Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz, icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Başqa sözlə, milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Təhsil sistemimiz dövrün tələblərinə uyğun olaraq mütəmadi təkmilləşdirilir. Dünya təhsil sisteminin ən yaxşı nümunələri əsasında inkişafını təmin edir. Ötən il iyun ayının 19-da qəbul olunmuş yeni "Təhsil haqqında" qanun dediklərimizin bariz nümunəsidir. Bu qanun 47 maddə, 6 fəsildən ibarətdir. Ümumilikdə qanun Azərbaycanda təhsil sistemindən, təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsindən, təhsilin iqtisadiyyatından, təhsil sahəsində beynəlxalq əlaqələrdən, keçid və yekun müddəalardan ibarətdir. Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil dili dövlət dili - Azərbaycan dilidir. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Respublikamızda formal-yəni dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil, qeyri-formal-yəni müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil, informal-yəni özünü təhsil yolu ilə biliklərə yiyələnmə təhsil formaları mövcuddur. Formal təhsilin təşkili qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları mövcuddur. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisələri respublikamızda fəaliyyət göstərir. Təhsil müəssisələrinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 1. məktəbəqədər təhsil müəssisələri-körpələr evi, uşaq bağçası və s; 2. ümumi təhsil müəssisələri-ibtidai orta və tam orta ümumtəhsil məktəbləri, internat məktəbləri, gimnaziyalar, liseylər və s; 3. məktəbdənkənar təhsil müəssisələri - uşaq yaradıcılığı mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, məktəbdənkənar iş mərkəzləri və s; 4. ilk peşə-ixtisas təhsili müəssisələri - peşə məktəbləri, peşə liseyləri; 5. orta ixtisas təhsili müəssisələri- kollektivlər; 6. ali təhsil müəssisələri - universitetlər, akademiyalar, institutlar və s; 7. əlavə təhsil müəssisələri- universitetlər, institutlar, mərkəzlər və s; 8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr. Dövlətimizdə təhsilin: I. məktəbəqədər təhsil (təhsil pilləsi) II. ümumi təhsil: (təhsil pilləsi); o ibtidai təhsil; (təhsil səviyyəsi); o ümumi orta təhsil; (təhsil səviyyəsi); o tam orta təhsil. (təhsil səviyyəsi); III. İlk peşə ixtisas təhsili. (təhsil pilləsi); IV. Orta ixtisas təhsili (təhsil pilləsi) V. Ali təhsil: (təhsil pilləsi) o bakalavriat; (təhsil səviyyəsi) o magistratura; (təhsil səviyyəsi) doktorantura kimi təhsil pillələri və səviyyələri müəyyən edilib. Məktəbəqədər təhsil təhsilin ilk pilləsidir və müvafiq təhsil proqramı əsasında həyata keçirilir. Azərbaycan Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili, təşkili qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Ümumi təhsil, Azərbaycan Respublikasında ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. İbtidai təhsil 6 yaşdan başlayır. Dövlətimizdə ümumi orta təhsil məcburidir və müvafiq təhsil proqramına əsasən həyata keçirilir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Tam orta təhsil ümumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə, məzunlara müvafiq qaydada dövlət nümunəvi sənəb - attestat verilir. İlk peşə-ixtisas təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir. Orta ixtisas təhsili haqqındakı sənəd isə, ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi pedaqoji kadrların hazırlığı həyata keçirilir. Respublikamızda ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadrlar hazırlığı 3 səviyyəlidir: -bakalavriat (tibb təhsili istisna olmaqla). - magistratura (tibb təhsili istisna olmaqla); - doktorantura. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcə verilir. Magistratura təhsili məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və ali -pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Respublikamızda dosent və professor elmi adları müəyyən olunub. Bu adların verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Bütün yuxarıda qeyd olunanlarla yanaşı yeni "Təhsil haqqında" qanunda əlavə təhsil anlayışı da mövcuddur. Əlavə təhsil ixtisaslarına, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və təkrar orta təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. Qanuna müvafiq olaraq, dövlətimizdə təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında" qanuna digər normativ-hüququ aktlara və öz nizamnaməsinə uyğun idarə edilməkdədir. Təhsil prosesinin iştirakçıları təhsilalanlar - (uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və s. təhsilverənlər- müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, loqopedlər, dayələr, məsləhətçilər, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri, valideynlər və ya digər qanuni nümayəndələr, təhsil idarəetmə orqanları və bələdiyyələr, təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslərdir. Sonda onu da qeyd etmək istəyirəm ki, "Təhsil haqqında" qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
K.ƏLƏKBƏROVA, AHİK-in hüquq şöbəsinin mütəxəssisi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.