Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

GUAM DÜNYAYA YENİ ÜFÜQLƏR AÇIR

23.06.07 - 9:04538 baxılıb

BAKI BƏYANNAMƏSİ AVROPA ÜÇÜN YENİ İQTİSADİ PERSPEKTİVLƏR VƏD EDİR

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) Bakı sammiti başa çatsa da doğurduğu geosiyasi və geocoğrafi rezonans dünyanın nüfuzlu politoloji - ekonomik tədqiqat mərkəzlərinin ən qaynar mövzusu kimi dövriyyəsini artırmaqdadır. Ötən ay Polşada keçirilən Krakov sammiti bu qədər səs-küy doğurmamışdı. Krakovda "masaya qoyulan" qlobal enerji layihələri təklif xarakteri daşıyırdısa, Bakı sammiti paketdəki sənədlərin möhürlənməsi ilə tarixə öz möhürünü vurdu. Bakı Bəyannaməsi region və Avropa üçün yeni iqtisadi perspektivlər açan layihələrin gerçəkləşməsinə baza yaradan konsepsiya kimi qiymətləndirilə bilər.

ABŞ - AVROPA İTTİFAQI - GUAM KONSORSİUMU

Ötən ilin may ayında Kiyevdə keçirilən sammitə qədər fəaliyyəti əsasən siyasi təmayül üzərində qurulan GUAM-ın yeni formaya - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata keçidi qurumun iş prinsiplərində əhəmiyyətli dönüş yaradıb. GUAM-ın fəaliyyəti əvvəlki beşillikdə regional birlik kimi yalnız geosiyasi proseslərə qiymət verməklə kifayətlənirdi. Son bir ildə artıq tamhüquqlu beynəlxalq təşkilata çevrilib.
Dünya düzənində qloballaşmadan ən iri layihələrin gerçəkləşməsinə qədər təşəbbüslərlə çıxış etməkdədi. İndi ABŞ və Avropa Birliyi nəhəng regional iqtisadi proqramların həyata keçirilməsində bu təşkilatın potensialına bel bağlayır.
Avropada enerji təhlükəsizliyinin təmin olunması və yeni tranzit dəhlizlərinin yaradılmasında Avropa Birliyi ən sıx tərəfdaş olaraq GUAM-la əməkdaşlıq etmək niyyətini bəyan edib. Bakıda keçirilən sammit ABŞ-Avropa İttifaqı-GUAM konsorsiumunun yaradılması baxımından həlledici rol oynadı.
Qloballaşan dünyada yeni iqtisadi sərvətlərin bazarlara çatdırılması, münbit rəqabət, qarşılıqlı əməkdaşlıq və azad ticarət sistemlərinin yaradılması Qərbin başlıca hədəfləri sayılır. Bu mənada GUAM həmin istəklərə xidmət etdiyinə görə Qərbin açıq dəstəyini qazanıb. Sammitə Latviya, Polşa, Rumıniya, Bolqarıstan, ABŞ, Yaponiya və digər ölkələrdən nümayəndələrin qatılması dünya dövlətlərinin GUAM-a artan marağının göstəricisi sayıla bilər. Bu meyilləri Amerikanın mövqeyində çox aydın hiss etmək olar. ABŞ-ın dövlət katibi Kondoliza Raysın fikirləri strateji yaxınlıqdan xəbər verir.
"ABŞ demokratiyanın, iqtisadi inkişafın və regional əməkdaşlığın dəstəklənməsində GUAM -la tərəfdaşlığı daha da inkişaf etdirəcək. Biz ABŞ- GUAM proqramı çərçivəsində ticarət , nəqliyyat və ictimai asayişin qorunması sahəsində əməkdaşlığı genişləndirməyə nail olmuşuq. Bu vacib addım GUAM-ın böyük uğurlar qazanmasını səciyyələndirəcək".
Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərindən də görünür ki, Amerikanın və Avropanın dəstəyi ilə qarşıda daha nəhəng layihələri gerçəyə çevirmək mümkün olacaq. "Biz hər zaman ABŞ-ın dəstəyini hiss etmişik. Bundan başqa, sammitdə bizə dost ölkələrin prezidentlərinin iştirak etməsindən olduqca məmnunuq. Belə bir beynəlxalq dəstəyə arxalanaraq biz öz müstəqilliyimizi gücləndirə, iqtisadiyyatımızı möhkəmləndirə, qarşımızda duran bir sıra problemləri həll edə və bütün sahələrdə Avropa İttifaqının standartlarını tətbiq edə biləcəyik".

GUAM MDB-Nİ "ARXİVƏ GÖNDƏRİR"

GUAM ölkələri MDB-nin on ildən artıq müddətdə görmək istədiyi , amma Rusiyanın maraqlarının üstün olması səbəbindən "arxivə göndərilən" layihələri həyata keçirməyə, regionda azad biznes infrastrukturu yaratmaq üçün real gücə malikdir. MDB-nin indiqatoru olan Rusiya bu qurumun ortaq taleyə malik 3 dövlətində separatizmin "kökünü kəsməyə" qadir olsa da separatçıları dəstəkləməklə həmin ölkələrdə sabitliyi və iqtisadi inkişafı əngəlləməyə çalışır.
MDB-nin ölü quruma çevrilməsi, heç bir siyasi iradə ortaya qoya bilməməsi üzv dövlətlərin mütərəqqi təşkilatda( GUAM) birləşməsinə səbəb olub. GUAM-da isə hamının maraqları üst-üstə düşür, burda həm də Avropa İttifaqının dəstəyi hiss olunur. Artıq inteqrasiya prosesinə Qara dəniz hövzəsindəki ölkələr də qoşulur, Bolqarıstan, Litva, Yaponiya, Polşa və digər Avropa ölkələri ilə maraqlı müzakirələr aparılıb.

