Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Meyvə qıtlığı gözlənilir

26.05.10 - 20:11563 baxılıb

Bu isə bazarlarda qiymət artımı ilə nəticələnə bilər

Bu il yağışların intensiv yağması bitkilərin çiçəklənmə və tozlanma dövrünə təsadüf etdiyindən mayalanma prosesinə ciddi təsir edib. Bu, bitkilərlə yanaşı, torpağa da böyük ziyan vurub. Suyun səviyyəsinin artması torpaqda suxur sularının qalxmasına səbəb olur. Nəticə etibarilə torpaqlarda şoranlılıq artır.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda 9 iqlim mövcud olduğundan hava şəraitinin bölgələrə təsiri müxtəlifdir. Çiçəklənmə-mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacağı, məhsuldarlığın aşağı düşəcəyi proqnozlaşdırılır. Mütəxəssisin sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsindən ən çox ziyanla üzləşən cənub bölgəsi, dağlıq və dağətəyi rayonlar olacaq. Çünki bu ərazilərdə çiçəklənmə dövrü yeni başlamışdı. Abşeron yarımadasında da bəzi meyvələrə təsir olacaq. Ümumilikdə isə Abşeron və Aran vəziyyətdən nisbətən yaxşı çıxacaq. Çünki bu bölgələrdə tozlanma artıq başa çatıb.

V. Məhərrəmov qıtlığın qiymətlərə təsirsiz ötüşməyəcəyini istisna etmədi. Amma onu da bildirdi ki, qiyməti iki amil - tələb və təklif müəyyənləşdirir. Son vaxtlar Azərbaycan bazarına meyvə əsasən Türkiyədən, İrandan, Çindən, Hindistandan gətirilir. "Qiymət bu ölkələrdə hava şəraitinin meyvə üçün nə dərəcədə münbit olmasından və məhsuldarlıqdan asılıdır".
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Sabir Vəliyev isə bildirdi ki, Aran zonasında alça, şaftalı, gilas və ərik kimi meyvələrin qıt olacağı gözlənilir: "İndi çəyirdəkli meyvələrin tozlanma dövrüdür. Lakin qeyri-sabit hava şəraiti tozlanma prosesini çətinləşdirir".
Havanın yağışlı və soyuq keçməsi əkin işlərinin də aparılmasına mane olur. Yağış payızlıq əkinlərin inkişafına, yazlıq əkinlərə başlanmasına, biçinə böyük ziyan vurub. Belə vəziyyət bütün respublikanı əhatə edib.
Nazirliyin sözçüsünün bildirdiyinə görə, yağışlar taxılçılığa ciddi təsir göstərməyəcək. Azərbaycanda 908 min hektardan çox taxıl əkilib. Cəmi 5-10 min hektara sel suları dəyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən leysan nəticəsində məhv olmuş taxıl sahələrinin həcmi müəyyənləşdirilir. Ümumilikdə isə bu il respublikada 2 milyon tondan çox taxıl tədarükü proqnozlaşdırılıb: "Taxıl üçün ən əlverişli hava bu qış keçdi. Ötən il hər hektardan 26,5 sentner taxıl əldə olundu, bu il isə 27 sentnerdən artıq məhsul götürüləcək".
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı, Emalı və Ərzaq Ehtiyatlarının Dövlət Tənzimlənməsi Şöbəsinin baş məsləhətçisi Rövşən Əliyevin sözlərinə görə: Aran zonasında yazlıq əkinlər-qarğıdalı, günəbaxan və sair, şimal bölgəsində isə meyvə bağları böyük zərər çəkib.
Daşqınlar zamanı fermerlərə ciddi ziyan dəyib. Onlara dəymiş ziyanın məbləği tam hesablanmayıb. Kənd Təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, təhlükə tam aradan qaldırılandan sonra ziyan hesablanacaq və fermerlərə kompensasiya ödəniləcək.
"Hardasa 51 min hektar əkin sahəsi su altında qalıb. Bundan təxminən 21500-ü taxıl, 22200-ü yonca sahələridir. Qalanı tərəvəzdir. Təxminən 126 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvan, 30 min quş məhv olub. Bunlar ilkin məlumatlardır. Ziyana düşmüş fermerlər kompensasiya almalıdır və alacaqlar", - deyən nazir Prezident İlham Əliyevin bununla bağlı müvafiq göstəriş verdiyini bildirib.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.