Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hadı Rəcəbli: "Xaricilərə övladlığa verilən uşaqların gələcəyini və hər bir addımını izləmək üçün qanunvericilikdə kifayət qədər müddəa var"
Azərbaycanda atılan və övladlıqdan imtina edilən uşaqların sayı minimuma enib. Milli Məclisin Sosial Siyasət Komitəsinin məlumatına əsasən, son vaxtlarda uşaq evlərindəki uşaqların sayı azalmaqdadır. Adıçəkilən komitə bunu ailələrin sosial durumunun yaxşılaşması ilə əlaqələndirir. Ailələrin vəziyyəti yaxşılaşdığından artıq uşaqdan imtina edənlərin sayı da azalır. Xatırladaq ki, hazırda uşaq evlərində yaşayan uşaqların 70 faizinin bir və ya iki valideyni var. Bununla yanaşı, uşaq evlərində 20 minə yaxın uşaq ailə nəvazişi, qayğısı hiss etmədən yaşayır.
Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yaxın vaxtlarda Milli Məclis Ailə Məcəlləsinə dəyişiklik edəcək. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, Məcəllədə bir neçə dəyişikliyin edilməsi nəzərdə tutulub. Öyrəndik ki, dəyişikliklərdən biri himayədarla himayəçinin nikaha girməsini qadağan etməkdir. Bu, çox ciddi məsələdir. İkinci dəyişiklik isə hər kəsə uşaq himayəyə verməyin qeyri-mümkün olması ilə əlaqədardır. 60 yaşdan yuxarı və lazımi şəraiti olmayan insanlara uşaq himayəyə vermək olmaz. Millət vəkilinin qənaətincə, bir çoxları öz şəraitini yaxşılaşdırmaq üçün uşaqları himayəyə götürür: "Bizim məqsədimiz isə uşağı himayə etməkdir, kiminsə problemini həll etmək üçün uşağı evə vermək deyil. Əgər kiminsə yaşayış şəraiti yoxdursa və ya ömrünün sonudursa, ona uşaq etibar etmək olmaz. Digər bir kriteriya isə ailəyə verilən uşağın 18 yaşına qədər mülkiyyət hüququnun qorunması ilə bağlıdır. Təəssüf ki, bəzi hallarda belə uşaqların mülkiyyətinə ya məmurlar sahib çıxmaq istəyir, ya da qohumlardan kimsə ona məxsus olana yiyələnmək fikrinə düşür. Bu kriteriyalarla bağlı Ailə Məcəlləsində dəyişiklik etmək qərarına gəlmişik. Sadalanan məsələlər Ailə Məcəlləsində əksini tapanda prosesin daha düzgün və dəqiq cərəyan etməsinə gətirib çıxaracaq". Komitə sədrinin bildirdiyinə görə, uşaq evlərindən övladlığa uşaq götürmək istəyənlərin sayı həddindən artıq çox olsa da, ailələr hər uşağı götürmək istəmir. Azərbaycanda iki məqsədlə uşaq övladlığa götürürlər: "Ya uşaqlara mərhəmət göstərib onu övladlığa götürürlər, ya da barter qaydasını təklif edirlər. Barter dedikdə, yəni sahib çıxacaqları uşağın özlərinə oxşamasını, xəstə olmamasını və başqa istəklərini təklif edirlər. Belə hallarda da uşaq evlərində çatışmazlıq yaranır. Bu gün uşaq evlərindən övladlığa uşaq götürmək istəyən 4000 ailə var, amma uşaq evlərində onların istədiklərinin sayı 20 ola, ya da olmaya". Komitə sədri uşaqları övladlığa götürən ailələrin ondan istifadə etmək üçün deyil, uşağın hüquqlarını müdafiə etmək məqsədi ilə götürmələrinin daha vacib olduğunu qeyd etdi. Mərhəmət baxımından uşaqları övladlığa götürməkdə Azərbaycan qanunvericiliyində heç bir problem yoxdur. Komitə sədri ilə söhbət əsnasında öyrəndik ki, son 5 ildə Azərbaycanda uşaqların xarici ölkə vətəndaşlarına himayəyə verilməsi azalıb: "Son beş ildə xarici ölkələrə uşaq övladlığa verilmə halları kəskin azalıb, hətta yox dərəcəsinə çatıb. Azərbaycan parlamenti xüsusi bir konvensiyaya qoşulub ki, bu konvensiyada xaricilərə övladlığa verilən uşaqların hər bir addımını izləmək üçün müddəa var. Yəni burada heç bir narahat olmalı məsələ yoxdur. Bununla bağlı qanunvericilik bazamız həddindən artıq möhkəmdir və neqativlikləri ola bilməz". Gülər KƏRİMLİ.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.