Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Səngəçalda 300 mVt-lıq elektrik stansiyasının tikintisinə hazırlıq işləri başa çatdırılıb. "Azərenerji" ASC-nin məlumatına görə, stansiyaların əsas binalarının tikintisinin başlanması üçün özülqoyma işləri həyata keçirilir. Bu məqsədlə ərazidən keçən və diametri 102 sm olan su xəttinin yerinin dəyişdirilməsi tədbirləri yekunlaşdırılıb. Tikintinin birinci mərhələsi üçün lazım olan materiallar iyunun birinci ongünlüyündə Finlandiyadan alınaraq ölkəyə gətiriləcək. Ərazidə tikiləcək müvəqqəti inzibati binaların kommunikasiya işləri başa çatdırılıb. Artıq hər birinin gücü 16,7 meqavat olmaqla 18 ədəd generatorun yerləşdirilməsi üçün bir və iki nömrəli binanın tikintisinə başlanılıb. Yeni enerji layihəsinin 2008-ci ilin payızında başa çatdırılacağı proqnozlaşdırılır. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, son iki il ərzində ölkənin beş bölgəsində yeni elektrik stansiyaları tikilib istifadəyə verilib. Cəmiyyətin prezidenti bildirib ki, həmin stansiyaların ümumi gücü 450 meqavatdan artıqdır. O bildirib ki, hazırda Sumqayıt şəhərində 517 meqavat gücündə elektrik stansiyası tikilməkdədir. E.Pirverdiyevin sözlərinə görə, bütün bunlar ölkənin tam mənada enerji ilə təmin olunmasına təsir göstərir. Sənaye və Energetika naziri Natiq Əliyev isə bu qənaətdədir ki, Azərbaycanın mövcud bazası nəinki özünü enerji ilə təmin etməyə, həmçinin başqa ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir. Onun sözlərinə görə, artıq bunun üçün lazımi zaman yetişib. "Bu istiqamətdə bəzi tədbirlər görülür. Bizim enerji sistemimiz paralel şəkildə işləyir. Rusiya, İran və Gürcüstanla işləyə bilirik. Bu imkanlar bizdə var. Eyni zamanda yüksək elektrik xətləri ilə bizim enerji başqa ölkələrə verilə bilir. Bu baza artdıqca enerjini ixrac etmək imkanları çoxalır. Gürcüstan, Türkiyə ilə yanaşı başqa ölkələrə də enerji ixrac etmək imkanlarımız var. Ona görə də başqa ölkələrin təcrübəsini öyrənmək bizim üçün vacib məsələdir" - deyə, nazir bildirib. N.Əliyev onu da qeyd edib ki, tezliklə Azərbaycanda külək enerjisi istehsal ediləcək. Artıq Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı Koreya şirkəti ilə saziş imzalanıb. N.Əliyev bildirib ki, artıq bu məqsədlə pilot layihənin həyata keçirilməsinə başlanır: "Hesab edirəm ki, bu ilin sonuna qədər bütün işləri başa çatdıracağıq. Bu məqsədlə müvafiq torpaq sahəsi ayrılmalıdır. Bununla əlaqədar Nazirlər Kabinetinə müraciət edilib ki, təxminən 200 hektar yer ayrılsın. Çünki külək enerjisi istehsalı fermasının tikintisi üçün torpaq sahəsi lazımdır. Nazir əlavə edib ki, bu pilot layihənin məqsədi külək enerjisinin səmərəliliyini öyrənməkdən ibarətdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.