Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Kür şıltaqlığını davam etdirir

14.05.10 - 18:06321 baxılıb

İmişli və Saatlıda da vəziyyət təhlükəli həddə çatıb

Kür çayı şıltaqlığını davam etdirir. Çayın daşması nəticəsində 9 kənd artıq tamamilə boşaldılıb. 5 kənddən olan bəzi ailələr isə ehtiyat etdikləri üçün ərazini tərk ediblər. Son məlumatlara əsasən, artıq İmişli və Saatlı rayonlarının kəsişməsində yerləşən Sarısu gölü də məcrasından çıxıb. Gölün ətrafında yerləşən 5 kənddə təhlükəli vəziyyət yaranıb. Mil-Muğan kollektorunda suyun səviyyəsi artdığından Sarısu gölündəki su Saatlı və İmişli rayonu istiqamətində axmağa başlayıb. Əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə İmişli və Saatlının 7 kəndinin əhalisinin evakuasiyasına başlanılıb. Ən təhlükəli vəziyyət isə məcburi köçkünlərin məskunlaşdığı və gölün 12 kilometrliyində yerləşən Nərimankənd kəndində müşahidə edilməkdədir.
Respublika Prezidenti və bütün müvafiq strukturların rəsmiləri də hadisə yerində olub, əhalinin vəziyyəti ilə maraqlanıblar. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bağlanan Qazıməmməd-Bəhramtəpə yolunda hərəkət bərpa olunub. Yol ötən gün səhər saatlarından açılıb. Hələlik həmin yolda yalnız iritutumlu maşınların hərəkətinə icazə verilir.
"Kürün daşması nəticəsində su basmış ərazilərdə vəziyyət getdikcə stabilləşir. Yəqin ki, yaxın bir neçə saat ərzində Kürün dağıtdığı ikinci bənddə suyun axını tam dayandırılacaq", - deyə daxili işlər naziri Ramil Usubov bildirib.
R. Usubov fəlakət bölgəsində ölüm hadisəsi qeydə alınmadığını deyb.
"Kürün deltasının lildən təmizlənməsi prosesində müsbət nəticələr var". Bunu isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir Neftçala ərazisində Kürün deltasına baxış keçirdiklərini, Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisinin orada işlədiyini bildirib: "Çayın dənizə tökülən hissəsində lildən təmizləmə işləri aparılır. İki gün əvvəl orda olan mayakın ətrafı suyun içində idi. Amma bu gün görülən işlər artıq müsbət nəticələr verib".
Nazir Şirvan şəhərinin Bayramlı qəsəbəsində Kürün dağıtdığı bənddə bərkitmə işlərinin tam başa çatdığını deyib: "Özünüz də görürsünüz ki, əvvəllər su basan ərazilərdə indi su durulub. Bu o deməkdir ki, artıq ora su axmır. Mürsəlli kəndində uçan bənd iki saat əvvəl bağlandı. Orda bəndin bərkidilməsi işləri gedir. Yaxınlıqdakı evlərdən, aparılan müşahidələrdən də görünür ki, suyun səviyyəsi 1 metr yarıma qədər düşüb. Artıq əhalinin yaşadığı yerlərə, əkin sahələrinə, örüş yerlərinə su axmır. Görülən işin ilkin nəticəsi tam qənaətbəxşdir".
K.Heydərov başqa təhlükələrin olmaması üçün tədbirlərin görüldüyünü də açıqlayıb: "Yəqin ki, bu gündən başlayaraq çadır şəhərciklərində yerləşdirilən əhalini öz evlərinə köçürəcəyik. Bunlar iki-üç gün əvvəl köçürülən, evlərini su basmamış sakinlərdir. Su basan evlərdə, həyətlərdə isə bu gündən etibarən Fövqəladə Hallar Nazirliyinin su nasosları suyu çəkməyə başlayacaq, Səhiyyə Nazirliyinin əməkdaşları orda antisanitariya işləri görməlidir. Hər hansı xəstəliklərin yayılmaması üçün lazımi addımlar atılmalıdır. Proses bu gündən başlayıb. Sevindirici haldır ki, qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldıra bildi. Bizi daha çox sevindirən isə insan tələfatının olmamasıdır. Vəziyyət stabildir. Açılan bəndlərin hamısı bağlanıb. Vəziyyətin stabil olduğunu söyləmək olar. Bununla belə, təhlükəsizlik tədbirləri davam etdirilir, bundan sonra da ediləcək".