AZAD TİCARƏT ZONASI, AÇIQ TİCARƏT EVLƏRİ…

GUAM-ın Bakı sammiti iqtisadi əməkdaşlığın möhkəmlənməsi və yeni layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır. Quruma üzv ölkələr bəyan edir ki, sıx tərəfdaşlıq üçün dövlətlər arasında ticarət əlaqələrinə mane olan amillər var və bunu aradan qaldırmaq vacibdir. Ölkələr arasında ticarət münasibətlərinin inkişafına təkan vermək məqsədi ilə Azad Ticarət Zonasının yaradılması ən sərfəli layihə sayıla bilər. Bu layihə təşkilata daxil olan ölkələr arasında ticarət əlaqələrini genişləndirəcək.
Sammitdə GUAM ölkələrinin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi istiqamətində də işlərin sürətləndirilməsi qərara alınıb. Bu məqsədlə iş adamlarının davamlı görüşlərinin təşkil edilməsi nəzərdə tutulur. Tərəflər inanırlar ki, nəzərdə tutulan layihələr həyata keçirilərsə, GUAM ölkələri arasındakı ticarət dövriyyəsi indikindən qat-qat çoxalacaq. Azad iqtisadi zonaların tam şəkildə fəaliyyət göstərməsi Dünya Ticarət Təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmaqla liberal vergi-gömrük rejiminin yaradılmasına imkan verəcək. Bu isə Avropa strukturlarına inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə çatmağa səbəb olacaq.
Digər tərəfdən , GUAM ölkələri azad ticarət rejimi yaratmaqla qeyri-qanuni ticarətin qarşısını almaq niyyətindədir. Moldova tərəfi bu qənaətdədir ki, bu layihə açıq ticarət evlərinin yaradılmasına kömək edə bilər. Qurum nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi üçün səylərini birləşdirməyə də qərar verib. Çünki nəqliyyat dəhlizi GUAM-ın strateji rolunu möhkəmləndirəcək.Turizm əlaqələrinin inkişaf etdirilməsi isə ekoturizm və geocoğrafi şəraitinə görə əlverişli mövqeyə malik Azərbaycan və Gürcüstana daha çox sərf edir.

REGİONDA İQTİSADİ PROBLEMLƏRİ AZƏRBAYCAN HƏLL EDİR

Azərbaycan regionda iqtisadi problem meydana çıxanda köməyi ilə nümunəyə çevrilib. Gürcüstanın ehtiyaclarının ödənilməsi də GUAM ölkələri üçün yaxşı ənənənin əsasını qoyub. Gürcüstanın qaz bazarının 70-75 faizini Azərbaycan təmin edir. Bunu M.Saakaşvili də etiraf edir. O, Azərbaycanla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, Gürcüstan mavi yanacağa olan tələbatını Azərbaycan qazının hesabına ödəyir. Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə Avropanı Asiya ilə birləşdirəcək nəqliyyat strukturu-Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində də çalışır və layihə geniş regional marşruta çevriləcək.


ODESSA-BRODI-QDANSK KƏMƏRİ BAKI NEFTİNDƏN ASILIDIR

Yeni qurumun üzvləri MDB-dən fərqli olaraq regional-beynəlxalq layihələrin icrasında geniş təcrübəyə də malikdir. Məsələn, Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrini reallığa çevirməklə ortaya konkret güc qoyub. Məhz Ukrayna və Polşa da bu gücü görərək yeni neft kəmərinin çəkilişi üçün Azərbaycanın dəstəyinə ehtiyac duyur. Ukrayna Prezidenti Viktor Yuşşenko Krakov sammitində Odessa-Brodı-Qdansk neft kəməri ilə bağlı geniş müzakirə aparıldığını və bu layihəyə siyasi dəstək verildiyini vurğulayaraq Azərbaycan neftinin kəmərə vurulmasına inanır.
Təbii ki, qurum əsl partnyorluğu prioritet seçibsə, bu dəhlizin gerçəkləşməsinə də şübhə ola bilməz. Avropa Birliyində xüsusi çəkiyə malik olan Polşa da Azərbaycanın bu layihənin həyata keçirilməsi ilə dünya iqtisadiyyatına inteqrasiya meyillərini gücləndirəcəyinə əmindir.
Polşa Prezidenti Lex Kaçinski hesab edir ki, bu layihə həm Aİ ilə , həm də NATO ilə əlaqələrin inkişafında yeni üfüqlər açacaq. Neftin Avropaya çatdırılması siyasi və iqtisadi təhlükəsizliyin təmin olunmasını möhkəmləndirəcək. GUAM regionun sabitliyinin və təhlükəsizliyinin təminatı kimi çıxış edən təşkilatdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.