Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Gündən-günə inkişaf edən və gözəlləşən respublikamızda yeni insanın tərbiyəsi dövrümüzün ən vacib, başlıca məsələsi kimi ölkə ictimaiyyətini daima düşündürür. Vətənimiz Azərbaycanda uşaqların sağlam, gümrah, əqli və fiziki cəhətdən normal və intellektli böyüməsində məktəbəqədər tədris müəssisələrinin üzərinə mühüm bir məsuliyyət düşür.
Bu məsuliyyətin öhdəsindən şərəflə gəlməyi qarşısına məqsəd qoyan belə müəssisələrdən biri də Bakının Xətai rayonunda fəaliyyət göstərən 316 saylı körpələr evi-uşaq bağçasıdır. Öncədən deyək ki, balaca fidanların məskunlaşdığı bu ailəyə uşaqları sevən, onlara doğma ana kimi qayğı bəsləməyə həmişə hazır olan, bunu öz işi ilə artıq sübut etmiş Vüsalə xanım Məcidova rəhbərlik edir. Bacarıqlı və səriştəli rəhbər kimi o, uşaqlara qarşı özünün bəslədiyi bu sevgini tərbiyəçi müəllimlərdən də tələb edr. Qətiyyətlə deyə bilərəm ki, "Uşaq ili" çərçivəsində bağçada uşaqlarla aparılan işlər və onların təlim-tərbiyəsi valideynlər tərəfindən təqdirəlayiq hesab olunur. Vüsalə xanım uşaqların sevimlisidir. Təsadüfi deyil ki, bir neçə gün sonra qeyd etməyə hazırlaşdığı ad gününü bu balaca fidanların əhatəsində keçirməyi qərara alıb. Deyir ki, onların dilindən eşidəcəyi təbriklər mənim üçün ən qiymətli hədiyyələrdən də üstün olacaq. O, bu sevgini uşaqları sevə-sevə qazanmışdır. V.Məcidova öz işini dərindən bilən, uşaq psixologiyasına yaxşı bələd olan mütəxəssis, həm də bacarıqlı təşkilatçıdır. Belə ki, onun rəhbərliyi dövründə bu uşaq müəssisəsi, demək olar ki, yeni həyatını yaşamağa başlayıb. Bina tam təmir olunub, ideal şərait göz oxşayır. Burada "Heydər Əliyev" guşəsi yaradılıb. Guşədə ümummilli liderin həyat və fəaliyyətini əhatə edən və müxtəlif illərdə çəkilmiş fotoşəkillər, onun barəsində olan müxtəlif kitablar və s. toplanıb. Bağçanın səliqə-sahmanına isə söz ola bilməz. Amma onu deyək ki, Vüsalə xanım bağçanın simasını dəyişməklə yanaşı, həm də burada uşaqlarla işləyən tərbiyəçi müəllimlərin işində dönüş yaratmağı bacarmış, öz işinə bağlı olan pedaqoqlarla işləməyə üstünlük vermişdir. Hazırda bağçada hər birində 25 nəfər olmaqla 6 qrup fəaliyyət göstərir. Bu qruplarla uşaqlara qarşı qəlbində hədsiz məhəbbət gəzdirən pedaqoq-tərbiyəçilər işləyir. Yazgül Ağayeva, Günəş Əliyeva, İlhamə Sariyeva, Səbinə Əsgərova və digər müəllimlər, eləcə də texniki işçilər fidan balaların təlim-tərbiyəsində müstəsna rol oynayırlar. Qruplarda uşaqlarla fərdi işlər aparılır, onlar burada əlifba ilə tanış olurlar. Vüsalə xanım bildirdi ki, balaca fidanlar tez-tez rayon tədbirlərinə də qatılır. Bu tədbirlərdə uğurla iştirak edirlər. Hələ ötən il müxtəlif yarışlarda bu bağçanın uşaqları 1-ci yerə çıxıblar. Ümummilli liderimiz Heydər Əliyevin 87-ci ildönümü ərəfəsində rayonun möhtəşəm Heydər Əliyev parkında düzənlənən şənlikdə, eləcə də mayın 10-da keçirilən gül bayramında uğurla çıxış etmişlər. Bundan başqa, bağçanın özündə də rəngarəng tədbirlər keçirilir. Burada uşaqlar Vətənə, Heydər babaya, anaya, təbiətə aid çoxlu şeirlər söyləyir, səhnəciklər göstərirlər. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, bağçada olarkən Vüsalə xanım bizi uşaqların əl işləri ilə də tanış etdi. O, söylədi ki, uşaqların əl işlərinin nümayiş etdirilməsinin bir yaxşı cəhəti də ondan ibarətdir ki, bu, digərlərində də yaradıcılığa həvəs yaradır və onlar öz əl işlərini hazırlamağa səy göstərirlər. Vüsalə xanım çox böyük fərəh hissi ilə onu da vurğuladı ki, kim bilir, bəlkə də gələcəyin mahir rəssamı, toxucusu və ya heykəltəraşı məhz bizim bağçada tərbiyə alır. Bağçanın qida rasionu da zəngindir. Uşaqlar keyfiyyətli qida ilə təmin olunurlar. Xanım müdirə tam əminliklə vurğuladı ki, valideynlər narahat olmasınlar, uşaqları burada özlərini lap evdəki kimi hiss edirlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.