Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Maaşların zərflərdə verilməsi büdcəyə 1 milyard manatdan çox zərər vurur

16.04.10 - 19:36270 baxılıb

İkili mühasibatlığın davam etməsi pensiya və maaşların artımına da mane olur

İşçilərə aylıq tarif cədvəlində göstərilən maaşlardan 2-3 qat çox əlavə haqq ödənilməsi faktı Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Sığorta Fondunun məsulları tərəfindən dəfələrlə qeyd olunub. Dövlət başçısı da Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu problemə toxundu:
"Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda - ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin".
Prezident bununla bağlı müvafiq orqanlara tapşırıqlar verib və bütün təşkilatlarda maaşların bir mənbə üzrə, yəni vahid tarif cədvəlinə uyğun ödənilməsinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, bəzi dövlət idarələrində, özəl qurumlarda işçilərə zərfdə əlavə maaş verilməsi əslində ikili mühasibatlıq deməkdir. İqtisadçının fikrincə, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar zamanı da bu faktlar üzə çıxıb. Həmin yoxlamaların ilkin nəticələri bəllidir. Araşdırmalar zamanı məlum olub ki, özəl tibb müəssisələrində, restoranlarda, iri ticarət mərkəzlərində və iaşə obyektlərində işçilərə əməkhaqları ikili mühasibat əsasında verilir. İkili mühasibatlığın olması həm də əməkhaqqından tutulan sosial vergilərin yüksəkliyi ilə bağlıdır. Yəni bəzi müəssisələr vergini ödəyə bilmir, yaxud vergiləri ödədikdən sonra normal gəlir əldə etmir. Buna görə də vergilərdən yayınmaqla gəlirlərini artırmaq niyyəti güdürlər. Bütün hallarda bu, qanunsuzluq və iqtisadi qanunvericilikdə cinayət tərkibli əməllər hesab oluna bilər.
N.Məmmədovun fikrincə, ikili mühasibat sistemi dövlət qurumlarında da mövcuddur. Ona görə də müvafiq qurumların araşdırmaları yalnız özəl müəssisələri əhatə etməməlidir. Heç kəsə sirr deyil ki, bu gün əksər nazirliklərdə işçilər əməkhaqlarından başqa "paket maaşlar" da alırlar. "Paket maaşlar"ın isə rüşvət və korrupsiyanın təzahürüdür. İqtisadçının qənaətinə görə, həm özəl, həm də dövlət sektorunda maaşlar qaldırılmalıdır ki, işçinin hansısa məmurdan, müdirdən asılılığına son qoyulsun.
İqtisadçı Azər Mehdiyev hesab edir ki, zərflərdə verilən pullar əsasən komitə və nazirliklərin qeyri-rəsmi əldə etdiyi dövriyyədən ayrılır. Əslində, ikili mühasibatdan həm dövlət, həm də özəl sektorda bir növ işçiyə təzyiq vasitəsi kimi də istifadə edilir. A.Mehdiyev deyir ki, bəzi çətinliklər ucbatından vətəndaşlar ikili mühasibatla işləməyə razıdırlar. Amma onlar başa düşmürlər ki, ikili mühasibatın aradan qaldırılması ilk növbədə vətəndaşın xeyrinə işləyə bilər.
İqtisadçı Samir Əliyev bildirib ki, ikili mühasibatlıq halları daha çox tikinti, nəqliyyat, özəl rabitə və bank, sığorta, xidmət, eləcə də bir sıra dövlət idarələrində mövcuddur. Bu isə həmin qurumlarda korrupsiya elementlərinin olmasını təsdiq edir. Zərf şəklində verilən maaş məbləği ümumi ştat cədvəli ilə verilən maaşların məbləğindən böyükdür. Təxmini hesablamalara görə, həmin vəsaitin həcmi 3 milyard manata bərabərdir. Bu məbləğin vergi və digər ödənişlərini nəzərə alsaq, demək olar ki, büdcə 1 milyard manatdan artıq pul itirir. Həmin vəsaitlər isə təkcə pensiyaların artımına yönəldilsə, bu, 50 faizdən də çox artım demək olardı. Ona görə də hökumət bu istiqamətdə sərt tədbirlər görməlidir.

ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.