Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ünvanlı sosial yardımların verilməsində nöqsanlar qalmaqdadır

23.04.10 - 14:54469 baxılıb

Heydər Əsədov: "Əsassız ödəmələrə görə 81 min dollar və 463 min manat nağd formada alınaraq banklara və kassalara daxil edilib"

Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisin iclasında 2009-cu ilin yekunları ilə bağlı məruzəsində bildirdi: "Cinayət xarakterli əməliyyatlar da daxil olmaqla pozuntular aşkarlanıb - artıq ödəmələr, saxta sənədlərlə pul köçürmələri, qanunvericilik aktlarının pozulması halları ortaya çıxıb. Müəyyən etdiyimiz qanun pozuntularının aradan qaldırılmasına, hazırkı təlimatlarla qanunvericilik arasında olan ziddiyyətlərin həllinə, şəffaflığın artırılmasına, büdcə prosesinin təkmilləşdirilməsinə, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş 30-dan artıq təkliflə hökumətə müraciət etmişik. Təkliflərimiz müvafiq strukturlara göndərilib, onlar araşdırılır. Artıq büdcə sistemi və satınalmalarla bağlı təklifimiz qəbul olunub".
Sədr 2009-cu ildə aparılan yoxlamaların nəticələrini açıqladı: "Əsassız ödəmələrə görə 81 min dollar və 463 min manat məbləğində vəsait nağd formada alınaraq banklara və kassalara daxil edilib.Əlavə dəyər vergisinə görə 18 milyondan artıq, mənfəət vergisinə görə 11 milyon 400 min, pul sazişlərinə görə 6 milyon 300 min manat vəsaitin büdcəyə köçürülməsi təmin olunub. 643 min manatlıq keyfiyyətsiz iş yenidən yerinə yetirilib. 1 milyon 700 min manatlıq maliyyələşmə azaldılıb".
H.Əsədov Yardımlı, Masallı, Lerik və Cəlilabad rayonlarında cinayət xarakterli faktlar aşkar olunduğunu deyib: "Bu rayonlarda aparılan yoxlamaların nəticələri tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib. Artıq Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsində həmin faktlarla bağlı cinayət işi qaldırıldığı barədə rəsmi məlumat almışıq".
H.Əsədov çıxışında ünvanlı sosial yardımların verilməsi məsələsinə də toxundu. Bu sahədə də nöqsanların olduğunu söylədi: "Bu, xüsusən ünvanlı sosial yardımların verilməsi işinin təşkili, ödəmələr, kartların uçotunun aparılması sahələrində özünü daha qabarıq göstərir". H.Əsədovun bildirdiyinə görə, Hesablama Palatası Dövlət Neft Fondunda vəsaitlərin hərəkəti, portfelin tərkibi, valyuta strukturu, valyuta ehtiyatlarının xarici ölkələrdə yerləşdirilməsi ilə bağlı araşdırma aparacaq: "Azəriqaz"da da yoxlamalar aparılıb. Bakı kəndlərinin qazla təchizatına dair investisiya layihələrində bir sıra nöqsanlar aşkar edilib”.
Bakı Baş Təhsil İdarəsində də yoxlamaların başa çatmaq üzrə olduğunu vurğulayan sədr artıq xərclərə yol verildiyini dedi: "Lakin cinayət xarakterli faktlar yoxdur".

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.