desək, Milli Məclisdə "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi qəbul edilməlidir. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Elmira Axundova xarici ölkələrdə gənc ailələrin və hamilə qadınların sosial müdafiəsinin Azərbaycanla müqayisədə daha yüksək səviyyədə olduğunu qeyd etdi: "Dövlət bu statusda olan insanlara yardım məqsədi ilə müvafiq addımlar atmalıdır. Bu addımlar isə qanunla tənzimlənməlidir". E.Axundovanın sözlərinə görə, söhbət yalnız maddi yardımdan getmir: “Hesab edirəm ki, gənc ailələrə sosial dəstək məsələsi proqram şəklində də qəbul edilə bilər”. Məlumat üçün bildirək ki, 2008-2009-cu illərdə bir sıra MDB dövlətlərində dünya maliyyə böhranı və inflyasiyanı nəzərə alaraq, sosial müavinətləri kəskin şəkildə artırıblar. Hamiləliyə, doğuşa və uşağa qulluq etməyə görə müavinətlər xeyli yüksəldilib. Millət vəkili təəssüflə qeyd etdi ki, Ukrayna və Qazaxıstan hamilə qadınların və anaların sosial müdafiəsi baxımından bizdən irəli gediblər. Onlarda bu kateqoriyadan olan insanların sosial müdafiəsi daha güclüdür. Azərbaycanda doğumla əlaqədar birdəfəlik müavinət cəmi 50 manatdırsa, Rusiyada bu məbləğ 350 dollara bərabərdir. Ukraynada birinci uşağın doğuşuna görə birdəfəlik müavinət 150 dollardır. İkinci doğuşda bu məbləğ iki dəfə artır, üçüncü uşaqda isə dövlət ailəyə 600 dollar ayırır. Bu fərq həmin ölkələrdə yeni doğulan körpələrin sayının azalması ilə əlaqədardır. Ümumiyyətlə, əhalinin say hesabını götürəndə bu fərq bir o qədər də çox deyil. Qazaxıstanda işləməyən qadınlar uşağa qulluğa görə bir il müddətində aylıq müavinət alırlar. İşləyən qadınlar isə orta aylıq əməkhaqqının 40 faizini bir il müddətinə əldə edirlər. Azərbaycanda isə qadın yalnız bir neçə ay uşağa qulluğa görə pul alır, sonra isə öz hesabına məzuniyyətə çıxmalıdır...
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.