Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əmanətlər bu ildən qaytarıla bilər

07.05.10 - 14:00446 baxılıb

Əli Məsimli: "Bu, mayda büdcəyə yenidən baxılıb-baxılmayacağından asılıdır"

Nazim Məmmədov: "2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədərin isə 4-də birini qaytarmaq olar"

Hadı Rəcəbli : "Əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə əlaqədar dünya təcrübəsi öyrənilir"

Əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarılması məsələsi yenidən gündəmə gəlib. "Ölmüş əmanətlər"in məbləği 4,8 milyard sovet rubluna bərabərdir. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu var.
Millət vəkili Əli Məsimlinin fikrincə, bu məsələ yenidən büdcəyə baxılandan sonra gündəmə gələ bilər. Məhz o zaman neftin büdcədə nəzərdə tutulan qiyməti ilə real qiyməti arasındakı fərq müəyyənləşəcək və artıq qalan vəsaitin təyinatı barədə qərar veriləcək. Çox güman ki, bu vəsait əsasən pensiyaların, əməkhaqlarının artırılmasına və SSRİ vaxtından əmanət banklarında qalmış pulların qaytarılmasına yönəldiləcək.
Millət vəkili Nazim Məmmədovun dediyinə görə, hökumət həmin vəsaitləri daxili borc kimi tanısa və əmanətlərin qaytarılması ilə bağlı qərar qəbul olunsa, 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılan zaman bunun üçün vəsait ayırmaq olar. N.Məmmədov əmanətlərin strukturuna uyğun indeksasiya aparılmasını da təklif edib. Millət vəkili qeyd etdi ki, 2 min rubla qədər olan əmanətlərin yarısını, 2 mindən 6 minə qədər olanın 3-də birini, 6 mindən 10 minə qədərinin isə 4-də birini qaytarmaq olar. Onun hesablamalarına əsasən, bu - 1,2 milyard vəsait edir. Həmin vəsaiti də 5-6 ilə sahiblərinə çatdırmaq mümkündür.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli əmanətlərlə bağlı məsələnin hazırda diqqət mərkəzində olduğunu dedi: "Mövzu ətrafında dövlət qurumları səviyyəsində müzakirələr aparılmaqdadır. Bununla bağlı xüsusi komissiya da yaradılıb. Əmanətlərin sahiblərinə qaytarmağın yolları axtarılır".
H.Rəcəblinin sözlərinə görə, əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə əlaqədar dünya təcrübəsi öyrənilir. Belə ki, bəzi ölkələrdə əmanətləri 2 min dollara qədər olanlara vəsait ilk mərhələdə, 5 minə qədər olanlara isə sonrakı mərhələdə qaytarıblar. Ən iri əmanətlərin ödənilməsi sona saxlanılıb, yaxud verilməyib. Həmin pulun hansı mənbələrdən əldə edildiyi araşdırılaraq təhlil olunub.
Qeyd edək ki, ilkin hesablamalara görə, Azərbaycanda əhalinin sovet dövründə banklara qoyduğu əmanətləri qaytarmaq üçün təxminən 800 mln. dollar tələb olunur.
"Azərbaycanda SSRİ dövründən banklarda əmanəti qalan şəxslərə həmin vəsaitin qaytarılması məsələsində hər hansı bir ciddi irəliləyiş yoxdur", - deyə Maliyyə naziri Samir Şərifov bildirib: “Məndə olan məlumata görə, parlament hələ müvafiq qanunu qəbul etməyib. Bu da o deməkdir ki, məsələnin həlli hazırda eyni mərhələdədir”.
İqtisadçı Vüqar Bayramov isə hesab edir ki, prosedur qaydalara görə, əmanətlərin 2010-cu ildə qaytarılması hələ mümkün deyil. Çünki öncə əmanətlərin qaytarılması barədə qanun qəbul olunmalıdır. Başqa tərəfdən, əmanətlərin verilməsi ilə bağlı bir sıra məsələlərdə anlaşılmazlıqlar qalır: "Məcburi köçkünlərin əmanətlərinin hesablanma və ödənilmə mexanizmi yoxdur. Rublun manata necə indeksasiya edilməsi aydın deyil. Eyni zamanda əksər əmanətlər üzrə arxivin olmaması da problem yaradır".
