Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Milli Məclisin yaz sessiyası başa çatsa da, deputatlar iyun ayında növbədənkənar sessiya çağırıblar. Artıq sessiyada müzakirə ediləcək məsələlərdən biri məlumdur. Parlament çoxdandır gözlənilən Hərbi Doktrina layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. İyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyada 2010-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarıla bilər. Bununla bağlı suallarımızı Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadəyə ünvanladıq.
- Ziyad müəllim, maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında 2010-cu ilin büdcəsinə dəyişikliklərin istisna olunmadığını bildirib. Siz bu barədə nə düşünürsünüz? - Əvvəla qeyd edim ki, Azərbaycan iqtisadiyyatında dinamik sürət, inkişaf güclənməkdədir. İlin birinci rübü də artıq müsbət meyillərdən xəbər verir. Büdcə daxilolmalarında da artım var. Dövlət büdcəsi profisitlə icra olunmaqdadır. Eyni zamanda bildiyiniz kimi, ölkədə son günlər yaranmış təbii fəlakətlə əlaqədar olaraq çox ciddi işlər görülür. Onun vurduğu zərərin miqdarı hazırda müəyyənləşdirilir. Həmçinin qeyd edim ki, sözügedən təbii fəlakət zonasında yaşayan əhalinin sosial müdafiəsini gücləndirmək üçün Baş nazirin sədrliyi ilə müvafiq Dövlət Komissiyası yaradılıb. Çox güman ki, təbii fəlakət zonasında baş verənlər köklü surətdə təhlil ediləcək və bu baxımdan, görünür, bir sıra istiqamətlərdə də əlavə vəsaitlərə ehtiyac yaranacaq. Təbii, bu vəsaitləri də təcili surətdə ayırmaq lazımdır ki, dəymiş zərərlərin nəticələrini tezliklə aradan qaldırmaq mümkün olsun. Hesab edirəm ki, büdcəyə dəyişikliklərin nəzərdə tutulması da düşünülmüş addımlardır. Yəni büdcəyə dəyişikliklər elə-belə nəyinsə xatirinə edilmir. Reallığı obyektiv qiymətləndirən ölkə başçısı, Azərbaycan hökuməti yəqin ki, 2010-cu il üçün təsdiq edilmiş büdcə parametrlərində dəyişikliklər edəcək... - Bu yöndə parlamentə konkret təkliflər daxil olubmu? - Təkliflər daxil olmayıb, amma hazırda təbii fəlakət bölgəsində Dövlət Komissiyası işləyir və öz hesablamalarını aparır. Bu baxımdan, yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək. - Büdcəyə dəyişikliklər edilərsə, bu həm də büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqlarının, eyni zamanda pensiyaların artımına gətirib çıxara bilərmi? - Onsuz da əməkhaqları bu il ərzində artacaq. Bunu cənab Prezident özü bəyan edib. Ancaq bu gün əsas məsələ təbii fəlakətlə bağlı dəymiş ziyanın obyektiv qiymətləndirilməsi məsələsidir. Dünyanın bütün ölkələrində, demək olar ki, bu cür təbii fəlakətlərə rast gəlmək mümkündür. Ancaq Azərbaycan hökuməti bütün bu çətinliklərə baxmayaraq, öz büdcəsinə dəyişiklik etməyi nəzərdə tutur. Düzünü desəm, mən indiyədək mətbuatda rast gəlməmişəm ki, hansısa ölkə öz büdcəsinə yenidən baxmaq istəyir. Lakin Azərbaycan hökuməti təcili qabaqlayıcı tədbirlər görmək, gələcəkdə belə hadisələrdən dəyən zərəri minimuma endirmək üçün büdcəyə baxmağı nəzərdə tutur. - Yeri gəlmişkən, iqtisadçı-deputat həmkarlarınız dəfələrlə Büdcə Məcəlləsinin hazırlanması və qəbul olunması təklifi ilə çıxış ediblər. Bu sahədə də hansısa addımların atılması gözlənilirmi? - Bilirsiniz, hər bir məsələnin öz vaxtı var. Dünyanın əksər ölkələrində Büdcə Məcəlləsi yoxdur. Büdcə sistemi ilə bağlı bu gün Azərbaycanın çox kamil, təkmil qanunları var və o qanunlar bizə beynəlxalq standartlara uyğun büdcə tərtibatını aparmağa imkan verir. Təbii ki, bütün qanunların bir sənəddə toplanması vacib məsələdir, amma bunun üçün həm vaxt lazımdır, həm də ayrı-ayrı qanunların fəaliyyət mexanizmini dərindən araşdırmaq gərəkdir. Bir sözlə, bunları araşdırmalı, ümumiləşdirmələr etməli və son qərar verməliyik. Yəni bu baxımdan mən gələcəkdə belə bir məcəllənin qəbulunu da istisna etmirəm. - Millət vəkilləri tərəfindən həm də "Maliyyə nəzarəti haqqında" qanunun qəbul olunması yönündə israrlı təklif və tələblər səslənməkdədir... - "Maliyyə nəzarəti haqqında" da qanunun qəbulu vacib məsələlərdəndir. İndi mən dəqiq deyə bilmərəm, bu məsələ qanun şəklində öz həllini tapacaq və ya qəbul edilmiş qanunlara dəyişikliklər olunacaq. Ancaq onu dəqiq bilirəm ki, bu yöndə əlimizdə kifayət qədər hüquqi mexanizm var. "Hesablama Palatası haqqında", "Büdcə sistemi haqqında", "Dövlət satınalmaları haqqında" qanunlar var, həmçinin bu yöndə digər icra mexanizmləri ortalıqdadır. Təbii ki, biz təzədən yeni orqanlar yaratmaq fikrində deyilik. Bizim fikrimiz ondan ibarətdir ki, qəbul edilmiş qanunların şəffaflığı təmin edilsin. Ancaq mən hələlik qəbul edilməsi gözlənilən "Maliyyə nəzarəti haqqında" qanunun strukturunu özüm üçün müəyyən edə bilməmişəm. Ya gərək qanunlar yığışıb bir yerdə olsun, ya da yeni qanun qəbul edilsin. Bununla yanaşı, bir daha qeyd edirəm, bu gün Hesablama Palatasının əlində kifayət qədər səlahiyyət var ki, istənilən dövlət müəssisəsini, büdcədən maliyyələşən təşkilatı yoxlasın, öz təkliflərini versin, bu təklifləri inzibati orqanlara göndərsin. Lakin Büdcə Məcəlləsinin qəbuluna ehtiyac var. Bunun üçün də gərək müəyyən hazırlıq işləri aparılsın.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.