Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 26-da əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında Fərman imzalamışdır. Fərmanda göstərilir ki, aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən edilsin: 1.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 45 manat; 1.2. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 40 manat; 1.3. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət: 1.3.1. şəhid uşaqlarına - 15 manat; 1.3.2. müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 10 manat.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 26-da sosial müavinətlərin məbləğinin artırılması haqqında Fərman imzalamışdır. Fərmanda qeyd olunur ki, "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 324 nömrəli Fərmanı ilə aşağıdakı sosial müavinətlərin müəyyən olunmuş məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın: 1.1. Aylıq müavinətlər: 1.1.1. yaşa görə; 1.1.2. əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə I , II, III qrup əlillərə; 1.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara; 1.1.4. ailə başçısını itirməyə görə; 1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə. 1.2. Birdəfəlik müavinətlər: 1.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün: 1.2.2. uşağın anadan olmasına görə; 1.2.3. dəfn üçün.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 27-də doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, N 9, maddə 785) ilə doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda vurğulanır ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti dekabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman imzalamışdır. Fərmanda göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.