Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

YAŞI 18-dən AZ OLAN İŞÇİLƏRİN ƏMƏK HÜQUQLARI

26.11.09 - 12:04720 baxılıb

Tez-tez mətbuatda, radio və televiziyada uşaqların əmək hüquqlarının müəyyən şəxslər tərəfindən pozulması barədə materiallar dərc olunur və göstərilir. Bu neqativ halların bir çoxu bilərəkdən baş versə də, əksər hissəsi qanunvericiliyin tələblərinin kifayət qədər öyrənilməməsindən irəli gəlir. Bunu nəzərə alaraq qanunvericilikdən bəzi məqamları oxucularımızın diqqətinə çatdırmağı vacib saydıq. Əvvəla, belə bir suala aydınlıq gətirək: uşaq hansı yaşda olanlara deyirlər?

"Uşaq hüquqları haqqında" qanunun 1-ci və Ailə Məcəlləsinin 49.1. maddəsinə, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına əsasən, uşaq dedikdə 18 yaşına çatmamış şəxslər başa düşülməlidir. Qeyd etmək lazımdır ki, “Gənclər siyasəti haqqında” qanunun 1.0.2. maddəsi ilə yaşı 16-dan 35-dək olan şəxslər gənclər hesab edilmişdir.
Əmək Məcəlləsinin 16-cı maddəsi ilə əmək münasibətlərində yaşa görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, bu zəmində imtiyaz və güzəştlərin müəyyən edilməsi qadağan edilsə də, yaşı 18-dən az olan işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçilər isə pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər.
Yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara, güzəşt və imtiyazlara işəgötürən tərəfindən məcburi əməl olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində birmənalı qaydada göstərilmişdir ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Avropa Sosial Xartiyası (yenidən baxılmış) ilə, səhhətinə, mənəviyyat və təhsilinə zərər yetirməyən müəyyən edilmiş yüngül işlərdə çalışan uşaqlar istisna olmaqla, işə qəbul edilmək üçün minimum yaş həddi 15 yaş müəyyən edilmişdir.
Əmək Məcəlləsinə əsasən də 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlayıb işləyə bilər. Lakin 15 yaşından 18 yaşınadək olan şəxslər müstəqil əmək müqaviləsi bağlaya bilməzlər. Belə ki, bu şəxslərlə əmək müqaviləsi bağlanarkən mütləq valideynlərdən, övladlığa götürənlərdən, qəyyumlarından birinin, yaxud da qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Mülki qanunvericiliyə əsasən, 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi ilə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin, yaxud himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənin və ya himayəçinin razılığına əsasən, qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır, yəni emansipasiya olunur.
Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlanarkən nəzərə alınmalı xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, bu şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə götürülə bilərlər və 18 yaşına çatanadək hər il onları işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirmək vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur.
Əmək qanunvericiliyi ilə işçi ilə əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məcəllənin 52-ci maddəsi ilə sınaq müddətinin şamil edilmədiyi şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Bura yaşı 18-dən az olan şəxslər də aid edilmişdir. Belə ki, yaşı 18-dən az olan şəxslər işə düzələrkən onlarla əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.
Əmək müqaviləsinin özündə başqa hal nəzərdə tutulmayıbsa, müqavlə işəgötürən və işçi tərəfindən imzalandığı gündən qüvvəyə minir.
Yaşı18-dən az olan şəxslərin yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Qısaldılmış iş vaxtının müddəti həftə əzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz.
Yaşı 18-dən az olan işçilər də əvəzçilik qaydasında əlavə iş yerlərində işləyə bilərlər. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
Lakin yaşı 18-dən az olan işçilərin əvəzçilik üzrə başqa iş yerlərində işləməsinə yalnız o halda yol verilir ki, həm əsas, həm də əlavə iş yerində iş vaxtının müddəti Məcəllə ilə müəyyən edilmiş qısaldılmış iş vaxtından artıq olmasın.
Yaşı 18-dən az olan işçilərə verilmiş güzəştlərdən biri də onların attestasiyadan keçirilməsinə yol verilməməsidir.
Qanunvericiliklə yaşı 18-dən az olan işçilərin gecə işlərinə,iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, ezamiyyətə göndərilməsinə qadağa qoyulmuşdur. Axşam saat 20-dən səhər saat 7-dək bu şəxslər üçün gecə vaxtı hesab olunur.
Əmək məzuniyyətinin verilməsində də yaşı 18-dən az olan şəxslər üçün təminatlar nəzərdə tutulmuşdur. Belə ki, əmək müqaviləsi bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən yaşı 18-dən az olan işçilərin istifadə etmək hüququ var. Sonrakı illərdə isə əmək məzuniyyəti həmin işçilərin arzusu ilə onlar üçün əlverişli vaxtda verilə bilər. Yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən,16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilir.
Qanunvericiliklə təhlükəli və ya səhhət üçün zərərli sayılan peşələrə qəbul edilmək üçün minimum yaş həddi 18 yaş müəyyən edildiyindən həmin peşələrdə işləmək üçün yaşı 18-dən az olan şəxslərlə müqavilə bağlanmasına yol verilmir. Məcəllənin 250, 251-ci maddələri ilə yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqinin qadağan edildiyi işlər və bu işçilər tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər göstərilmişdir. Yaşı 18-dən az olan işçilərin əm əyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 58 saylı qərarı ilə təsdiq edilmişdir.
Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilərlə həm əmək müqaviləsi bağlanarkən, həm də onun ləğv edilməsi ilə bağlı da müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, bu şəxslərin azyaşlı olduğuna, əmək vərdişlərinin, peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtinaya yol verilmədiyi kimi, eyni zamanda Məcəllənin 255-ci maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə 70-ci maddənin "c" bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsinin ləğv edilməsinə də qadağa qoyulmuşdır. Qeyd etmək lazımdır ki, 20 yaşadək gənclər dövlət tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar sırasına salınmış, bu məsələ öz təsbitini “Məşğulluq haqqında” qanunun 9-cu maddəsində və "Əmək münasibətləri üzrə təsnifat”da tapmışdır.

Leyla ACALOVA,
AHİK-in hüquq şöbəsinin
müdir müavini.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.