Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Hökumət kasıblara dayaq duracaq

01.03.10 - 11:20251 baxılıb

Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihə hazırlanır

Hökumət ölkədə demoqrafik vəziyyətin gərginləşməsini nəzərə alaraq gənc ailələrə güzəştlər etmək qərarına gəlib. Son illər ölkədə uşaq doğumunun səviyyəsinin aşağı düşməsi, boşanma hallarının sayının artması və ümumilikdə demoqrafik vəziyyətin təhlükəli həddə çatması hökuməti gənc ailələrə dövlət qayğısını artırmağa vadar edir. Bu məqsədlə sosial müdafiə strukturları tərəfindən hazırlanmış təkliflərə uyğun olaraq gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanun layihəsi hazırlanacaq. Layihənin ilkin təfərrüatları ilə bağlı fikirlərini bildirən Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, sənəd ilin sonuna kimi hazır olacaq.
Sədr müavini onu da qeyd edib ki, "Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" adlanan qanunda daha çox maddi cəhətdən imkansız olan gənclərin sosial müdafiəsinin gücləndirilməsinə dair müddəalara yer veriləcək. M.Quliyevin sözlərinə görə, layihədə gənclər üçün bir çox sosial güzəştlər nəzərdə tutulur. Belə ki, layihə qüvvəyə mindikdən sonra yeni evlənən kasıb gənclərə birdəfəlik maliyyə yardımı veriləcək. Hətta bu yardımın mənzillə əhatə olunması da gözlənilir. Bunun üçün nikaha girənlərdən birinin yaşının 35-dən aşağı olması kifayətdir. Bundan başqa, belə ailələrdə dünyaya gələn ikinci və üçüncü uşağa görə birdəfəlik pul yardımı veriləcək. Əslində bu detal daha çox demoqrafik mahiyyət daşıyır və bu təkliflər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub. Belə ki, komitə son 5 ildə Azərbaycanda illik doğumun statistikasını araşdırdıqdan sonra ölkə üzrə hər ailəyə bir uşağın düşdüyünü bəyan edib və bunun yaxşı təsir bağışlamadığını parlamentə bildirib. Təbii ki, ailələrdə övladların sayının az olmasının səbəbi sosial durumla əlaqələndirilir və sosioloji araşdırmalar zamanı valideynlərin 2-dən çox uşağın qayğısına qala bilmədiyi məlum olub. Buna görə də qanun layihəsində həmin məsələyə də xüsusi diqqət yetirilməsi qərara alınıb.
M.Quliyevin fikrincə, layihədə gənc ailələri əhatə edən sosial ipoteka kreditlərinin genişləndirilməsi və şərtlərin yumşaldılması da nəzərdə tutulur. Həmçinin ucqar dağ kəndlərinə mütəxəssis kimi işləməyə gedən kasıb gənclərin yoxsulluqdan çıxması üçün də əlavə tədbirlər görüləcək. Sənəddə gənc ailələrin daimi iş yerləri ilə təmin olunması üçün kvotanın ayrılması nəzərdə tutulur.
Ümumiyyətlə, yeni layihədə təklif olunan elementlərin hər biri gənc ailələr üçün sanki xoş sürpriz vəd edir. Sənəddə indiyədək görünməmiş güzəştlər, məsələn, onların məşğulluğunun təmin edilməsi, ali məktəbi bitirən kimi yeni iş yerləri ilə təmin olunması, ali təhsili olmayanların müxtəlif peşələrə cəlb olunması, ordudan tərxis olunmuş gənclərin qeyd-şərtsiz işə götürülməsi, sahibkarlıqla məşğul olmaq istəyənlərə böyük həcmdə kreditlərin verilməsi, ev tikmək istəyənlərin növbəsiz tikinti-ipoteka banklarının siyahısına salınması nəzərdə tutulur. Bununla yanaşı, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə böyük həcmdə torpaq sahələri və güzəştli kreditlərin verilməsi, yeni ailə qurmaq istəyənlərə evlənməzdən qabaq dövlət yardımının edilməsi, gənc qadınlara səhiyyə müəssisələrində pulsuz və fasiləsiz tibbi xidmətlərin göstərilməsi və digər güzəştlər də layihənin başlıca detallarını təşkil edir. Bir sözlə, bu sənədlə tanış olan hər bir kəs gəncləşmək arzusuna düşür.
M.Quliyevin fikrincə, layihə hazırlanarkən xarici ölkələrin gənclərlə bağlı sosial siyasətindəki mühüm yeniliklərə də üstünlük veriləcək. Belə ki, hökumət neft ölkələrinin, Amerikada və bir sıra Avropanın inkişaf etmiş bir sıra dövlətlərinin tətbiq etdiyi proqramlardan yararlanacaq. Xatırladaq ki, qeyd olunan ölkələrdə, xüsusilə də bəzi ərəb dövlətlərində yeni ailə qurmuş gənclərə dövlət müəyyən yardımlar göstərir. Həmin gənclərin çalışdığı şirkətlər də maddi köməklə yanaşı, həmin şəxsin mənzil və məişət qayğılarının həll olunması üçün kreditlər verir, yaxud da bonus xarakterli tədbirlər görür. Məsələn, Qətərdə və Birləşmiş Ərəb Əmirliklərində gənclərlə bağlı sosial siyasət daha təkmilliyi və cəlbediciliyi ilə seçilir. Qətər hökumətinin qərarına əsasən, ölkənin ümumi daxili məhsulunun 2 faizdən çoxu (təxminən 3 milyard dollar) gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunur. Həmin vəsaitlərin böyük bir hissəsi uzunmüddətli (40 illiyə) kreditlər şəklində gənc ailələrə verilir. Bu vəsait Qətərdə hansısa bir gənc üçün heç də böyük vəsait deyil, onun orta aylıq maaşının 8-9 faizi deməkdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.