Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bayram günləri ərəfəsində xidmət sahələri necə işləyəcək?

19.03.10 - 13:34236 baxılıb

Sərnişin sıxlığından asılı olaraq dəmir yolu və avtovağzalda əlavə tədbirlər görüləcək

Bu suallara cavab tapmaq üçün ilk növbədə Dövlət Dəmir Yolunun kassalarına baş çəkdik. Bütün kassaların qarşısında növbələr yaranmışdı. İstər ölkə xaricinə, istərsə də bölgələrə getmək istəyənlərin sayı kifayət qədər çox idi. Əksər istiqamətlərə martın 18 və 19-na olan biletlər satılmışdı. Kassalardan ayrılan bəzi şəxslərin üzlərindəki narazılıq göstərirdi ki, bilet ala bilməyiblər. Onlardan biri - 53 yaşlı Hüseyn Əmirovun sözlərinə görə, ayda 2 dəfə paytaxta gəlib gedir: "Balakən rayonunda yaşayıram. İki övladım Bakıda yaşadığından bayram ərəfəsində onlara baş çəkməyə gəlmişəm. Qatarla getmək həm təhlükəsiz, həm də rahat olduğu üçün həmişə bu nəqliyyat növündən istifadə edirəm. Həmişə günün istənilən vaxtı bilet ala bilirdim. İndi isə bu günə bilet tapa bilməmişəm".

Bundan sonra kassalardan birinə yaxınlaşıb növbəyə durduq. Məndən öndə dayanmış şəxs Qazax rayonuna bilet istədi. Ona ancaq plaskarta boş yer olduğu bildirildi. Bakı-Köçərili qatarında SV-yə bilet almaq barədə eşidəndə kassir xanım bilet olmadığını dedi. Kupeyə isə yalnız martın 21-nə bilet var idi.
Məsələyə münasibət bildirən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Novruz bayramı ilə əlaqədar kollektivin gücləndirilmiş iş rejimində işləyəcəklərini söylədi: "İstirahət və bayram günləri ilə əlaqədar yaranan sərnişin sıxlığını nəzərə alan cəmiyyətin sərnişin daşımaları departamenti ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edəcək. Sərnişin sıxlığından asılı olaraq bayram günlərində 15-20 əlavə vaqonun qoşulması nəzərdə tutulur. Bundan başqa, operativliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə müvafiq strukturlar növbəli iş rejimi ilə işləyəcək".
N.Əzməmmədov biletlərin qiymətində heç bir artım olmayacağını bildirdi: "Respublika daxilinə gediş üçün qiymətlərdə heç bir artım olmayıb və olmayacaq da. Sərnişinlər həmişəki qaydada bilet ala biləcəklər. Bayram ərəfəsində bilet satışına nəzarət gücləndiriləcək. Hazırda da bu işə nəzarət var. Lakin bayram zamanı sərnişinlərin çoxluğundan istifadə edən bəzi şəxslərin öncədən bilet alıb, sonradan digərlərinə satması halları da olur. Bunun qarşısının alınması üçün sərnişinlərə ancaq şəxsiyyət vəsiqəsini təqdim etdikdə bilet verilir və vaqonlara da şəxsiyyət vəsiqəsini təqdim etdikdə buraxılır".
Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə bildirdi ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejimində işləyəcək: "Adətən bayram ərəfəsində rayonlara gedən sərnişinlərin sayı artır. Bu zaman avtovağzalda da sıxlıq yaranır. Sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırılmasını təmin etmək üçün lazım olan bütün istiqamətlərdə əlavə avtobuslar xəttə buraxılacaq. Artıq bununla bağlı tədbirlərə başlanılıb. Sonradan həmin sərnişinlər geri qayıdarkən problem yaranmaması üçün bölgələrdə də tədbirlər görüləcək".
Sərnişin sıxlığından istifadə edərək qiymətlərin bahalaşmasına gəldikdə isə N.Həsənov vətəndaşlara öncədən bilet almağı məsləhət bildi: "Yaxşı olardı ki, sərnişinlər əvvəlcədən bilet alsın. Belə olduqda onlardan heç kim əlavə pul ala bilməz. Bununla yanaşı, ciddi nəzarət tədbirləri də görüləcək".
“AZAL” Hava Yollarının mətbuat xidmətindən isə bildirdilər ki, artıq martın 13-dən başlayaraq Naxçıvana reyslərin sayı artırılıb: "Sərnişin sıxlığı ilə bağlı əlavə olaraq bir reys həyata keçirilir. Yaxın günlərdə ehtiyac olsa, reyslərin sayı artırılacaq".
Bayram günlərində "Azərenerji" ASC, "Azərsu" SC və "Azəriqaz" da gücləndirilmiş iş rejimində işləyəcək. "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, bayram ilə əlaqədar qurumun bütün regional enerji təchizatı müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Bayram günlərində enerjiyə artan tələbat nəzərə alınaraq, əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Briqadalar nəqliyyat vasitələri ilə təmin edilib.
Səhmdar cəmiyyətinin mətbuat xidməti Mərkəzi Dispetçer İdarəsinə istinadən bildirir ki, bayram günlərində tələbatın artmasına baxmayaraq, ölkədə elektrik enerjisi ilə təminatda problem olmayacaq. Enerji istehsalının həcmi istehlaka uyğun həddə çatdırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən də bildirildi ki, əhalinin istehlakçı qruplarına verilən qazın sutkalıq həcmi artırıldığından problemlər yaranmayacaq. Bəzi ərazilərdə məhdudiyyətlərin tətbiq olunması magistral və birləşdirici qaz kəmərlərində aparılan tikinti-təmir işləri ilə əlaqədardır. Bayram günləri təmir işlərinə fasilə veriləcək.
"Azərsu" SC-dən də bildirildi ki, bayram günləri hətta borclu abonentlərin də mənzillərinin su ilə təchizatı dayandırılmayacaq.
X.AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.