Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sentyabrın 15-də orta ümumi təhsil məktəblərinə 1 milyon 342 min 498 şagird dərsə yollanacaq. Onların 123 844 nəfəri ilk dəfə dərsə gedənlər, yəni birinci sinif şagirdləri olacaq. Hesablamalara görə, ilk dəfə dərsə gedən şagirdlərin 60 faizdən çoxu köhnə vəziyyətdə olan məktəblərdə dərs keçəcək. Mütəxəssislərin fikrincə, bu amil tədrisin keyfiyyətinə mənfi təsir göstərəcək. Ümumiyyətlə, son illərdə yeni məktəblər istifadəyə verilsə də, eyni zamanda bir çox məktəb binaları əsaslı şəkildə təmir-bərpa olunsa da, orta məktəblərin əksəriyyəti yeni tədris ilini köhnə vəziyyətdəki görkəmlə başlayacaq. Məktəblərin böyük əksəriyyətində kommunal xidmətin səviyyəsi 10-15 il əvvəlkindən fərqlənmir, əksinə bir qədər də pisləşməyə doğru gedir. Xüsusilə da rayonlarda, şəhər tipli məktəblər istisna olmaqla, kənd məktəblərində kommunal xidmət növləri ilə təminat çox acınacaqlı vəziyyətdədir. Bu tədris ocaqlarında istilik sistemi, kanalizasiya, su təchizatı, elektrik enerjisinin verilişi, kommunal infrastruktur yarıtmaz haldadır. Məktəblərin yeni dərs ilinə hazırlığı ilə bağlı aparılan monitorinqin nəticələri təsdiq edir ki, onların bir çoxu tədrisə yaramır. Hətta qəza vəziyyətində olan məktəblərdə dərs keçmək bir yana, uşaqları bura buraxmaq həyat üçün təhlükəlidir. Mütəxəssislərin fikrincə, məktəblərin təmir və bərpasındakı problemlərlə yanaşı, onların kommunal xidmətlərlə təminatı da əsas çətinliklərdən biri kimi qarşıda durur. Hətta əsaslı şəkildə təmir olunmuş məktəblərin bir çoxunda da istilik və su problemi müşahidə edilməkdədir. Ümumiyyətlə, məktəblərin bir nömrəli problemi olan istilik təminatı illərdir ki, vəd olunsa da, həll olunmur. Orta məktəblərdə kommunal xidmətin səviyyəsinin aşağı olması şagirdlərin təhsildən yayınmasına səbəb olur. Bu gün kənd məktəblərində aşağı sinif şagirdləri qış aylarında istilik sisteminin olmaması səbəbindən dərslərə gəlmir. Yeni tədris ilində məktəblərin əsas problemlərindən biri də mühafizə sisteminin təşkili ilə bağlıdır. Məlum olduğu kimi 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terrordan sonra məktəblərin mühafizəsi məsələsi xüsusi olaraq Təhsil Nazirliyinin diqqətində oldu və təhsil naziri Misir Mərdanov bununla bağlı əmr imzaladı. Əmrə əsasən, hələ 2009-2010-cu tədris ilində bütün məktəblərin mühafizəsinin təşkili nəzərdə tutulub. Amma ötən tədris ilində bu sahədə ciddi nöqsanlar üzə çıxdı. Bu il də demək olar ki, rayon məktəblərində mühafizə sistemi qurulmayıb. Məktəbləri pensiya yaşında olan qocalar və yaşlı qadınlar mühafizə edir. Onlar isə məktəbə girib-çıxanlara nəzarət edə bilmir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.