Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ABŞ AZƏRBAYCANDA “ÇİRKLİ PULLAR”IN YUYULMASININ QARŞISINI ALMAQ ÜÇÜN MALİYYƏ KƏŞFİYYATI İDARƏSİ YARATMAĞI TƏKLİF EDİR

02.06.07 - 9:04681 baxılıb

Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transperancy İnternational") korrupsiyaya qarşı mübarizədə Azərbaycanın həyata keçirdiyi islahatları dəyərləndirsə də, bu sahədə bir sıra detalların yerinə yetirilməsinin yubanmasından narahatdır. Təşkilatın sədri Hüget Label bildirib ki, son bir neçə ildə Azərbaycan korrupsiya ilə bağlı qanunvericilik və institusional sahədə nailiyyətlər əldə edib, amma təhsil, səhiyyə, kommunal sektorda bəzi xoşagəlməz hallar davam edir.
Hüget Label təmsil etdiyi təşkilatın dünyanın 90 ölkəsində fəaliyyət göstərdiyini və əsas məqsədlərinin korrupsiya ilə mübarizə aparan dövlətlərə dəstək vermək olduğunu söyləyib. O deyib ki, korrupsiya nəticəsində "çirkli pullar" yuyulur, milyardlarla insanın həyatı məhv olur.
Bəzi dövlətlərdə banklar vasitəsilə həyata keçirilən "çirkli pulların yuyulması" son nəticədə insanların ağır fəlakətlərlə üzləşməsinə şərait yaradır. Hətta terror şəbəkələrinin maliyyələşdirilməsində həmin pulların rol oynadığı istisna olunmur.
Xanım Label deyib ki, rəhbərlik etdiyi təşkilat hər il ölkələrdə korrupsiya səviyyəsinə dair hesabatlar hazırlayır. Sənəddə korrupsiyanın daha çox hansı sahələrdə mövcud olduğunu göstəririk.
Bu problem daha çox keçid dövrünü yaşayan ölkələrdə qeydə alınır. ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dersi xatırladıb ki, "Transperancy İnternational" Təşkilatının ötən ilin yekunları ilə bağlı hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 163 ölkə arasında 130-cu, Dünya Bankının hesabatına görə isə 175 ölkə arasında 99-cu yerdə olub.
Bu yerlər Azərbaycanın ciddi və təcili işlər görməli olduğunu açıq göstərir. Səfir korrupsiya ilə mübarizədə uğur qazanmaq üçün altı modul təklif edib. Belə ki , "çirkli pullar"ın yuyulmasına dair qanun qəbul edilməlidir.Qanunun icrası üçün isə Maliyyə Kəşfiyyatı İdarəsi yaradılmalıdır. Hökumət rəsmiləri maliyyə vəsaitləri barədə ictimaiyyətə məlumatlar verməlidir. Dövlət vəsaitlərinin idarəedilməsində şəffaflıq, rəqabət prinsipi təmin edilməlidir.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə bildirib ki, korrupsiya bütün dünya ictimaiyyətini narahat edən problemdir. Korrupsiya yalnız dövlətin ümumi inkişafını deyil, həmçinin mənəvi, dini, etik dəyərləri də sarsıdır. Sosial tərəqqiyə, demokratik inkişafa əngəl yaradır. Korrupsiya dövlətlərin qarşısında mürəkkəb öhdəliklərdən biri olaraq qalmaqdadır.
R.Mehdiyev əlavə edib ki, uzun müddət totalitar rejimdə yaşadıqdan sonra demokratiyaya nail olmaq, islahatlar həyata keçirmək bir qədər çətin olur. Korrupsiya xərçəng xəstəliyinə bənzəyir: "Həkimlər xərçəng xəstəliyini sağaltmaq üçün baş sındırırlar. Dövlətlər də eyni qayda ilə korrupsiya probleminin həlli üçün yollar aramalıdırlar".
Prezidentin İcra Aparatının rəhbəri Azərbaycanın bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu deyib: "Transperancy İnternational" Təşkilatının öz regional görüşünü Bakıda keçirməyə ona görə dəvət etdik ki, korrupsiyaya qarşı islahatlara enerji vermək istəyirik, eyni zamanda bu təşkilatın təcrübəsindən bəhrələnmək əzmindəyik". Ramiz Mehdiyev 2007-2010-cu illər üçün şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair milli strategiya layihəsi üzərində işlərin tamamlandığını deyib. Onun fikrincə, bu strategiyanın qəbulundan sonra korrupsiya ilə daha səmərəli mübarizə aparılacaq.
Baş prokuror Zakir Qaralov korrupsiya ilə əlaqədar bir sıra faktların üzə çıxdığını deyib. Xüsusilə də enerji sahəsində mənimsəmələrlə bağlı xeyli faktlar aşkarlanıb, bu barədə Nazirlər Kabinetinə məlumatlar verilib. Z.Qaralov bildirib ki, Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə Baş İdarəsinə məhkəmə sistemindən, prokurorluq və daxili işlər orqanlarından şikayətlər də daxil olur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.