İqtisadçı deyir ki, əslində problem heç də vəsaitin olub-olmaması deyil. Məsələ ondadır ki, əmanətlərin qaytarılma prosesi olduqca çətin və mürəkkəbdir. Məhz buna görə də icra qurumları prosesə başlamağa tərəddüd edirlər: "Əmanətlərin qaytarılma mexanizmi aydın şəkildə işlənməlidir. Əks halda, Ukraynada olduğu kimi, bizdə də əmanətlərin qaytarılması narazılıqla müşayiət ediləcək. Bu narazılıqlar Avropa Məhkəməsinədək uzana bilər. Hazırda ən çox Litva təcrübəsi önə çəkilir. Litva prosesə SSRİ dağılandan qısa müddət sonra başlayıb, 1 milyard lit vəsait birbaşa əhaliyə ödənilib. Rusiyada əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və ilk növbədə 1950-ci ilə qədər doğulanların pulları qaytarılıb. Daha sonra isə əlillərə, veteranlara vəsait ödənilib. Qırğızıstanda əmanətlərin ödənilməsi ilə bağlı fərman 1997-ci il iyunun 2-də imzalanıb. Həmin qanuna görə, əmanətlər 4 qrup üzrə təsnifləşdirilib: 2500 rubladək əmanətlərə 1 rubla 1 som, 2501-5000 rubladək olan əmanətlərə 20 rubla 1 som, 5001-10000 rubladək olan əmanətlərə 30 rubla 1 som, 10000 rubldan çox əmanətlərə 40 rubla 1 som. Moldovada əmanətlərin qaytarılmasına 2003-cü ildən başlandı. Qanunla 1000 rubladək əmanətlərin 1 rubluna 1 ley, 1000 rubldan yuxarı olan qalıq əmanətlərin hər 2,5 rubluna 1 ley qaytarılıb. Qazaxıstanda 1996-1997-ci illərdə əhalinin sosial cəhətdən zəif olan təbəqələrinə əmanətlərin qaytarılması həyata keçirilib. 2003-cü ildən qalan əmanətlər nağd deyil, çeklər şəklində qaytarılıb".
Azərbaycanda əmanətlərin qaytarılma mexanizmi necə ola bilər? sualına gəldikdə mütəxəssis bildirdi ki, Azərbaycanda sovet dövrü əmanət bankına yatırılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır. Belə ki, əmanətlərin 60 faizə qədəri 2000 rubladək olanlardır. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə istər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərə sahib olan hissəsinin prosesdən faydalanma imkanları məhdudlaşacaq.
V.Bayramov əmanətlərin indeksləşdirməsi ilə bağlı konkret sistem təklif edir: "1000 rubladək olan əmanətlər hər 2 rubla 1 manat, 1000-2000 rubl arasındakı əmanətlərə hər 4 rubla 1 manat, 2000-5000 rubl arasındakı əmanətlərə hər 6 rubla 1 manat, 5000-10000 rubl arasındakı əmanətlərə hər 8 rubla 1 manat, 10000 rubldan artıq əmanətlərə hər 10 rubla 1 manat. Əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək".
"Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar. Prosesin başqa tərəfi ödənişlərin hansı formada aparılmasıdır", - deyə o bildirdi.
Əmanətlərin bir hissəsinin istiqrazlar vasitəsilə ödənilməsi ilə bağlı real mexanizmin olmadığını vurğulayan iqtisadçı, bunu qiymətli kağızlar bazarının inkişafındakı durğunluqla əlaqələndirdi: "Məsələ ondadır ki, Azərbaycanda istiqrazların dövriyyəsi olduqca məhduddur. Bu da əmanətlərin istiqrazlar kimi verilməsinə neqativ təsir göstərir".

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.