Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əhali artımı aşağı düşür

06.02.10 - 20:51503 baxılıb

BMT-nin Əhali Fondu Cənubi Qafqazda gənc kişilər arasında xroniki prostatitin kəskin artdığını bildirir

Dünyada yeni qlobal problem özünü göstərməkdədir. Bir çox ölkələr artıq demoqrafik böhranla üzləşib. Dünya əhalisinin sayının kəskin şəkildə azalması tendensiyası dərinləşib. Avropa ölkələrində demoqrafik situasiya daha ciddi xarakter alıb. Bu ölkələrin əksəriyyətində doğumun səviyyəsi son illərdə xeyli azalıb və insan ölümü doğumu 2 dəfə üstələyib. Doğum səviyyəsinin azalmasında bir sıra ginekoloji-genetik problemlər olsa da, avropalı alimlərin qənaətinə görə, sonsuzluğun yaranmasında kişilər əsas rol oynamağa başlayıb. Son illərdə kişilərdə xroniki prostatitin kəskin şəkildə artması demoqrafik vəziyyətə ciddi təsir göstərir.

BMT-nin Əhali Fondunun ekspertlərinin araşdırmalarına görə, prostat xəstəliyindən əziyyət çəkən regionların sırasında Cənubi Qafqaz ölkələrinin çəkisi iki dəfədən çox artıb. Xüsusilə də Gürcüstan və Ermənistanda prostatdan əziyyət çəkənlərin sayı bir neçə dəfə çoxalıb ki, bu da sonsuzluğun yaranmasında başlıca faktorlardan birinə çevrilib. Hazırda Gürcüstanda hər 5 nəfərdən biri prostatitə düçar olub. Ermənistanda vəziyyət daha pisdir. Bu ölkədə əhalinin (kişilərin) 25 faizi, yəni, hər 4 nəfərdən biri prostatla bağlı yaranmış müxtəlif xəstəliklərə yoluxub. Ekspertlərin qənaətinə görə, bu tendensiya Qafqazda demoqrafik vəziyyətin daha da pisləşməsinə səbəb olacaq və bir neçə ildən sonra bu regionda əhalinin təbii artımı dayanacaq. Məsələ ondadır ki, prostatitə yoluxanların yaş tərkibi dəyişməyə doğru gedir və artıq bu sırada əsas yeri gənclər tutmağa başlayıb. Əvvəllər 40-55 yaş arasında olan kişilər bu xəstəliyə tutulurdularsa, hazırda 25-40 yaşlı insanlarda sayı artıb. Gürcüstan və Ermənistanda 25-30 yaş arasında olan kişilərdə prostatitin çəkisi 3 dəfə artıb.
Ekspertlərin araşdırmalarına görə, prostatitin yaranmasında başlıca faktorlardan biri düzgün qidalanmama və ətraf mühit amilidir. Ekoloji fəsadların artması kişilərdə bu xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, ekoloji cəhətdən təmiz olmayan qidaların, yəni kimyəvi preparatlarla yetişdirilən ərzaq məhsulları bu problemin yaranmasını sürətləndirir. İstilikxanada yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə də pomidor, xiyar, bibər, badımcan, kartof, göyərti və digər məhsulların tərkibindəki kimyəvi maddələr insan orqanizminə çox ağır formada təsir göstərir. Həmin maddələrin qəbul edilməsi son nəticədə kişilərdə prostatitin yaranmasına gətirib çıxarır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər əhalinin təbii artımında müəyyən azalmalar baş verməkdədir. Hazırda ölkəmizdə bir ailədə uşaqların orta say göstəricisi 2-yə bərabərdir. Halbuki 20 il əvvəl bu rəqəm 4-ə bərabər olub. Yəni bir neçə il əvvəl ailələrdə ən azı 4-5 uşaq doğulurdu. Bu gün bu rəqəm 2-ni keçmir.
Dövlət Tibb Universitetinin kafedra müdiri Xaləddin Musayev bildirir ki, prostatitin yaranmasına stress, əsəb-sinir sistemindəki gərginliklərlə yanaşı, qida rasionuna düzgün əməl edilməməsi təsir göstərir. Bu xəstəliyə yoluxanlar gün ərzində istifadə edilən qidaların miqdarı və tərkibinə ciddi fikir verməlidirlər. Həmin xəstələr qidanın tərkibində zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara fikir verməli və həkim məsləhətinə əməl etməlidirlər. Onun fikrincə, bu xəsətəlikdən qorunmaq üçün meyvə-tərəvəzi çox yemək gərəkdir. Ümumiyyətlə, həmin insanların tərəvəz, tərkibində likopen olan qidalar, dəniz məhsulları, taxıllar, tərkibində E vitamini olan quru meyvələr, şirin kartof, avakado, yaşıl çay və nar suyu ilə qidalanması məsləhətdir. Meyvələrdən ən çox kalori banan və almadadır. Əncir, kivi, üzüm, şaftalı, heyva, gilənar, avokado, tut, armud, limon və albalıda da kalorilik yüksəkdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev hesab edir ki, bu gün istifadə olunan malların çoxu ekoloji cəhətdən keyfiyyətli deyil. Əksər məhsulların istehsalı və emalı zamanı kimyəvi vasitələrdən istifadə olunur. Bu, təkcə prostatın deyil, digər xəstəliklərin yaranmasına səbəb olur. Mütəxəssis prostata yoluxma riskini azaltmaq üçün ət, marqarin, yağda qızardılmış qidalar, yağlı süd məhsullarını və kalsiyum qəbulunu qida rasionunda azaltmağı məsləhət görür.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov isə bildirir ki, bu gün yaranan xəstəliklərin böyük qismi qidalanmaya riayət olunmaması ilə bağlıdır. İnsanlar həddindən artıq yeməyə meyil edir, vitaminlərlə zəngin olan tərəvəzlərdən az istifadə edirlər. Vaxtilə ölkəmiz uzunömürlüyə görə əsas yerlərdən birini tuturdu. İndi bu sırada Asiya ölkələri xüsusi yer tutur. Asiyada insanlar təbii yolla yetişdirilən məhsulları daha çox istifadə edirlər. Məsələn, həmin regionda nar və limondan çox istifadə olunur. Halbuki bizim ölkədə bu məhsulların yetişdirilməsi daha geniş yayılıb. Narı təbii antibiotik adlandırırlar. Narın tərkibindəki antioksidantlar orqanizmin müdafiə sistemini gücləndirir. Bir stəkan nar suyunun tərkibində 10 stəkan yaşıl çaya bərabər antioksidant mövcuddur. Aparılan tədqiqatlara görə, nar suyu kişilərdə prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.