Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yersiz süründürməçilik və qeyri-rəsmi ödənişlər həmin vətəndaşların min bir əziyyətlə yetişdirdiyi məhsulu satmaqdan imtina etməsi ilə nəticələnir.
Bununla bağlı araşdırmalar aparan Azərbaycan Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, bəzən də yerli məhsulu bazara, yarmarkaya çıxaran kənd adamına onu satmağa imkan vermirlər: "İstehsal etdiyi məhsulu satmaq istəyənlər yersiz sorğu-suala tutulur. Bu cür təzyiqlərə məruz qalan həmin şəxslər məhsulu alverçilərə dəyər-dəyməz qiymətə satır. Alverçilər də öz qiymətlərini üzərinə qoyub baha satırlar". Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin Şöbə müdiri Sabir Vəliyev dedi ki, “Kənd adamlarına iri şəhərlərdə mal və məhsullarının satışını genişləndirmək üçün imkan yaradılmalıdır. Bu işdə isə onlara "Azərsatıştədarük" adlı yeni bir qurum yaratmaqla kömək etmək olar. Əvvəllər fəaliyyət göstərmiş bu qurum meyvə-tərəvəz məhsullarının satışı, emalı və tədarükü sahəsində müəyyən təcrübəyə malikdir. Onlar müvafiq nazirliklərin dəstəyi ilə meyvə-tərəvəzin kəndlə şəhər arasındakı qiymət fərqini aradan qaldıra bilərlər”. Şöbə müdiri onu da qeyd etdi ki, kənd təsərrüfatına aid dövlət qurumları birləşdirilməlidir: "Bu qurumların hamısı kompleks şəkildə birləşməlidir, həmin qurumun adı Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi olmalıdır. Dünyanın əksər ölkələrində, o cümlədən Ukrayna və Belarusda bu qurumlar bir inteqral, bir vəhdət təşkil edir. Ərzaq məhsullarının istehlakı, satışı və digər problemlər də bu qurumda həllini tapa bilər. Ötən il Azərbaycan fermerləri 3 milyon ton taxıl istehsal etdi, amma məhsulu maya dəyərinə belə sata bilmədilər. Məsələn, BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) tövsiyəsinə görə, hər bir ölkə istehlak olunan taxılın 17 faizini ehtiyat fondunda saxlamalıdır. Bu rəqəm Azərbaycanda ötən il 270 min ton təşkil edirdi. Biz isə ötən il cəmi min ton taxıl ehtiyat fondu yaratdıq. Çünki dedilər ki, taxıl keyfiyyətsizdir, standartın tələblərinə cavab vermir. Nazirlər Kabineti isə bir qərar qəbul edib ki, orada taxıl əmtəəlik məhsula aiddir. Xammal istehsalçısı bu tələbi təmin edə bilmir. Çünki fermer taxılı xammal kimi istehsal edir. Amma Nazirlər Kabinetinin qərarında toxumun ayrılması belə nəzərdə tutulmayıb. Xammal istehsal edən fermer toxum seçmək üçün qurğu almaq və ya taxılı bir neçə yüz kilometr daşıyaraq bazarlara çatdırmaq imkanında deyil. Ötən il Azərbaycanın yalnız bir neçə rayonunda - Kürdəmirdə, Tovuzda, Gəncədə ehtiyat fonduna taxıl qəbul edirdilər. Amma 60 rayonda taxıl istehsal edilir. Həmin rayonlardan fermerlər min tonlarla taxılı bu üç məntəqəyə necə gətirməli idi? Fermerlərin bu qədər nəqliyyat vasitələri yoxdur. Eyni zamanda yollarda nə qədər maneələr, əngəllərlə rastlaşırlar. Bu maneələr isə məhsulun maya dəyərinə əlavə edilir və qiymətini bahalaşdırır". S.Vəliyevin sözlərinə görə, Azərbaycanda elə kənd təsərrüfatı məhsulları var ki, əhalinin tələbatından üç dəfə çox istehsal olunur: "Məsələn, tərəvəz, kartof, bir çox bostan bitkiləri tələbatdan çox istehsal edilir. Burada ixrac potensialı artırıla bilər, fermerlərin gəlirləri çoxalar, onlarda istehsala maraq artar. Amma buna baxmayaraq, daxili bazarlarda belə, qiymətlər çox yüksək olaraq qalır. Nazirlik yerlərdə, məsələn, Lənkəran-Astara, Şəki - Zaqatala, Quba -Xaçmaz və başqa bölgələrdə monitorinqlər aparıb. Məlum olub ki, yerlərdəki qiymətlərlə bazarlardakı qiymətlər arasında bəzən 10 dəfəyədək fərq var. Birinci, məhsulun bazarlara gətirilməsi üçün yollarda ayrı-ayrı dövlət qurumları maneələr yaradır. İkinci bir problem, bazarlarda monopolistlər var və onlar kəndlini, istehsalçını bazara buraxmır. Həmin adamlar məhsulu ucuz qiymətə alır və bazarda qat-qat baha qiymətə satır. Bu səbəbdən də bütün bazarlarda tərəvəzin, meyvələrin, demək olar ki, bütün ərzaq məhsullarının qiymətləri eynidir. Hər hansı məhsul növü üzrə rəqabət şəraiti yoxdur. Bazarkomlar, yəni monopolistlər, məsələn, bütün bazarlarda pomidorun satış qiymətini 2 və ya 3 manat qoyub. Bu qiymətə isə məhsulu hamı ala bilmir və belə hallar əhalini narahat edir. Ona görə də İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İstehlak Bazarına Dövlət Nəzarəti Departamenti çox ciddi işləməlidir. Bu qurum eyni zamanda emal sənayesindən gələn məhsulların keyfiyyətinə və satışına ciddi nəzarət etməlidir. Belə nəzarət hazırda həyata keçirilmir. Hesab edirəm ki, istehsaldan başlayaraq mal mağazalara daxil olanadək nəzarət sistemi bir qurumda cəmləşməlidir və cavabdehliyi də həmin qurum daşımalıdır". S.Vəliyev bildirir ki, qiymətqoyma rəqabət şəraitində həyata keçirilməli və sərbəst olmalıdır: "Hər bir məhsulun öz çeşidi var. Keyfiyyətə görə eyni çeşidlər üzrə də qiymət müxtəlifliyi olacaq. Həm də eyni çeşid üzrə xaricdən idxal edilən məhsullar da var. İdxal məhsullarında da monopoliya olmamalıdır. Bu cür maneələr aradan qaldırılmasa, problemi birdəfəlik həll etmək mümkün olmayacaq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.