Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
1953-1960-cı illərdə nazirliyin Lənkəran, Salyan və Quba avtobazalarında mexanik, baş mühəndis və rəis vəzifələrində çalışır. Gənc mühəndis işlədiyi avtonəqliyyat təsərrüfatlarında maddi-texniki bazanın möhkəmlənməsinə və qabaqcıl təcrübənin tətbiq edilməsinə xüsusi fikir verirdi. Onun Salyan avtobazasında birgə hazırlayıb həyata keçirdiyi layihə xüsusi maraq kəsb edir. Gənc mühəndis Özbəkistan SSR-də xam pambığın məntəqələrdən pambıqtəmizləmə zavodlarına ZİS-150 yük maşınına 2 ədəd yedək qoşularaq daşındığını eşitmişdi. Bu təcrübəni daha da təkmilləşdirərək Salyan və ətraf rayonların pambıq məntəqəlrindən xam pambığı ZİS-150 avtomaşınına əvvəl 3, sonra isə 4 yedək qoşmaqla pambıqtəmizləmə zavoduna nəql edilməsinə nail oldu. Bu üsul respublikada geniş yayıldı. Müəllifləri, o cümlədən A.Muxtarov nazirliyin mükafatını aldılar. Akif müəllimin sonrakı fəaliyyəti sahə həmkarlar ittifaqı ilə bağlı olmuşdur. 1961-ci ilin əvvəllərində rabitə işçiləri, avtonəqliyyat və şose yolları fəhlələri həmkarlar ittifaqı Respublika Komitəsi rəhbərliyinin dəvəti ilə o, texniki inspektor vəzifəsinə qəbul olunmuş, 1963-cü ilin may ayında isə RK-nın katibi vəzifəsinə seçilmişdir. Həmkarlar ittifaqında işlədiyi illərdə Akif müəllim işçilərin əmək hüquqlarının qorunması, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, onların və ailə üzvlərinin mədəni-kütləvi istirahətlərinin təşkili, mənzil-məişət şəraitinin yaxşılaşması istiqamətlərində fəal iştirak etmişdir. A. Muxtarov avtonəqliyyat və yol tikinti və istismarı nazirliklərinin kollegiya iclaslarında çox ciddi məsələlər qaldıraraq sosial inkişaf proqramlarının həyata keçirilməsində yaxından iştirak edirdi. Akif müəllim Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin üzvü olduğu zaman (1968-1972-ci illər) bu ali təşkilatın bir neçə mühüm tapşırıqlarını yerinə yetirmişdir. 1986-cı ildə Avtonəqliyyat Nazirliyinin qərarı ilə rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma mərkəzi təşkil olunmuş və Akif müəllim bura direktor təyin edilmişdi. Bu mərkəz 1998-ci ilə kimi fəaliyyət göstərmiş, yüzlərlə rəhbər kadrın, mütəxəssisin ixtisasının artırılmasına nail olmuşdur. Akif müəllim təqaüdə çıxandan sonra-1999-2008-ci illərdə "Azərneftyağ" İB-də Həmkarlar İttifaqı Komitəsində baş təlimatçı və Səhiyyə Nazirliyinin təcili yardım avtobazasında hüquq məsləhətçisi vəzifələrində işləyərək öz bilik və təcrübəsini gənc həmkarlarına öyrətməkdə davam etdi. 2002-ci ildə Akif müəllimin 2 yaşlı nəvəsi bərk qorxu nəticəsində şəkərli diabet xəstəliyinə tutulur. O vaxt insulin qıtlığı mövcud idi. Akif müəllim Azərbaycan Diabet Cəmiyyəti rəhbərliyinə müraciət etdi. Orada bildirdilər ki, şəkərli diabetə tutulmuş insanlara dövlət qayğısı haqqında qanunun hazırlanması çox vacibdir və bu məsələ gündəlikdədir. Onlardan xarici dövlətlərin bu barədə milli proqramlarını aldı və diabetalogiya elmi üzrə respublikada mütəxəssis, tibb elmləri doktoru Valeh Mirzəzadə ilə birlikdə hazırlanacaq qanunun ayrı-ayrı müddəalarını işlədilər. Hüquqi məsələlərdə və sənəd hazırlanmasında təcrübə toplamış A. Muxtarov tezliklə qanunun layihəsini Milli Məclisə təqdim etdi. Bu qanun 2003-cü ilin 23 dekabrında Milli Məclis tərəfindən qəbul edildi. A. Muxtarovun əməyi həmişə dövlətimiz, sıravi insanlar tərəfindən yüksək qiymətləndirilmişdir. Elə bu yaxınlarda onun çoxsaylı mükafatlar kolleksiyasına biri də- AHİK-in "Həmkarlar ittifaqında xidmətinə görə" medalı əlavə olunmuşdur. “ÜLFƏT”
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.