Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Turistlərin darıxmağa vaxtı qalmayacaq

21.06.10 - 10:38374 baxılıb

Qışın qurtarmasını həsrətlə gözləyirdik. "Bircə yay gəlsəydi canımız qızardı", -deyirdik. Bu da yay. Günəşin istisindən başımızı evdən bayıra çıxarmağa qorxuruq. Hamımız meşə, dəniz həsrəti ilə dincəlməyə məkan axtarırıq. Xüsusilə paytaxt sakinləri üçün ən münasib istirahət zonası Nabran sayılır. Nabranda da, digər turizm şirkətlərinin sahibkarları inciməsin, cibə ən uyğunu həmkarlar ittifaqlarının istirahət bazalarıdır.

Cibə uyğun deyəndə, bəziləri düşünə bilər ki, necə deyərlər, "ucuz ətin şorbası olmur". Yox, həmkarlar ittifaqları işçilərin təşkilatı olduğuna görə, yollayışları da üzvlərinə minimum qiymətlə satmağı missiya borcu bilir. Biz oxuculara təqdim etdiyimiz materialı reklam xatirinə yazmadıq. Sadəcə, həmkarlar ittifaqlarının Nabrandakı istirahət ocaqlarına getməyi planlaşdıran insanları onları orada nələr gözlədiyi barədə məlumatlandırmaq istədik. Bu məqsədlə Respublika Turizm və Ekskursiyalar Şurasının sədri Fikrət Nuriyevlə, "BakıTur" Turizm Agentliyinin direktoru Fayis Məmmədovla görüşüb söhbətləşdik.
F. Nuriyev:
- Turizm, bilirsiniz ki, Azərbaycanda mövsümi xarakter daşıyır. Əsasən yay aylarında fəaliyyətdə olur. Amma biz mövsümə hazırlığa payız aylarından başlayırıq. Hazırlıq işləri deyəndə, mən təbliğat, yəni reklam kampaniyasını, müxtəlif təşkilatlarla müqavilələrin bağlanmasını nəzərdə tuturam. Konkret olaraq "Xəzər" turist bazasında mövsümlə bağlı təmir-bərpa işlərinə hələ ilin əvvəlindən start verilmişdir. Bu da onunla bağlıdır ki, "Xəzər" hardasa təxminən 40 ilə yaxındır fəaliyyətdədir. Bəzi tikililər, qurğular, avadanlıqlar istismar müddətini bəlkə də çoxdandır başa vurub. Yəni problemləri kifayət qədərdir.
- Bu problemləri aradan qaldırmaq üçün, dediyiniz kimi, 3-4 ay bəs edirmi?
F. Məmmədov:
- Biz uzun illərdir ki, bu turist bazasının yeniləşməsi işi ilə məşğuluq. Ona görə də turistlər heç vaxt deyə bilməzlər ki, burada olan tikililərin, qurğuların hansınınsa 30-40 il yaşı var. Ötən il bazanın "Yaşıl şəhər" adlandırılan ərazisində nəzərəçarpan dərəcədə böyük quruculuq işləri aparmışdıq. Bu mövsüm ərəfəsində də həmin işlər davam etdirildi. Şəhərcikdəki 13 kotec rekonstruksiya olundu. Daha dəqiq desək, iki hissəyə ayrıldı. Sakinlərinin də sayı azaldıldı. Əvvəllər hər kotecdə 11 nəfər yerləşdirilirdisə, indi yalnız 9 nəfər məskunlaşacaq. Bu yenidənqurma turistlərin məişət xidmətlərinə də müsbət təsir göstərəcək. Ötən mövsümlərdə 1 hamamdan, bir ayaqyolundan 11 nəfər istifadə edirdisə, bu yay koteclərdə iki nömrə olduqlarına görə, müştərilərin ixtiyarına 2 hamam, iki ayaqyolu veriləcək. Nömrələrin biri 5, digəri 4 nəfər üçün nəzərdə tutulub. Otaqlarda mebellər təzələnib. Televizor, soyuducu quraşdırılıb. Hamamlarda isti, soyuq su daimidir. Beləliklə, 13 kotecə qəbul edəcəyimiz 123 nəfərin rahatlığı tam təmin olunacaq. Bu gün "Xəzər"də xidmət obyektləri çöldə olan bir ədəd də kotec, nömrə, otaq yoxdur.
Turistlər arasında əsas korpus kimi tanınan 28 otaqdan ibarət 4 mərtəbəli binada da otaqların vəziyyətindən asılı olaraq təmir-bərpa işləri aparılmışdır. 12 otaq əsaslı şəkildə təmir edilmişdir. 2 seksiyada, binadan kənarda kanalizasiya xətləri tamamilə dəyişdirilmişdir. 300 metr uzunluğunda yeni su xətti çəkilmişdir. İşıqlandırma sistemi də yeniləşdirilmişdir. Əvvəllər hava elektrik xətlərindən istifadə olunurdu. Lampalar ağaclardan asılırdı. İndi kabellər yerin altı ilə çəkilib. Xüsusi elektrik dirəkləri basdırılıb. Ərazi tam işıqlandırılıb. Yollarboyu, çəmənliklərdə yüzlərlə gül kolu əkilmişdir. Qeydiyyat otağının yanında turistlərin, necə deyərlər, nəfəsini dərməsindən ötrü kölgəliklər quraşdırılmışdır. Bazanın ərazisindən keçən çayın kənarında tikilmiş yarımlüks otaqların qarşısında skameykaların sayı artırılmışdır.
