Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Nazim Məmmədov: "Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində veriləcək"
Milli Məclisin sonuncu iclasında "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəddə indiyədək mövcud olan bir sıra problemlərin həlli öz əksini tapıb. Ən diqqət çəkən məqamlardan biri isə qanunsuz tikililərin sahiblərinə də kompensasiya ödənilməsinin nəzərdə tutulmasıdır. Məsələyə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Nazim müəllim, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun qəbul edilməsinin konkret əhəmiyyəti nədən ibarətdir? - "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsində indiyədək mövcud olan problemlərin bir çoxu öz həllini tapıb. Hərhalda əvvəllər torpaqlar alınan və ya üzərindəki daşınmaz əmlak sökülən zaman, ona dövlət ehtiyacının olub-olmaması araşdırılmırdı. İndi isə konkret olaraq göstərilir ki, hansı torpaqlar dövlət ehtiyacı sayıla bilər. Bundan sonra dövlət ehtiyacı üçün torpaqların mülkiyyətçidən yalnız yolların çəkilişi və infrastruktur layihələrin həyata keçirilməsi, hərbi xarakterli obyektlərin tikintisi və sərhəd məsələləri ilə əlaqədar alına biləcəyi göstərilib. Həmçinin bundan sonra bu kimi məsələlərdə sui-istifadə hallarına yol verilməyəcək. Əsas məqamlardan biri isə qanunun indiyədək bu sahədə ciddi narazılığa səbəb olan problemlərin aradan qaldırılmasına şərait yaradacağı ilə bağlıdır. Belə ki, hazırda ölkə ərazisində davamlı tikinti işləri, o cümlədən dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Bu məqsədlə əhalinin dövlət, ictimai ehtiyaclar üçün torpaqları alınır, lakin onun pulu bəzən vaxtında ödənilmir. Digər tərəfdən, o vaxt dəyəri ödənilir ki, artıq həmin pul qiymətdən düşüb və pulu alan zaman vətəndaşlar artıq adekvat həcmdə torpaq ala bilmirlər. Amma gələcəkdə əlaqədar orqan torpağın pulunu ödəməmiş vətəndaşı ordan çıxara bilməz. - Qanun layihəsində avtomobil, dəmiryolu xətləri, qaz kəmərlərinin təhlükəsizlik zolaqlarında və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərin sahiblərinə kompensasiyalar verilməsi nəzərdə tutulub? - Bəli, mübahisə doğuran bu məsələnin də öz həlli yolu göstərilib. Qanunsuz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqlarda çoxsaylı binalar tikilib. Bu gün həmin bu zolaqlardan magistral yollar keçməlidir, elektrik xətləri çəkilməlidir, metrostansiyalar qurulmalıdır. Amma vətəndaşlar bununla razılaşmırlar. Əslində, vətəndaşların narazı olmağa hüquqları yoxdur. Bu torpaqları alanda onları sənədləşdirməyib, qanun çərçivəsinə salmayıblar. Amma heç kəsə sirr deyil ki, qanunsuz hesab olunan tikililər heç də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin icazəsi olmadan ərsəyə gəlməyib. Torpaq sahələrinin böyük əksəriyyəti bələdiyyələr tərəfindən alınıb. Müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verib. Sadəcə, burada da anlaşılmayan məqamlar çoxluq təşkil edir. Tutaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Baş Tikinti və Memarlıq İdarəsi ilə razılaşdırılma uzun-uzadı vaxt apardığına görə, vətəndaşlar süründürməçiliyə məruz qoyulduğundan, bir çox hallarda isə vətəndaşların özlərinin qanunları bilmədiyindən tez-tələsik torpaq alqı-satqısı baş verir və ərazidə tikinti işləri aparılır. Bu cür anlaşılmazlıqlara görə, vətəndaşlara müəyyən kompensasiyaların ödənilməsi zəruridir. Elə dövlət də bu gün həmin adamların əziyyətini nəzərə alıb, onlara müəyyən kompensasiya