Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Son onilliklər ərzində Azərbaycan Respublikasında sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq istehsal prosesləri zamanı əmələ gələn tullantıların idarə olunmasına lazımi diqqət yetirilməmiş və nəticədə ətraf mühitə təsirin miqdarı çoxalmışdır. Aparılan araşdırmalar göstərir ki, müəssisələrdə tullantıların saxlanılma şəraiti əksər hallarda ekoloji, norma və standartlara cavab vermir. Belə ki, tullantılar ətraf mühitdən təcrid olunmadan saxlanılır və ya yerindəcə basdırılır. Təhlükəli tullantıların yerləşdirilməsi üçün ixtisaslaşdırılmış poliqonların, emal texnologiyalarının və qurğuların azlığı, ətraf mühit komponentlərinin getdikcə korlanması əhalinin sağlamlığına mənfi təsir göstərir.
Prinsip etibarilə mühitin çirklənməsinə qarşı iki müxtəlif mübarizə yolu mövcuddur. Birincisi, sənaye müəssisələrinin təhlükəli tullantılardan təmizlənməsi və zərərsizləşdirilməsidir. İkincisi, isə ən səmərəli və iqtisadi cəhətdən sərfəli olan az tullantılı və ya tullantısız texnoloji proseslərin tətbiqi və maksimum dərəcədə qapalı sistemlərin yaradılmasıdır. Əfsuslar olsun ki, təhlükəli tullantıların yığılması və yerləşdirilməsinə dair mütəşəkkil bir sistem yoxdur. Müəssisələr bu tullantıları özləri daşıyır, yerləşdirir və ya onları sənaye sahələrində saxlayırlar. Bəzi hallarda təhlükəli tullantılar açıq yük maşınlarında daşınır. Tibbi tullantıların idarə edilməsində də müəyyən problemlər mövcuddur. Aparılan araşdırmalar göstərir ki, müalicə müəssisələrində bu növdən olan təhlükəli tullantılar çeşidlənmədən digər tullantılarla birlikdə müvəqqəti saxlanılır və sonradan zibilxanalara daşınır. Tullantıların idarə olunması 1998-ci il tarixli "İstehsalat və məişəttullantıları haqqında" və 1999-cu il tarixli "Ətraf mühitin mühafizəsi haqqında" qanunlarla və digər normativ-hüquqi aktlarla tənzimlənir. Respublikamız Bazel Konsepsiyasına qoşulduqdan sonra tullantıların idarə olunması sahəsində mövcud qanunvericilik konvensiyanın tələblərinə uyğunlaşdırılmışdır. Belə ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında” qanun qəbul edilmişdir. Nazirlər Kabineti tərəfindən "Təhlükəli tullantıların pasportlaşdırılması qaydaları" (31 mart 2003-cü il, № 41), "Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunması üzrə Dövlət Strategiyası" (25 avqust 2004-cü il, № 117.), "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanatoriya gigiyena və ekoloji normativlərə uyğun olaraq tənzimlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları" (21 aprel 2005-ci il, № 74.) "Tibbi tullantıların idarə olunmasına dair tələblər" 28 dekabr 2007-ci il tarixli, 213 saylı qərarı; Nazirlər Kabinetinin "İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası" (25 yanvar 2008-ci il, № 13,) "Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası" (25 iyul 2008-ci il, № 167.) "Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi qaydası" (12 avqust 2008-ci il, № 185.) haqqında qərarlar hazırlanıb təsdiq olunmuşdur. 2004-cü ildən Təhlükəli Tullantıların Saxlanması üzrə Milli Mərkəz fəaliyyətdədir. 2003-cü ildən "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanun tətbiq edilməyə başlanmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya İli elan edilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn məsələlərin müsbət həll olunması məqsədi ilə həmkarlar ittifaqları komitələrinə və onların fəallarına aşağıdakı məsələləri diqqət mərkəzində saxlamaq məsləhət görülür: - ətraf mühitin mühafizəsi sahəsində informasiyanın (ətraf mühitin vəziyyəti, onun çirklənməsinə qarşı, sağlamlaşdırılmasına və mühafizəsinə dair tədbirlərin maliyyləşdirilməsi) vaxtaşırı alınması və onun əsasında tədbirlər planı hazırlayıb kollektiv müqavilələrə daxil edilməsi; - tədris müəssisələrində, mülkiyyət formasından asılı olmayaraq, ekologiyanın əsaslarının tədrisinin nəzərdə tutulması; - istehsal prosesində əmələ gələn tullantıların invertarlaşdırılmasının həyata keçirilməsinin mexanizminin təmin edilməsi; - atmosfer havasına atılan zərərli maddələrin həddini onun normativlərə uyğunlaşdırılmasına şərait yaradan və təsirini müəyyənləşdirib, tədbirlər planının hazırlanması; - müəssisənin sanitar-gigiyenik pasportunun hazırlanması; - təhlükəli xəstəlik törədən tullantıların müəyyənləşdirib, çeşidləndirib, ayrıca saxlanılmasının və təyinatı üzrə yerləşdirilməsinin təmin edilməsinə nəzarətin gücləndirilməsi; - ictimaiyyət və işçilər arasında ekoloji tərbiyə, təbliğat, təhsil və maarifləndirmənin xüsusiyyətlərini nəzərə almaqla ətraf mühitin mühafizəsinə, ekoloji, tarazlığın və ekoloji problemlərin həlli istiqamətində sorğular aparmaqla təkliflərin həlli istiqamətində kompleks tədbirlərinin həyata keçirilməsinə nəzarəti gücləndirmək; - ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədi ilə iri şirkətlərdə, müəssisələrdə, əhalinin sıx olduğu yerlərdə plakatların və xüsusi guşələrin yaradılıb yerləşdirilməsi və semnarların, dəyirmi masaların keçirilməsi; - tullantıların ətraf mühitdən təcrid edilib ekoloji norma və standartlara uyğun saxlanmasına və ya basdırılmasına nəzarətin gücləndirilməsi; - sənaye müəssisələrinin təhlükəli tullantılardan təmizlənməsi sistemlərinin yaradılmasında tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsirinnin qarşısının alınması və gələcək risklrdən mühafizənin təmin olunması üçün Beynəlxalq təcrübələri öyrənib həyata keçirilməsinə köməklik göstərmək; - müəssisə və təşkilatlarda təhlükəli tullantıların yığılması və yerləşdirilməsinə dair sisteminin yaradılması məsələnin həll olunması; - təhlükəli tullantıların pasportlaşdırılmasının təmin edilməsi; - 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində ekoloji mövzuda keçirilən müsabiqələrdə, tədbirlərdə təklif olunmuş ən yaxşı və ya faydalı məsləhətlərə görə iştirakçıların mükafatlandırılmasının təmin olunması.
Ə.MƏDƏTOV, AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.