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan aldığımız məlumata əsasən, mayın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.
Daşqınların başvermə səbəblərinə gəlincə, hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Başlıca səbəb kimi çayın əsas məcrası olan Ana Kürün lillənib suyu dənizə buraxmaması göstərilir. Kür Xəzərə yalnız şimal-şərq qolu və ona paralel qazılan kanallar vasitəsilə tökülür. Başqa sözlə, Kürə gələn su Kürdən çıxan sudan çoxdur. Ona görə də şişmə əmələ gəlir, səviyyə artmağa başlayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanovun sözlərinə görə, hələ fevralın 17-dən bolsululuq dövründə, yəni aprel-iyun aylarında yağışlar və qarın əriməsi nəticəsində Kür çayının mənsəbində bəndlərin hündürlüyünün artırılmasının zəruri olduğu barədə xəbərdarlıq edilib: "Aprel ayında qarın yağması nəticəsində dağlarda qar ehtiyatları normadan artıq oldu. Həm Azərbaycan, həm də Gürcüstanda leysan yağışlar da həddən artıq oldu. Bunun nəticəsində Araz su anbarında suyun səviyyəsi maksimal həddən (776 m) 36 sm. yüksəkdir. Onlar həmin suyu aşağı buraxmalıdırlar. Mingəçevir su anbarında isə suyun səviyyəsi 82,37 sm-ə çatıb. Başqa sözlə, maksimal səviyyəyə (83 m) çatmağa cəmi 63 sm qalıb. Bütün bunların nəticəsində Kür çayına çoxlu su gəlib, çayın isə suburaxma qabiliyyəti xeyli azalıb. Beləliklə, bəndlər dözməyib və subasma halları baş verib".
E. Sultanov deyib ki, vəziyyətdən əsas çıxış Kürün lilini təmizləmək üçün kompleks tədbirlər həyata keçirmək və sahilboyu qoruyucu bəndləri möhkəmləndirməkdir: "Ana Kür mütləq təmizlənməlidir. Hazırda Bankə qəsəbəsində suyun səviyyəsi dənizlə müqayisədə 2,5 metr yüksəkdir. Əgər lil təmizlənsə, su dənizə gedəcək. Əvvəllər Kürün məcrası lillə tutulmayana qədər saniyədə 2000 kub/metr su keçəndə də subasma halları baş vermirdi. Amma indiki halda məcranın suburaxma qabiliyyəti xeyli azaldığından saniyədə 1500-1700 kub/metr su keçəndə görün nə problemlər yaranır. Lilin təmizlənməsi xeyli çətin prosesdir. Ən azı 5-6 km əraziyə ekskavatorları töküb Kürün məcrasını mexaniki yollarla açmaq lazımdır. Bu, xeyli böyük vəsait tələb edir".
Mərkəzin direktoru deyib ki, Kür çayında baş verən daşqınlar Xəzər dənizinin səviyyəsinin artmasına hər hansı təsir etməyib. Xəzərin su balansının qorunmasında əsas rolu Volqa çayı oynayır. 1995-ci illə müqayisədə Xəzər dənizinin səviyyəsi əksinə, yarım metr aşağı enib
Məlumat üçün bildirək ki, Şirvan şəhərində artıq 200-ə qədər çadır qurulub. YAP-ın Şirvan Şəhər Təşkilatının sədri Əbdülhəsən İbrahimov şəhərcikdə 1600 nəfərin qeydiyyata alındığını deyib. Onun sözlərinə görə, çadır şəhərciyindəki vətəndaşlar Sabirabad rayonunun 9 kəndindəndir.

Gülər Kərimli.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.