Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
«Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişiklikləri əsasən dörd qrupda ümumiləşdirmək olar. Bunlardan birinci paket pensiya yaşının artırılması ilə bağlı düzəlişlərdir. Artıq gələn ildən etibarən mövcud pensiya yaşı hər il altı ay olmaqla artırılacaq. 2010-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-dək kişilərin yaş həddi 63-ə qadınların yaş həddi gələn ilin əvvəlindən 2016-cı il yanvarın 1-dək 60-a qaldırılacaqdır.
Qəbul olunan dəyişikliklərdən biri də əmək pensiyasını sənədləşdirmək üçün minimum sığorta stajının 5 ildən 12 ilə, imtiyazlı hallarda isə 10 ilə çatdırılmasıdır. Bu da ölkədə həyata keçirilən sığorta-pensiya islahatları çərçivəsində «Sığorta-pensiya sisteminin 2009-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»nda əksini tapıb. Yaşın artırılması, qadınlarla bağlı güzəştlərin azalması sığorta-pensiya sisteminin inkişafına doğru atılan addımdır. Bazar qanunlarının tələblərindən irəli gələn bu sistemə vəsait ödəyən hər bir şəxsin ödədiyi vəsaitin müddəti ilə onun sistemdən pensiya ala biləcəyi müddət bir-birinə uyğunlaşdırılmalıdır. Ona görə də tələb olunan sığorta stajının 5 ildən 12 ilə qaldırılması təbii qəbul olunmalıdır. Digər sənədlər paketi isə imtiyazlı pensiya təyinatlarının sənədləşdirilməsi ilə bağlıdır. Bundan sonra 5 uşağı olan qadınlar çoxuşaqlı ana statusu alacaq. Artıq 5 və daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilərkən ancaq 5 il güzəşt verilir. 5 uşağa görə 5 il güzəşt verilməklə yanaşı, həm də 5-dən artıq hər uşaq üçün, yaş azaldılmaqla yanaşı, bir il də əlavə güzəşt nəzərdə tutulur. Ona görə də pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı salınır. Bununla bərabər, sağlamlıq imkanları məhdud olan uşağı səkkiz yaşınadək tərbiyə edən və azı 10 il sığorta stajı olan analara əmək pensiyası hüququ verilir. Ana vəfat edərsə və ya onunla nikaha xitam verilərsə, yaxud ana valideynlik hüququndan məhrum edilərsə, eləcə də 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər ən azı 10 il sığorta stajına malik olduqda müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ qazanırlar. Nəhayət, sonuncu sığorta-pensiya sistemində ən mühüm element-keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsində nəzərdə tutulan dəyişiklikdir. Yaşın artırılması isə sığorta-pensiya sistemi üçün ikinci dərəcəli xarakter daşıyır. Bundan sonra 2006-cı ilə qədər olan dövr üçün pensiya hesablanmasından ötrü əsas amil kimi əmək stajı nəzərə alınacaq. Əməkhaqqı və əməkhaqqı məbləğləri barədə arayışların verilməsinə ehtiyac olmayacaq. Hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər olan əmək fəaliyyətinin hər il üçün 170 manat pensiya kapitalı veriləcək (2004-2005-ci illərin orta aylıq əməkhaqqı). Həmin illərin sayına 170 manat vurulacaq. Ondan sonra 2006-2009-cu illər üzrə inflyasiya faizi vurulub artırılacaq və toplanmış məbləğ şəxsin fərdi hesabında 4 il ərzində yığılan məbləğin üzərinə gələcək. Ümumi məbləğ 144-ə bölünəcək, bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq və üzərinə ölkədəki baza hissəsi əlavə olunacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.