Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Azərenerji" Səhmdar Cəmiyyəti qanunsuz inşa olunmuş evlərin sökülməsi üçün Nazirlər Kabinetinə müraciət edib
"Azərenerji" Səhmdar Cəmiyyəti yüksək gərginlikli elektrik verilişi xətlərinin altında qanunsuz inşa olunmuş evlərin sökülməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Qurum hökumətdən elektrik enerjisinin ötürülməsini təmin edən xətlərin və qurğuların, eləcə də yarımstansiyaların mühafizə zonasında yerləşən evlərin və ticarət-iaşə, xidmət obyektlərinin sökülməsi təklifini irəli sürür. "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, son 20 ildə Bakı şəhərinin müxtəlif ərazilərində xüsusi dövlət əhəmiyyətli sahələrdə yüksək gərginlikli xətlərin altında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb. Bakının Binəqədi, Nərimanov, Nizami, Xətai, Səbayel, Nəsimi, Yasamal, Əzizbəyov rayonlarında, eləcə də Abşeron rayonunda minlərlə qanunsuz ev və ticarət-kommersiya obyektləri tikilib. Həmin evlərin sayı 15 mindən çoxdur. M.Əsgərovun sözlərinə görə, "Azərenerji"yə məxsus bu ərazilər xüsusi mühafizə olunan zonalar sayılır və burada hansısa tikintinin aparılması yolverilməzdir. Çox təəssüf ki, bələdiyyələr, icra nümayəndəlikləri və icra hakimiyyəti orqanlarının razılığı ilə bu sahələrdə vətəndaşlara ev tikilməsinə icazə verilib. Hazırda elektrik dirəkləri, hündür qurğular, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilər hasara alınıb və evlərin həyətyanı sahəsinə çevrilib. Energetika işçiləri təmir-bərpa işləri aparmaq və baş vermiş qəza hallarını aradan qaldırmaq üçün bu ərazilərə girə bilmirlər. Yüksək gərginlikli elektrik xətlərinin altında və yaxınlığında tikilmiş evlərin ciddi maneə yaratması hətta avtokranların və ağır texnikanın hərəkət etməsinə imkan vermir. Texnikanın qəza vermiş əraziyə daxil olması üçün ya evlərin hasarı və özü sökülməli, ya da elektrik qurğuları bu ərazidən çıxarılmalıdır. Elektrik xətlərinin başqa yerə çıxarılması isə mümkün deyil. Bunun üçün böyük məbləğdə vəsait lazımdır, digər tərəfdən, xətlərin başqa əraziyə köçürülməsi üçün yer qalmayıb, hər bir tərəf zəbt olunub. Buna görə də Səhmdar Cəmiyyət dəfələrlə bu məsələni aidiyyəti orqanlar qarşısında qaldırıb. "Azərenerji"nin mütəxəssisləri bir neçə il əvvəl həmin məsələ ilə bağlı xüsusi komissiya yaradıb və rayon icra hakimiyyətlərini də bu işə dəvət edib. Amma problemin həll olunması üçün sakinlərlə söhbət zamanı ciddi qarşıdurmalar baş verib. Qanunsuz evlərin sakinləri məskunlaşdıqları yerdən çıxmayacaqlarını və mühafizə zolağına düşən evlərin sökülməsinə imkan verməyəcəklərini bildiriblər. Hətta bir neçə dəfə "Azərenerji"nin işçiləri döyülüb. Bir neçə il əvvəl Masazır, Xırdalan, Hökməli, Qobu, Sulutəpə, "Baksol", Binəqədi və Dərnəgül massivində elektrik xətlərinin altında tikilmiş evlərin və obyektlərin başqa yerə köçürülməsi üçün aparılan işlər zamanı sakinlər etiraz əlaməti olaraq müxtəlif aksiyalar keçirib, yolları bağlayıb, polislə əlbəyaxa olublar. M.Əsgərov mühafizə zonalarındakı ərazilərlə yanaşı, yarımstansiyaların tikintisi üçün ayrılmış 10 hektardan çox torpaq sahəsinin də müxtəlif şəxslər tərəfindən kommersiya məqsədi ilə zəbt olunduğunu bildirib. Məsələn, Xırdalan şəhəri, Hövsan qəsəbəsi, Ziya Bünyadov prospekti 2095-ci məhəllədə yerləşən 40 hektardan çox ərazi Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə yarımstansiya tikintisi üçün "Azərenerji"yə verilsə də burada evlər, dükanlar, xidmət obyektləri, inşaat mallarının istehsalı və satışı müəssisələri inşa olunub. Ötən il SC 2095-ci məhəllədə paytaxtın elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yarımstansiya tikmək istəyərkən 5 hektar ərazinin tikinti materiallarının satışı ilə məşğul olan şirkətlərin təzyiqi ilə üzləşib. "Azərenerji" nə qədər çalışsa da, öz halal ərazisini geri ala bilmir. Marlen Əsgərov qeyd edib ki, hazırda "Azərenerji" 50 il bundan əvvəl çəkilmiş xətlərin dəyişdirilməsi üçün layihə hazırlayıb və Asiya İnkişaf Bankı ilə müqavilə imzalayıb. Müqaviləyə uyğun olaraq bank layihəni maliyyələşdirəcək. Amma "Azərenerji" yeni xətləri necə çəkəcəyini bilmir, çünki layihədə nəzərdə tutulan ərazilər çoxdan zəbt olunub. Xətti çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub və burada texnikanın işləməsi mümkün deyil. "Azərenerji"nin vitse-prezidenti bildirib ki, yüksək gərginlikli elektrik verilişi xətlərinin altında tikilmiş evlərin sakinləri öz həyatlarını da risk altına qoyurlar. Güclü külək zamanı kiçik bir qəza yüzlərlə insanın həyatına son qoya bilər. Bütün bu problemlərin birdəfəlik həlli üçün "Azərenerji" Nazirlər Kabinetinin ciddi qərar qəbul etməsini gözləyir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.