Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir. Əvvəlki qanunda isə 3 uşağı olanlar 51, 4 uşağı olanlar 50, 5 uşağı olanlar 49, 6 uşağı olanlar 48, 7 uşağı olanlar 47, 8 uşağı olanlar 46, 9 uşağı olanlar 45, 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda pensiyaya çıxmaq hüququ qazanırdı. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdirilib. Belə ki, sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququ müəyyən olunub. Ana vəfat etdiyinə və ya nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda, bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yeni qanunun qəbul edilməsinə münasibət bildirən millət vəkili Hadı Rəcəbli əmək pensiyası yaşının artırılmasını sosial ədalət prinsipinin pozulması ilə əlaqələndirib. O, «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi zərurətini iki səbəblə izah edib: «Birincisi, «Təhsil haqqında» qanuna əlavə və dəyişikliklər müzakirə olunarkən pensiya haqqında bənd var idi. O zaman cəmiyyətdən narazılıqlar səsləndi ki, nəyə görə insanları tez pensiyaya çıxarmağa çalışırsınız? Biz də bu narazılıqları nəzərə aldıq. Bu o deməkdir ki, insanlar pensiyaya çıxmaqdansa, işləməyə üstünlük verirlər». Millət vəkili xatırlatdı ki, Avropa ölkələrində həm kişi, həm də qadın üçün pensiya yaşı 65-dir. Türkiyədə qadınlar 60, kişilər isə 65 yaşlarında pensiyaya çıxırlar. Onun sözlərinə görə, Azərbaycanda orta yaş həddi artıb və bu səbəbdən sosial ədalət prinsipi pozulub: «Yəni orta yaş həddi ilə götürdükdə qadının təqaüdə çıxandan sonra 18, kişinin 12 il pensiya alması müşahidə edilir və biz bunu tənzimləmək qərarına gəldik». Millət vəkili Musa Quliyev isə pensiya yaşının artırılmasını sosial-iqtisadi inkişafla əlaqələndirdi. O bu qənaətdir ki, hazırkı pensiya yaş həddi keçmiş SSRİ dövründən qalma ənənələr əsasında formalaşıb. Çünki həmin dönəmdə keçmiş Sovet İttifaqı həm iqtisadi resurslarının çoxluğu, həm də əhali artımına önəm verilməsi səbəbindən pensiya yaşının aşağı göstərilməsinə, o cümlədən əksər təbəqələrə güzəştlərin nəzərdə tutulmasına şərait yaradırdı. Həmçinin insanların əksəriyyəti fiziki əməklə məşğul olduğu üçün orta ömür həddi aşağı idi. Hazırda isə insanların fiziki işlə məşğul olmasına çox az hallarda rast gəlinir. Digər tərəfdən, müalicə-diaqnostika imkanları çoxaldığından insanların əmək qabiliyyəti də artır. M.Quliyevin bildirdiyinə görə, zaman keçdikcə insanların orta ömür yaşı artır. Orta ömür göstəricisi artdığından pensiya alanların sayı da çoxalır. Eyni zamanda əhalinin artım tempi də aşağı düşür. Beləliklə də, ölkədə əmək qabiliyyəti olmayan vətəndaşların sayında da artım müşahidə olunur. Belə insanlar isə işləyən təbəqənin ödədiyi sığorta haqları hesabına saxlanılmalıdırlar. Buna görə də pensiya yaşının artırılması aktual məsələdir». Belə hesab edilir ki, bu addımın atılması əmək qabiliyyətli insanların sayının artması baxımından özünü doğrulda bilər. «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərin əleyhinə çıxanlar da var. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirdi ki, pensiya yaşının artırılması orta yaş həddi 80-dən yuxarı olan, qocalma prosesi sürətlə gedən və işçi qüvvəsinə tələbat olan ölkələrdə tətbiq edilir: «Əmək bazarında yaşlı nəslin əməyinə ehtiyac olduqda pensiya yaşı artırılır. Amma Azərbaycan üçün faktiki reallıq budur ki, gənclərin böyük hissəsi xüsusən regionlarda işsizdir. Azərbaycanda gənclərin əməyinə daha çox ehtiyac var». «SSRİ dövründə pensiyaya çıxan maaşının 50-dən 100 faizinə qədərini alırdı. Azərbaycanın da qoşulduğu konvensiyalara görə, pensiya orta əməkhaqqının 40 faizindən aşağı olmamalıdır. Amma Azərbaycanda pensiya orta əməkhaqqının 35 faizi səviyyəsindədir. Bu gün orta pensiya həddi 96 manatdırsa, pensiyaçıların əksəriyyəti bundan aşağı alır. 75-80 manat alanların sayı daha çoxdur. Pensiyaların 5-10 manat artırılması da pensiyaçının yaşayışının yaxşılaşmasına səbəb olmur», - deyə o, qeyd etdi. Ə.Məsimlinin fikrincə, pensiya yaşının artırılması sosial ədalətsizliyin artmasına gətirib çıxaracaq. Millət vəkili bildirdi ki, son illərin statistikasını götürsək, qadınların orta ömrü uzanmayıb. Kişilər arasında isə 60 yaşa çatmamış ölənlərin sayı artıb. Kompromis varianta getmək olar: kişilərdə 62 yaş qalır. Qadınlarda da 57 yaş qalır. Bundan sonra İsveç variantı tətbiq olunur. Kişilərin 63 yaşadək, qadınların 60 yaşadək işləməsinə heç kəs mane olmur. Bununla həm narazıların, həm də razıların istəyi təmin olunur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.