Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Beyləqan Avtonəqliyyat" Açıq Tipli Səhmdar Cəmiyyətin (ASC) bir qrup sürücüsü müəssisədə baş alıb gedən qanunsuzluq və özbaşınalıqdan şikayətlənir
“Biz uzun müddətdir sərnişindaşıma parkında sürücü işləyirik. Müəssisə 1998-ci ilin yanvarından açıq tipli səhmdar cəmiyyətə çevrilib. Özəlləşmə prosesində hərəmiz 4 çekdən ibarət 1 ədəd özəlləşmə payı vermişik. Amma bu günədək nə əməkhaqqı, nə də uşaq pulu ala bilmirik. 1998-ci ildə müəssisənin müdiri Nəcəf Nəcəfov, baş mühasib Kamal Quliyev bildirdilər ki, kim qalıb işləmək istəyirsə, o vaxtın pulu ilə, 400 min manat versin, özəlləşmə qurtarandan sonra qaytaracağıq. Verdik. İndiyədək qoyduğumuz çekə görə nə divident, nə də verdiyimiz pulu ala bilmirik. Bir dəfə də olsun səhmdarların iclası keçirilməyib. İdarə Heyəti üzvlərinin kim olduğunu bilmirik. Əməkhaqqımızı verəcəyini əvvəlcə vəd edən cəmiyyətin idarə heyətinin sədri Nəcəf Nəcəfov indi "hara istəyirsiniz deyin" cavabını verir. Səhmdar cəmiyyətə çevrilən gündən bəri sürücülərə avtomobillərin ehtiyat hissələri, yanacaq verilməyib. Marşruta çıxanda hər gün müəssisəyə plan ödənilib. İşlədilən texnika da yararsızdır. Ehtiyat hissələrini də özümüz alırıq. Bizi əmək müqaviləsi bağlamadan işlədirlər. 1998-ci ildən bir dəfə də olsun əmək məzuniyyətinə çıxmamışıq. Müəssisənin balansında olan nə varsa, kənar şəxslərə satılıb”.
Bu şikayət ərizəsinə əsasən, "Beyləqan Avtonəqliyyat" ASC-də olduq. Müəssisənin həyətinə daxil olanda acınacaqlı mənzərə ilə rastlaşdıq. Avtomaşınların, onların hissələrinin saxlandığı və təmir olunduğu binalar xarabalığı xatırladırdı. Cəmiyyətin sədri bildirdi ki, müəssisənin 97%-i onun tərəfindən auksionda satın alınmışdır və özəlləşməyə xeyli vəsait xərcləyib Müəssisə 6 hektar ərazidə yerləşir. Bu sahənin xeyli hissəsi müxtəlif şəxslərin istifadəsindədir. Orada 50-yə qədər ev tikilib. ASC ərazisindəki torpağın özəlləşməsi barədə N.Nəcəfov heç bir sənəd təqdim edə bilmədi. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsindən öyrəndik ki, müəssisənin yerləşdiyi torpaq sahəsi özəlləşdirilməyib. Bu torpağı satmağa heç kimin ixtiyarı yoxdur. Sədr özünü sığortalamaq üçün qaçqınları suçladı ki, torpağı onlar zəbt edib, ev tikiblər. Hətta cəmiyyətin inzibati binasını da qaçqınlar tutub. O, özünü humanist adam kimi təqdim edərək qaçqınların hərəkətinə qaçqın olduqlarına görə göz yummasını söylədi. Ərazidə ev tikən yerli sakinlər də az deyil. N.Nəcəfov belə evlərin sayının 30-40 olduğunu etiraf etdi. Cəmiyyətin mühasibi K.Quliyevin dediklərindən bəlli oldu ki, 1998- 2001-ci illər ərzində 83 ədəd müxtəlif markalı yük maşını texniki vəziyyətinin bərpası rentabelli olmadığına görə yol polisi tərəfindən silinən əsas vəsaitin siyahısına salınıb. K.Quliyev bildirdi ki, özəlləşməyə qədər 98 ədəd yük avtomaşını və avtobus olub. Hazırda 50-si qalıb. Onlardan da 10-u işləkdir. Deyəsən bu rəqəmin özü də müəmmalıdır. Axı cəmiyyətin həyətində o sayda nə işlək, nə də sınıq-salxaq maşın görsənmirdi. Maşınların harada olması sualına, “qapılardadır” cavabı verildi. ASC-nin əsas işi əhaliyə nəqliyyat xidməti göstərməkdən ibarətdir. Müəssisənin həyətində yerləşən çörək, maşınyuma, dəmirçi, yağdəyişmə və digər sexlər kənar adamlara icarəyə verilib. İcarədarların hər birisindən ayda 50 manat, çörək sexindən isə 60 manat icarə haqqı alındığını eşitdik. Dövlət Əmək Müfəttişliyi 14 saylı regional bölgə şöbəsi tərəfindən 27 oktyabr 2009-cu il tarixli, №004851 saylı göstərişlə ASC-nin rəhbərliyinə təqdimat verilib ki, 3 ay müddətinə şikayətçilərin istifadə etmədikləri məzuniyyət hesablaşması və əməkhaqqının hissə-hissə ödənilməsi təmin edilməlidir. Rəhbərlik isə, necə deyərlər, daş atıb, başını tutur ki, mənfəət yoxdur. Şikayətçilər isə yazırlar ki, maşınların təmiri üçün sexlər, 10 ədəd yanacaq çəni, 3 ədəd benzinvuran aparat, çalaların üstünü örtən beton panellər, elektrik qaynağı aparatı, müəssisənin ərazisindəki və onun balansında olan özəlləşməmiş xeyli torpaq sahəsi, hətta müəssisənin hasarının daşları da sökülüb kənar şəxslərə satılıb. Sürücülər sərnişindaşınmadan yığılıb gündəlik mədaxil olunan gəliri, müəssisə ərazisində tikilib satılan obyektlərin pullarını, alınan icarə haqlarının haraya, hansı məqsədlə xərclənməsini soruşurlar. Həmin vəsaitdən işçilərə əməkhaqqı və divident verilməsini tələb edirlər. Ümid etmək olar ki, cavabdeh təşkilatlar "Beyləqan Avtonəqliyyat" ASC-də işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnmiş acınacaqlı vəziyyətin normallaşdırılması üçün qanuni tədbirlər görəcəklər. Fərman ATAKİŞİYEV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.