Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Maraqlıdır, həmin çimərliklərə buraxılış pullu olmalıdırmı? Çimərliyə daxil olmaq üçün tələb olunan bir-birindən fərqli rəqəmlər hansı əsasla müəyyənləşdirilir? İmkanı olmadığı üçün bu çimərliklərdən istifadə edə bilməyən və müvafiq qurumlar tərəfindən çirklənmiş elan edilən çimərliklərə gedən vətəndaşlar hansı xəstəliklərə yoluxa bilər? Bunun məsuliyyətini kim daşıyacaq? Hələ də açıq qalan bu kimi suallara aydınlıq gətirmək üçün qısa bir araşdırma apardıq. Məsələyə münasibət bildirən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, çimərliklərə giriş üçün pul tələb olunması qanunsuzdur: "Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, şəhər ətrafında Xəzər dənizinə giriş pulsuzdur. Əgər kimsə dəniz sahilinə giriş üçün vətəndaşdan pul tələb edirsə, qanunu pozmuş olur. Həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır. Yalnız duş kabinələri, sahil çarpayıları kimi xidmətlərə görə sahibkar pul ala bilər. Amma departament çimərliklərdə bu kimi xidmətlərin qiymətinin tənzimlənməsinə müdaxilə edə bilmir". Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şöbə müdiri Zirəddin Kazımov bildirir ki, bu il aparılan monitorinqin nəticəsinə görə, Səbayel rayonu ərazisində yerləşən çimərliklərə, o cümlədən Qaradağ rayonu və Sahil qəsəbəsində olan çimərliklərə daxil olmaq qadağan edilib: "Çünki həmin çimərliklərdə bağırsaq çöplərinin miqdarı normadan artıqdır. Bu barədə bütün aidiyyəti dövlət orqanlarına müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi bununla bağlı məlumatlandırılıb. Bu qərarların surəti isə bütün sahibkarların diqqətinə çatdırılıb. Bağırsaq çöpləri normadan artıqdırsa, bu, mədə- bağırsaq xəstəliklərinin yayılması üçün real mənbədir. Amma o çimərliklərdən istifadənin qarşısını almaq səlahiyyətinə malik deyilik". Həkim Adil Qeybulla isə hesab edir ki, çimərliklər təkcə bağırsaq çöplərinin miqdarına görə deyil, həm də orada ayrı-ayrı tullantıların olması səbəbindən orqanizm üçün zərərlidir: "Çirkli suların dənizə axıdılması, eyni zamanda müəyyən çürümə halları da dəniz suyunda təhlükəni artırır. Çimərlik suyu ilə birinci növbədə dəri təmasda olduğu üçün ilk təsirini də dəriyə göstərir. Çimərlklərdə dənizin dibi də araşdırılmalıdır. Lakin təəssüf ki, əksər çimərliklər bu gün istirahət yox, xəstəlik və ya gəlir mənbəyinə çevrilib". Hüquqşünas Müzəffər Baxışov isə çimərliklərin sahibkarlara yalnız icarəyə verildiyini bildirdi: "Əslində onların icarəyə verilməsinin özündə də müəyyən məhdudiyyətlər var. Apardığımız qısa araşdırma göstərdi ki, həmin sahibkarların əksəriyyətinin heç icarə müqavilələri də yoxdur. Sadəcə həmin şəxslərin bəziləri o hissələri zəbt edərək fəaliyyət göstərir. Amma müəyyən dairələr tərəfindən himayə olunduqları üçün onlara toxunmurlar. Əslində isə həmin çimərliklərə giriş pullu ola bilməz. Yalnız bir halda həmin ərazilərə girişdə məhdudiyyətlər tətbiq oluna bilər. Bu da dövlətin təhlükəsizliyi üçün. Yəni sərhəd mühafizəsi, hərbi obyektlərin yerləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Belə məhdudiyyətlərin tətbiqi isə qanunla əsaslandırılmalıdır". Hüquqşünas hesab edir ki, həmin torpaqlar hər hansı hüquqi və ya fiziki şəxsin mülkiyyətində olmadığına görə, onlar tərəfindən vətəndaşların çimərliklərə girişinin qadağan edilməsi yolverilməzdir: "Həmin sahibkarlar hər hansı çimərliyə pulla giriş qaydası müəyyənləşdirə bilməzlər. Deməli, baş verənlər qanunsuz hallardır. Çimərlik sahibləri yalnız göstərilən xidmətlə bağlı bu və ya digər şəxslərdən pul tələb edə bilərlər. Belə xidmətlərin haqlarına görə isə Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlara qəbzlər verilməlidir. Lakin reallıqda bu kimi qanunsuzluqlar davam etdirilir". M.Baxışov bildirdi ki, çimərliklərdə məhdudiyyətlərlə üzləşən vətəndaşlar həmin şəxsləri məhkəməyə verə bilər: "Məhkəmə yolu ilə həmin sahibkarların qanunsuz fəaliyyətinə son qoyulmasını tələb edə bilərlər. Sadəcə respublikamızda vətəndaşlar qanun pozuntuları ilə barışıblar. Hətta daha kobud qanun pozuntusu ilə üzləşən insanlar da məhkəmələrə müraciət edərək öz haqlarını bərpa etmək istəmirlər".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.