Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bəzi deputatlar bunu mentalitetə uyğun hesab etmirlər
Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirdiyi sorğu əhalinin 77 faizinin cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrində olduğunu göstərib. Yəqin ki, əksəriyyətin məişət zorakılığı ilə bağlı rəsmi rəqəmlərin gerçəkliyi tam əks etdirmədiyi fikri əsassız deyildir. Sirr deyil ki, zorakılığa məruz qalanların çoxu hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir. Onların zorakılıq qurbanlarına çevrilməsinin isə kifayət qədər səbəbi var. Bəzi qadın millət vəkillərinin fikrincə, zorakılığın əsas səbəbləri zərif cinsin nümayəndələrinin iqtisadi asılılığı, təhsil səviyyəsinin aşağı olması, qızların erkən ərə verilməsidir. Qadınların rəhbər vəzifələrdə təmsilçiliyi aşağı səviyyədə olması da təsirsiz ötüşmür. Çünki Azərbaycanda bir nəfər də olsun qadın nazir, icra başçısı yoxdur. Parlamentdə qadınların təmsilçiliyi cəmi 11 faizdir. Dünya İqtisadi Forumunun 2009-cu il üçün hazırladığı statistikada qadınların siyasi hakimiyyətdə təmsilçiliyi baxımından Azərbaycan 134 ölkə arasında 119-cu yerdə olub. Qadınların iqtisadi fəallığına görə isə Azərbaycan 134 ölkə arasında 32-ci, eyni işi görən qadınların kişilərə nisbətən aldığı maaş fərqinə görə 14-cü, qadınların vəzifə tutmaq imkanlarına görə isə 118-ci yerdə durur.
Digər statistik rəqəmlər daha acınacaqlıdır. Azərbaycanda qadınlar daha çox insan alveri və narkotik maddələrin satışı ilə bağlı cinayətlərdə təqsirli bilinirlər. Ümumilikdə 2008-ci ildə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 2 min 197 olub. Bu ilin 10 ayında isə qadınlar tərəfindən 1789 cinayət törədilib. Baş Prokurorluğun məlumatına görə, Azərbaycanda qadınlara qarşı zorakılıq nəticəsində təkcə 2008-ci ildə 14 ölüm hadisəsi qeydə alınıb. Bu ilin 10 ayı ərzində isə bu rəqəm 16 olub. Ötən il 1657, bu ilin 10 ayı ərzində isə 1312 qadın xəsarət alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi törədilib. Qadınlara qarşı cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə işlədilib. Şəxsiyyət əleyhinə cinayətlərin 7 min 974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərərvurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi olub. Sonuncu hal daha çox ölkənin cənub bölgəsində üstünlük təşkil edib. Hesabat dövründə qadınlara qarşı 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Cinayətlərin 20 faizi qısqanclıq zəminində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən 4 azyaşlı qız ölüb. Qadınlara qarşı baş verən cinayətlərin 90-95 faizi açılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov hesab edir ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün Cinayət Məcəlləsində dəyişiklik olunması vacibdir. Daxili İşlər Nazirliyində isə qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə tədbirlər planı hazırlandığı bildirilir. Belə ki, nazirlikdə yaradılan "102" xidmətinə hər gün 1500-2000 zəng daxil olur. Daxil olan zənglərin 30-40 faizi qadınlar tərəfindən edilir. Qadınlara qarşı zorakılıq sahəsinə xüsusi polis nəzarəti təşkil olunduğu iddia edilir. Hesabat dövründə məişət zorakılığı ilə mübarizədə səhlənkarlıq edən onlarla polis əməkdaşı cəzalandırılıb. Qeyd edək ki, ümumilikdə adambaşına düşən cinayətlərin sayına görə, Azərbaycan MDB məkanında ən yaxşı göstəricilərdən birinə sahibdir. Ölkəmizdə hazırda hər 100 min əhaliyə 200-216 cinayət hadisəsi düşür. Rusiyada bu rəqəm 1600, Ukraynada 800-dən artıqdır. Qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Azərbaycan isə 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Qeyd edək ki, bundan əvvəl də ölkədə bu problemə qarşı mübarizə aparılıb, qanunvericilikdə ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var. Amma nədənsə, hələ də "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilməyib. Xatırladaq ki, Milli Məclis 2008-ci ildə "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, qəbul edə bilməyib. Buna səbəb bəzi millət vəkillərinin qanun layihəsinin milli mentalitetə uyğun olmamasını əsas gətirməsi olub. Bunu nəzərə alan parlament rəhbərliyi qanun layihəsini yenidən işlənmək üçün geri qaytarıb. Qadın millət vəkilləri isə layihənin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da parlamentə dəstək verməsini vacib hesab edirlər. ATƏT-in məlumatına görə, dünyanın 60 ölkəsində məişət zorakılığının aradan qaldırılması üçün qanunvericilik bazası yaradılıb. Azərbaycan isə qanunvericilik bazası yaratmayan ölkələr sırasındadır. Təşkilatda ümid edirlər ki, bu qanunun qəbulu Azərbaycanda da tezliklə gerçəkləşdiriləcək. Öyrəndik ki, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanuna rəy vermək üçün ATƏT-in Bakı ofisinə müraciət edib. Qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu qanun layihəsinə 25-30 səhifəlik rəy verib. Qanun layihəsi hələ təkmilləşdirilməlidir. Xüsusən məişət zorakılığına məruz qalmış qadınlar barəsində təcili tədbirlərin görülməsi ilə bağlı dəyişiklik edilməlidir. ATƏT rəsmiləri "bu qanun ailəyə müdaxiləyə yol açır" fikri ilə razılaşmır: "Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da ailə müqəddəsdir, ona müdaxilədən söhbət getmir. Qanun ailədə cinayət olarsa, dövlətin müdaxiləsini nəzərdə tutur". Qadınlara qarşı zorakılıq bütün ölkələrdə mövcuddur. Bunun olmadığını demək problemə göz yummaq, özünü aldatmaq deməkdir. Avropa Şurası bu problemin aradan qaldırılmasında Azərbaycana dəstək verməyə hazırdır. Avropa Şurası qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair konvensiya da hazırlayır. Hazırda ekspertlər konvensiya layihəsi üzərində işi yekunlaşdırmaq üzrədirlər. Gələn il bu konvensiyanın qəbul ediləcəyi gözlənilir. Şurada hesab edirlər ki, Azərbaycanda "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanunun qəbulu bu problemin həlli üçün yaxşı qanunvericilik bazası ola bilər. Məlumat üçün bildirək ki, BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılığın əleyhinə kampaniyaya başlayıb. Bu təşkilata üzv ölkələr 2015-ci ilə qədər sözügedən sahəyə dair bu problemlə bağlı qanunvericilik bazası yaratmalı, maarifləndirmə işləri aparmalı və problemin həlli üçün proqram hazırlamalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.