Yeməkxananın damının 300 kvadratmetrə qədər hissəsi çökdüyünə görə tamamilə bərpa edilmişdir. İçərisindəki dəmir su boruları plastik borularla əvəz olunmuşdur.
- Fayis müəllim, "Xəzər"də cəmi neçə yer var? Onların neçəsində şərait standartlara tam cavab verir?
- 450 yer var. Onun 300-ü həm rahatlığı, isti, soyuq su, soyuducu, televizorla təminatı baxımından ən yaxşı turist bazalarından geri qalmır. Standartlara tam cavab verməyən qalan 100 yerin, dediyim kimi, 88-i 4 mərtəbəli korpusda yerləşir. Fikrimiz var ki, gələn il korpusun 4 və 3-cü mərtəbələrini tamamilə sökək. Yenidən Avropa standartları səviyyəsində tikib növbəti mövsümdə istifadəyə verək.
- Yenidənqurmanın qiymətlərə təsiri olacaqmı?
- Bu mövsüm yollayışların qiymətini art ırmamışıq. Baxmayaraq ki, respublikada inflyasiya, statistika idarəsinin rəsmi məlumatına görə, 6 faiz təşkil edib. Amma 4 mərtəbəli binada təmiri dediyim səviyyədə apara bilsək, qiymətləri artırmaq məcburiyyətində qalacağıq.
- Artım hissediləcək dərəcədə ola bilərmi?
- Məncə, yox. Mən qiymət artımı ehtimalını ona görə istisna etmirəm ki, söhbət Avropa standartlarından gedirsə deməli işıq, su və sair məsrəfləri də artacaq. Əlavə xidmət personalları işə götürüləcək… Bunların hamısına çəkilən xərc, təbii ki, yollayışın haqqında öz əksini tapmalıdır.
- Mövsüm nə vaxt başlayır və neçə gediş olacaq?
F.Nuriyev:
- "Xəzər" artıq iyunun 1-dən ilk turistlərini qəbul edib. Amma mövsümün kütləvi açılışı iyunun 21-nə planlaşdırılıb. Artıq "Yaşıl şəhərciyə", 4 mərtəbəli binaya yollayışlar satılıb. Mövsüm sentyabrın 4-5-nə kimi davam edəcək.
- Müştəri sarıdan qıtlıq olmayacaqmı?
- Əksinə, böyük axın olacağı gözlənilir. Çünki hava proqnozları göstərir ki, bu yay havalar çox isti keçəcək. Xüsusilə şəhərlərin və aran rayonlarının əhalisi istilərdən qorunmaq üçün əsasən Nabrana üz tutacaqlar. Turistlərin Nabrana üstünlük verəcəyini yəqinləşdirən amillərdən biri də şimal istiqamətində gedən yolların əla vəziyyətdə olmasıdır.
- Turistlərin sağlamlığı və təhlükəsizliyinin qorunması və darıxmaması üçün hansı tədbirlər həyata keçiriləcək?
F.Məmmədov:
- "Xəzər"ə turistlərin bir hissəsi 15, bir hissəsi 18 günlüyə gəlir. Təbii ki, turistlərin bu müddətdə gününü xoş keçirməsi üçün proqram hazırlanmalıdır. Biz belə proqramları hələ mövsüm başlamamışdan qabaq, bütün yaş qruplarının marağını nəzərə almaqla hazırlayırıq. Proqrama turistlərin bölgənin səfalı, tarixi yerlərinə ekskursiyaya aparılması, mədəni-kütləvi tədbirlər, idman yarışları və sair daxil olunur. Müsabiqələrdə, yarışlarda, viktorinalarda qalib gələnlərə bazanın Fəxri fərmanları, mükafatlar verilir. Qaldı türistlərin mühafizəsinə dair sualınıza, bildirirəm ki, bu, bizim daim diqqətdə saxladığımız vacib məsələlərdən bəlkə də birincisidir.
Biz Xaçmaz Rayon Polis İdarəsinin Yalama bölməsi ilə yaxından əməkdaşlıq edirik. Əgər hər hansı bir hadisə baş verərsə, onlar dərhal məlumatlandırılırlar. Bundan başqa, hər bir bazaya xüsusi polis nəfəri təhkim olunub. Biz bazanın ərazisində onları yerlə də təmin etmişik. Üstəlik özümüzün də təhlükəsizlik strukturumuz var.
- Biz söhbətimizi, deyəsən, bütünlüklə təkcə "Xəzər" üzərində qurduq...
F.Nuriyev:
- "Xəzər"də aparılan bərpa, yenidənqurma işlərini "Dostluq", "Bakı Tur" turist bazalarına da aid etmək mümkündür. Adlarını çəkdiyimiz bazalar eyni strukturda birləşdiklərinə görə hər birinə eyni dərəcədə doğma münasibət bəslənilir. Təmir-bərpa işləri hər üç bazada yüksək səviyyədə aparılıb. Bunu yəqin ki, turistlərimizin özləri də təsdiq edəcəklər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.