Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yəni enerjipaylayıcı şəbəkələr enerjinin verilişini istədikləri vaxt dayandıra bilməzlər. Bu müddətdən əvvəl işığın kəsilməsi vətəndaşın hüququnun pozulması demək olacaq. Göstərilən müddətdən əvvəl elektrik enerjisindən məhrum olunan vətəndaş öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanı qazanacaq. Qanuna edilən əlavəyə əsasən, enerji təchizatçısı təmir-profilaktik işləri gördükdə, o cümlədən baş verən qəzanın, yanğının və ya qaz sızmasının qarşısını aldıqda da işığı müvəqqəti kəsə bilər. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir. Məlum olduğu kimi, son vaxtlar respublikanın rayonlarında 1-2 borclu abonentə görə bütün kənd, yaşayış evi işıqsız qoyulurdu. Bu, böyük haqsızlıq olsa da, qanun belə halları qadağan etmirdi. İndi "Elektroenergetika haqqında" qanuna edilən əlavə enerji təchizatı müəssisələrinin bu cür davranışını qanunsuz elan edir. Yəni elektrik təchizatçısının yalnız borcu olan abonentin işığını kəsmək səlahiyyəti var. Qanuna edilən başqa bir əlavəyə görə, təchizatçı müəssisə istehlakçıya verdiyi enerjinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay vətəndaşa bu barədə hesab təqdim edilməlidir. Vətəndaş elektrik enerjisinin hesabını tam ödədikdən sonra təchizatçı müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış enerjinin dəyərini ödəmək məcburiyyətində deyil. Təchizatçı müəssisə bunu istehlakçıdan tələb edə bilməz. Milli Məclis vətəndaşların növbəti bir problemini də yeni qanuna əlavə edib. Məlum olduğu kimi, indiyədək yeni tikililərdə işıq üçün sayğaclar vətəndaşların öz hesablarına quraşdırılırdı. Bundan sonra istehlakçılar üçün sayğacların quraşdırılması və dəyişdirilməsi təchizatçı müəssisə tərəfindən həyata keçiriləcək. Qanun sayğacların qoyulmasında vətəndaşların üzərinə də məsuliyyət qoyur. Əgər vətəndaş təchizatçı müəssisənin sayğac quraşdırmasına mane olarsa, məsuliyyətə cəlb olunacaq. "Qaz təchizatı haqqında" qanuna görə, qaz nəqli xidmətlərinin təşkili, qazpaylayıcı şəbəkələrin tikintisi, yeraltı qaz anbarlarının yaradılması, istismarı, energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Yeni qanuna görə, bu cür müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanmalıdır. Qanunun bu maddəsinə edilən son əlavədə isə göstərilir ki, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazın qiyməti, şəbəkəyə qoşulma və ayrılma şərtləri, qazın keyfiyyəti, dəyərini ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Bu qaydalar isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Qanuna edilən əlavəyə əsasən, vətəndaşların qazının kəsilməsi qaydaları da konkretləşdirilir. Vətəndaşın qazı onun müvafiq müraciəti, çox vacib və təxirəsalınmaz işlərlə əlaqədar, istehlakçının qurğusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən standartlara cavab vermədikdə, işlədilmiş qazın pulu hesab təqdim edildikdən bir ay müddətində ödənilmədikdə kəsilə bilər. Məlumat üçün bildirək ki, bundan sonra vətəndaşlar istədikləri qurğulardan istifadə edə bilməyəcəklər. Məlum olduğu kimi, bu cür hallar ötən illərdə çoxsaylı bədbəxt hadisələrə səbəb olub. Belə halların qarşısını almaq üçün vətəndaşlar yalnız müvafiq orqanların müəyyənləşdirdiyi standartlara cavab verən qurğulardan istifadə etməli olacaqlar. Qanuna görə, qaz istehlakçılarına da qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilə bilər. Yəni dövlət orqanları borclu abonentə görə borcu olmayan vətəndaşın da qazını kəsmək hüququna malik deyillər. "Su təchizatı və tullantı suları haqqında" qanuna da analoji əlavə və dəyişikliklər edilib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.