Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Həkimlər avqustun sonuna kimi səhhətində problemi olan insanları ehtiyatlı olmağa çağırır
İyul ayında şiddətli istilərin müşahidə olunması səhhətində problemləri olan insanların sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Xüsusilə də metereohəssas insanlar özlərini narahat hiss etməyə başlayırlar. Eyni zamanda qızmar günəş şüaları altında günorta saatlarında dayanan sağlam insanların da səhhətində müəyyən fəsadlar yaranır. İyul ayının 7-dən havanın temperaturunun daha da kəskinləşməsi isə insanlar arasında günvurma hallarının artmasına səbəb olub. İndiyədək təkcə paytaxtda 80-dən çox insan günvurma diaqnozu ilə həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, onların təxminən 20-sinin səhhətində ağırlaşma müşayiət edildiyinə görə, xəstəxanada yerləşdiriliblər.
Ümumiyyətlə, bu yay mövsümündə havaların temperaturunun normadan artıq olacağı proqnozlaşdırılır və orta temperaturun 40-42 dərəcə olacağı gözlənilir. Bu isə insanların sağlamlığı üçün problemlərin yarana biləcəyini söyləməyə əsas verir. Artıq həkimlər insanları günvurmadan qorunmaq üçün müvafiq tövsiyələrə riayət etməsini məsləhət görürlər. Kardioloq-terapevt Eldar Kamranov bildirir ki, isti havalarda ürək-damar xəstəliklərinin kəskinləşməsi daha çox qeydə alınır. Orqanizm yayın bürküsünə son dərəcə ağır reaksiya verir ki, bu da bədəndəki suyun itməsinə səbəb olur. Belə vəziyyətdə daim su qəbul etmək vacibdir. Ümumiyyətlə, hazırkı hava şəraitində risk qrupuna aid olan insanlar, yəni ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, çəkisi artıq olanlar, ağır fiziki işlərə öyrəşməyən insanlar günəşli havadan uzaq olsa məsləhətdir. Bu qrupa aid olanlar müəyyən vaxtlarda, məsələn, saat 11.00-dan 18.00-dək günəşli havaya çıxmasa məqsədəuyğundur. Onlara tövsiyə olunur ki, özləri ilə validol, təzyiq endirən başqa preparatlar gəzdirsinlər. Bəs günvurmanın əlamətləri hansılardır? Həkimlərin bildirdiyinə görə, günvurmanın əlamətləri özünü dərhal büruzə vermir. Günvurma günəş şüalarının təsiri nəticəsində orqanizmdə susuzluğun kritik həddə çatması və hərarətin kəskin şəkildə yüksəlməsidir. Bu, başağrısı, hiperemiya (dəridə qızarma), başgicəllənmə, halsızlıq, bayılma halları ilə müşahidə olunur. Günvurma qızdırma, davamlı olaraq tərləmə, qusma ilə müşayiət edilir. Gün vuran insanı kölgəyə gətirmək, alın və döş nahiyəsini nəm mələfə ilə kompres etmək və sərin su vermək lazımdır. Günvurma davamlı şəkildə müalicə olunmasa pis fəsadlarla nəticələnir və sinir sisteminin pozulmasına səbəb olur və əgər vaxtında tədbir görülməzsə, bu hal ölümə də səbəb ola bilər. Ona görə də bu cür havalarda gün ərzində çoxlu su və maye qəbul etmək lazımdır. Əgər insan orqanizmi adi günlərdə sutka ərzində 2-2,5 litr maye ifraz edirsə, isti havalarda bu, 4 litrə çatır. Ona görə də daha çox su içmək məsləhətdir. İstilərdə ən yaxşı maye isə yaşıl çay hesab olunur. Onun tərkibindəki zəngin vitaminlər qan-damar sisteminə yaxşı təsir göstərir. Eyni zamanda yaşıl çay insanları ultra bənövşəyi şüalardan qoruyur. Gün ərzində 3-4 fincan qəbul etmək məsləhət görülür. Bundan başqa, həkimlər ayran, kefir, yoqurt, süd içməyi də məsləhət bilir. Kvas də xeyirli hesab olunur. Bu içki də ürək-damar və sinir sisteminin fəaliyyətinə kömək edir. İsti havalarda insanlar arasında ciddi iştaha pozğunluğu halları da baş verir. Ona görə də az da olsa tərkibində zülal, yağ, karbohidratlarla zəngin olan qidaların qəbul edilməsi məsləhətdir. Bundan başqa, meyvə-tərəvəz qəbulunu artırmaq lazımdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.