Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

QAZ SEKTORUNDA DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİR

23.06.07 - 9:01580 baxılıb

SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNİN (SEN) DÖVLƏT QAZ NƏZARƏTİ İDARƏSİNİN SƏLAHİYYƏTLƏRİ ARTIRILIB

Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında dövlət qaz nəzarəti haqqında əsasnamə"nin yeni variantı təsdiqlənib. Dövlət Qaz Nəzarəti İdarəsi (DQNİ) yaxın vaxtlarda "Azneft" İB-də yoxlamalara başlayacaq.
Bu barədə İdarənin rəisi Asəf Zeynalov məlumat verib. DQNİ-nin hər bir qurumun qazdan istifadəsinə nəzarət funksiyasını həyata keçirdiyini deyən A.Zeynalov qeyd edib ki, ilin sonuna qədər bütün işlər qrafikdə nəzərdə tutulduğu kimi gerçəkləşdiriləcək.
Nazirliyin tabeliyinə verilənə qədər DQNİ yalnız "Azəriqaz" QSC-nin struktur bölmələrində fəaliyyət göstərib. "Dövlət qaz nəzarəti haqqında əsasnamə" 1992-ci il noyabrın 25-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Xeyli müddət keçəndən sonra - 2006-cı il mayın 15-də dövlət başçısının sərəncamı ilə Sənaye və Energetika Nazirliyi haqda əsasnamə təsdiq edilib və həmin sənəddə də enerji və qaz nəzarəti nazirliyin strukturunda saxlanılıb. Bundan sonra həmin sərəncama əsasən, Nazirlər Kabineti DQNİ-nin əsasnaməsini yenidən təsdiq edib. Hazırda DQNİ həmin əsasnamə üzrə fəaliyyətə başlayıb. İdarə rəhbərinin sözlərinə görə, indiyə qədərki əsasnamədən fərqli olaraq hazırkı sənəd idarəyə bir çox səlahiyyətlər verib.
Əvvəlki əsasnamədə belə səlahiyyətlər nəzərdə tutulmamışdı. Yeni əsasnamə isə idarəyə qazdan istifadə edən hər bir müəssisənin fəaliyyətini yoxlamağa, araşdırmalar aparmağa və tədbir görməyə imkan verir. A.Zeynalov bildirib ki, DQNİ mövcud istismar və qazdan istifadə qaydalarının və təlimatların tələblərinə, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsinə və yenidən qurulmasına texniki şərtlərin verilməsi, tikintisi, təmiri, sazlanması və istismara qəbulu üzrə tələblərə əməl edilməsi, neft və qaz yataqlarının işlənməsinin, energetika məhsullarının hasilatının, qaz təchizatının və satışının, qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və digər obyektlərində baş vermiş hadisələrin araşdırılmasına və qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına nəzarət edir.
DQNİ-nin sektor müdiri Otel Hüseynov isə bildirib ki, idarə qaz işlədən bir çox obyektlərdə araşdırmalar aparıb. Həmin istehlakçılarla bərabər təbii qaz təchizatçılarından "Azəriqaznəql" İB-də, "Azəriqaz" Hesablama Səhmdar Cəmiyyətində, "Bakımagistralqazkəməri" İdarəsində, ARDNŞ-in Qaz Əməliyyatı İdarəsində, Bakı şəhəri üzrə 10 rayonda qanunların tələblərinə əməl olunması qaydaları yoxlanılıb. Yoxlama nəticəsində aşkarlanmış qanunsuzluqların aradan qaldırılması üçün DQNİ tərəfindən göstərişlər verilib.
DQNİ-nin müfəttişləri ötən ilin dekabrında Lənkəran, Ağdaş, Şəki, Xanlar rayonlarına ezam olunaraq həmin rayonlarda da təbii qazın təchizatında, istifadəsində və dəyərinin ödənilməsində olan mövcud problemləri araşdırıblar. Araşdırmalar nəticəsində çatışmazlıqlar aşkarlanıb.
Ümumilikdə idarənin apardığı araşdırmalara əsasən, 1 il ərzində 1359 sayda göstəriş təqdim olunub. 152 sayda isə qadağa tətbiqlənib. Qazdan qeyri-qanuni istifadə ilə bağlı 441 fakt aşkar edilib, üst-üstə 78.420 kubmetr miqdarında qazdan qeyri-qanuni istifadə halları üzə çıxıb.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.