ödəmək istəyir. Amma onlar yüksək səviyyəli kompensasiya tələb edirlər. - Nazim müəllim, torpağın və daşınmaz əmlakın dövlət qiyməti ilə bazar qiymətləri arasında kəskin fərq var. Dövlət ehtiyacları üçün alınan torpaq və mənzilin qiymətləndirilməsi hansı meyarlar əsasında müəyyənləşdiriləcək? - Qanunda torpağın dəyərinin bazar qiymətlərinə uyğun hesablanması nəzərdə tulub. Üstəlik, təkcə torpaq sahəsi yox, onun üstündəki tikintinin də dəyəri müəyyənləşdiriləcək. Torpaq icarəyə götürülübsə, mülkiyyətçi ilə yanaşı, icarəçiyə də dəyən ziyan ödəniləcək. Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində veriləcək. Bundan başqa, dövlət ehtiyacı üçün alınan torpağın sahibinə köçmək üçün 2 ay möhlət veriləcək və köçürülmə xərcləri həmin dövlət orqanının hesabına olacaq. Bu sahədə digər bir yenilik isə bu məsələləri tənzimləyən xüsusi nəzarətedici orqanın yaradılmasıdır. - Bəs qanunsuz tikililərə görə ödənilən konpensasiyanın məbləği necə müəyyənləşdiriləcək? - Qanunsuz tikililərə də kompensasiya bazar qiymətlərinə uyğun müəyyənləşdiriləcək. Lakin bazar qiymətlərinin hesablanması mexanizmi əvvəlcədən müəyyən olunmalıdır. Hansı ərazidən infrastruktur layihə keçirsə, son üç ayda notarius qaydasında təsdiq olunmuş üç ən yüksək müqavilənin orta qiyməti götürülür. Bu, maarifçilik nöqteyi-nəzərindən də əhəmiyyətlidir. İnsanlar bilməlidirlər ki, bazarın qiymətini müəyyənləşdirən notarius qaydada təsdiq olunan müqavilələr əsas götürülür. Bu baxımdan artıq həmin söz-söhbətə də son qoyulmalıdır. Adətən vətəndaş daşınmaz əmlakını satanda bazarda təklif edilən ən yüksək qiyməti, dövlət isə həmin əmlakı alan zaman dövlət qiymətini əsas götürür. Burada konsensus əldə olunub ki, orta qiymət əsas götürülsün. Bir qaranlıq məqam ondan ibarət idi ki, əvvəllər vətəndaşlar notariusda aşağı qiymətlər göstərirdilər. Sonra məhkəmə çəkişməsi və başqa neqativ hallar yarandıqda real qiyməti sübut etmək çətin olurdu. Bu hallara həm də rüsumu azaltmaq məqsədi ilə yol verilirdi. Artıq "Dövlət rüsumu haqqında" qanuna müəyyən dəyişikliklər edildi. Daşınmaz əmlakın qiymətindən asılı olmayaraq eyni rüsum götürüldü. Qanunvericiliyi sivil qaydalara uyğunlaşdırmaq istiqamətində müəyyən işlər görülüb. Hesab edirik ki, bunlar da vacibdir. - Avtomobil və dəmiryolu zolaqlarında 5 min, yüksək gərginlikli elektrik xətlərinin altında isə 4 minə yaxın qanunsuz tikilinin sökülməsinin zəruri olduğu göstərilir. Kütləvi söküntü narazılıq yaratmayacaq? - Hər halda bir evin sökülməsi də müəyyən narazılıq yaradır. Minlərlə evin sökülməsi heç də yaxşı hal deyil. Güman edirəm ki, nəqliyyat infrastrukturu, yüksək gərginlikli elektrik xətlərinin altında və magistral qaz kəmərlərinin üzərində olan evlərin köçürülməsi olduqca vacibdir. Lakin həmin xətlərin köçürülməsi mümkündürsə, bu hal daha məqsədəuyğundur. Bu, daha ədalətli olardı. Ancaq bir şərtlə ki, xətt və kəmərlərin köçürülməsi həmin ərazidə yaşayan insanların hesabına baş versin. Bu hal gələcək nəslə də nümunə ola bilər. - Sökülməsi zəruri olmayan qanunsuz tikililərin gələcək taleyi necə ola bilər? - Təhlükəsizlik zolağından uzaqda olan evlərin sənədləşdirilməsi işlərinə başlanmalıdır. Bununla biz həm torpaq, həm də əmlak vergisini nizama salmış oluruq. Eyni zamanda ölkə vətəndaşlarının qeydiyyat, mülkiyyətlə bağlı problemlərini də həll etmiş oluruq. Lakin bu, zəncirvarı reaksiyaya səbəb olmamalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.